LAÇIN HEY.....
Laçının işğalından on səkkiz il ötür . .Torpaqlarımız taptaq altındadır . Namuslu, qeyrətli, igid ataların , gözüyaşlı, kövrək anaların qəhrəman oğulları, Azərbaycan gəncləri. Sizlərə müraciət edirəm! Ali Baş Komandanın “QARABAĞ UĞRUNDA!” əmrinə hazır olun !
Salam, Sənəm xala. Yəqin ki, məni yaddan çıxarmısan. Mən isə aradan on səkkiz il ötməsinə baxmayaraq səni unuda bilmirəm. Bu məktubu sənə Mayıs kəndindən yazıram. İndi kənddə ermənilərlə birlikdə, özü də sizin həyətdə it kimi yaşayıram. Deyirlər itin ömrü az olar, mən isə hələ də yaşayıram. Məni yaşadan Mayısın suyu, havası və sənin həsrətindir. Nə başını ağrıdım gözümü açıb səni və rəhmətlik Məhi dayını görmüşdüm. Düzünü deyim ki, həmişə sizin ailəyə sədaqətlə xidmət etməyə çalışmışam. Allah mərdiməzara lənət eləsin !.
Ermənilər Mayısı işğal edənə qədər hər şey öz axarında gedirdi. Məni həmişə əzizləyərdiniz, özünüz yediyinizdən mənə də verərdiniz. Balaca olsam da, rəhmətlik Məhi dayı bir yerə gedəndə mən onun dalınca düşər, həmişə yanında olardım. O məni heç vaxt qovmazdı. Əcəl imkan vermədi, Məhi dayı öldü. Mən öz sayıqlığımı birə – iki artırdım. Gecə də, gündüz də həyətimizi qorudum. Elə indi də qoruyuram.
... Beləcə on səkkiz il bir göz qırpımında ötüb keçdi. May ayı idi. Həyətdə mürgüləyirdim. Televizorda oynaq Azərbaycan musiqisi səslənirdi. Günortaya az qalsa da günəş məni bir o qədər qızdırmırdı. Tanış musiqi qanıma işləyir, məni xumarlandırırdı. Onu da deyim ki, burada ermənilər ancaq sizin musiqili verilişlərə baxırlar. Əslinə qalanda başqa seçimləri də yoxdur.
Musiqili proqram qurtardıqdan sonra, hər il olduğu kimi, bu il də Laçının işğalına dair veriliş başladı. Birdən səsini eşitdim və səni səsindən tanıdım. Bilmirəm, lent köhnə idi, ya televizor açıq aynabənddə, bayırda yaxşı göstərmirdi, nə isə səni pis görsəm də, səsini aydın eşidirdim. Elə sevindim ki,gəl görəsən. Dəli inək balası kimi qəfildən atılıb düşməyə başladım. Həyətdə QAZ – 53 markalı nömrəsiz maşınla əlləşən Suren onun kapot hissəsindən başını qaldıraraq kiçik oğlu Arturu səslədi və əsəbi halda dedi :
–Artur, get o itə bax, ona nəsə oldu, özünü birtəhər aparır. Sonra isə hündürdən söydü. Mən həmən dəqiqə sevincimi gizlətdim. Heç nə olmamış kimi sakit dayandım. Uşaq mənə diqqətlə baxıb geri qayıtdı və elə bir şey olmadığını atasına söylədi. Sənin səsin isə çox gur gəlirdi. Elə bil ki, ətini kəsirdilər. Köç maşınında ağlaya – ağlaya müxbirlərə necə qaçmağınızdan yerli – yataqlı danışırdın...
Deyirdin ki, ermənilər özlərini kəndə salanda biz hər şeyi atıb qaçdıq. Yaxşı ki, arada məni də yada saldın. Yoxsa səndən inciyərdim. Müxbirlərə deyirdin, elə tələsik qaçdıq ki, iti zəncirdən açmağa belə macal tapmadım. Nə isə... Məni xatırladığına görə çox sağ ol.
Teleyizorun səsi əvvəlki musiqinin ahənginə uyğun ayarlanmışdı və çox hündürdən gəlirdi. Onun səsini azaltmaq isə deyəsən yaddan çıxmışdı. Bəlkə də bu səs Sonasar kəndində də eşidilirdi.
Suren bu səsdən bezərək Arturu yenidən səslədi.
- Ay uşaq,
o andıra qalmışı söndür. Müsəlmanların
ağlaşması sənə qalmayıb ki?. De görüm ondan nə ləzət
alırsan axı?. De mən də bilim?.
Boz eşşəyi həyət
boyu dörd nala at kimi çapmağa çalışan Artur
öz sevimli məşğuliyyətindən
könülsüz ayrıldı və fikri eşşəyin
yanında qaldığından səhvən televizor əvəzinə
generatoru söndürdü. Suren işini yarımçıq
qoyaraq maşından endi. Artur atasının onu
vuracağından ehtiyatlandı və qaçaraq həyətdən
uzaqlaşdı. Suren isə onun anasını söyərək
generatoru işə saldı və deyinə – deyinə
televizoru söndürdü.
Sənəm xala, indi məni
diqqətlə dinlə.
Yəqin ki, eşitməmiş
olmazdın. Mən itliyimlə bilirdim ki, üç gündən
sonra ermənilər kəndi işğal edəcəklər.
Mayıs əldən gedəcək. Sənsə ağlaya –
ağlaya deyirsən ki, qəfildən yaxalandıq və
qaçmağa məcbur olduq. Yenə nə isə... .
Çox götür – qoy
etdim, olub keçənləri olduğu kimi çatdırmaq
üçün sənə məktub yazmaq qərarına gəldim.
BİRİNCİ MƏKTUB
Siz qaçandan iki gün
sonra Mişni kəndi tərəfdən dəhşətli
güllə səsləri eşidildi. Mən belə bir həngamə
nə görmüşdüm, nə də eşitmişdim.
Ac, susuz, taqətsiz olsam da, qorxu mənə güc gəldi, dartınaraq boynumdakı xaltanı
birtəhər qırdım və var gücümlə Soyuq
bulaq kəndinə tərəf qacmağa başladım. Ermənilər
bir necə saat atəş açandan sonra kənddə adam
qalmadığını anladılar. Əllidən artlq, hərbi
geyimdə olan, avtomatla silahlanmış, saqqallı adamlar kəndə
girdilər və Mayısı özlərindən sonra gələn
ermənilərə təhvil verərək Sonasar kəndinə
tərəf getdilər. Belə başa düşdüm ki,
onların hələ qarşıda görüləsi işləri
çoxdur. . Mayıs bax beləcə işğal olundu...
Silahlılardan kəndi təhvil
alanlar isə on beş nəfər ancaq olardı. Əksəriyyəti
də arvad, uşaq idi. Üç yük maşını və
bir traktorda gəlmişdilər. Əyin – başlarından cin
hürkürdü.
İki nəfərdən
başqa qalanları kəndi talan edirdilər. Arabir eşidilən
adam səslərini və söküntüyə xas olan əks,
sədalı uğultunu nəzərə almasaq nisbi sakitlik
höküm sürürdü. Ermənilər qorxa – qorxa,
özü də tələsik işləyirdilər. Mənə
elə gəlir ki, onlar bu gün də azərbaycanlıların
geri qayıdacaqlarından qorxurlar və həmişə də
səksəkə içində yaşayırlar. Şəxsi qənaətimə
görə, iki erməninin
söhbət əsnasında azərbaycanlıları həmişə
öz dilinizdə, türkcə söymələri də
onların sizlərdən möhkəm qorxmalarının təzahürüdür. Deyəsən filosofluq elədim.
Söhbəti yayındırmayım. Fürsətdən istifadə edərək
kəndə tərəf gəldim və onlara baxmağa
başladım.
Hə, onu da deyim ki, biz itlər
bütün dilləri eyni səviyyədə başa düşürük. Bu illər ərzində
başıma gələnlərdən və çəkdiyim əzablardan
sonra ermənilərdən və onların dillərindən də
zəhləm getdiyini yaxşıca anlamışam. Nə isə,
ürəyim doludur... .
Qarətdə iştirak etməyən
o iki nəfər isə köhnə xırmanın yanında,
rəhmətlik Günəş nənənin evinin
qarşısındakı palıd ağacının
altında ucadan mübahisə edirdi. Suren deyilən biri bizim kəndi
yaman gözaltı eləmişdi. Orta boylu idi. İri burunu
tüklü xırda sifətinə heç
yaraşmırdı. Danışanda da ağzı gön
cırığı kimi açılıb yumulurdu. Bir qədər
diqqətlə baxandan sonra belinin fırı çox gözə
dəyməsə də, onun qozbel olduğunu anladım.
Yaşı otuzdan artıq olmazdı. Elə hey deyirdi ki, bu kənd
bizimdi vəssalam !. Görünür onlar qohum idilər. Söhbət edənlərdən
ikincisi isə Alxaslı kəndinin daha varlı olduğunu və
ora getməyi məsləhət görürdü. Suren
inadından dönmürdü. O, yanında dayanmış,
özündən xeli yaşlı olan, başına adətən
qaynaqçılarıln istifadə etdikləri qulaqlı
köhnə papaq qoymuş, saqqallı kişiyə müraciət etdi :
–
Heç nə!. Bir bax
gör müsəlmanlar nə qədər kartof əkiblər.
Gorusda beş kəndi bir il bu kartofla dolandırmaq olar. Bunu yığıb sata bilsək
biz bir il adam kimi
dolanarıq. Birdə ki,
Alxaslını Gena öz yaxın qohumlarına
bağışlayıb. Baxma ki, arvadımın xalası
oğludu. Sən öl, ora getsək bizi it kimi qırarlar.
Onlar çoxdurlar, mən isə təkəm. Bunu həmişə
demişəm, indi bir də deyirəm , sizin kimi yaxın
qohumlardansa, heç olmasa daha
yaxşıdı.
– İt oğlu it, gedirsənsə
elə indi get, deyə – deyə onu yerdə sürütləməyə
başladı.
– Suren bir qədər
yumşaldı, onu buraxaraq heç nə olmamış kimi
papiros yandırdı və çəkməyə
başladı.
– Suren can, bacı oğlu, sənə
nə olub axı? Uşaq vaxtı səni qucağımda gəzdirdiyim
vaxtlar nə tez yadından çıxdı?. Adam da
dayısına əl qaldırar?. Yaxşı ki, görən
olmadı, rüsvay olardıq. Bir də ki, elə mən də
sən deyəni deyirəm də. Bəli, burada qalsaq bizim
üçün daha yaxşı olar.
– Bacı oğlu, sədr
Gena mənə dedi ki, İran tərəfi ilə
razılaşıb, onlar tikinti materiallarına yaxşı pul
verəcəklər. Bu kənddə də qırxdan artıq
ev var. Sökək, verib pulumuzu alaq , dayı bacı oğlu
özümüz də dolanaq, balalarımıza da bir gün
ağlayaq. Sonra o Surenin yenicə evləndiyini xatırladı.
Və səhvini düzəldərək əlavə etdi.
Yaxınlarda sənin də övladın olaçaq. Ona
gün ağlamalısan ya – yox?. Surenin gözlərində ani
nifrət qığılcımı sezildi və tez də
söndü. O kobud səslə dilləndi.
– A kişi, bu kəndə əhəngi
həmişə mən satmışam, kəndin
camaatınıı da yaxşı tanıyırdım. Bax
Şirinin, Temirin, Məhinin, bir də Ədil kişinin evləri
mənimdi, onlar sökülməyəcək. Ədil
kişiyləsə mənim köhnə haqq – hesabım var.
Düzünü bilmək istıyirsənsə sabahdan mən
bu kəndə köçəcəyəm , burada
yaşayacağam və öz planlarım var. Aram kişi “dəli
qozbel” ləqəbli Surenin sözünü çöndərmədi.
Qorxa – qorxa aranı bir qədər də sakitləşdirmək
xatirinə yenə dilləndi.
– Bu gic müsəlmanlar bir
qaşıq qanından qorxaraq bu qədər var- dövləti
bizə qoyub qaçdılar.
Suren dözmədi, yenidən
əsəbləşdi.
– Mən Qurd Heydərin
oğlu, Ədil kişini
yaxşı tanıyıram. Yaşı səksəni
keçsə də, o, buraları qoyub heç yana
qaçmaz, yüz faiz əminəm ki, o bu dağlardadır. Ədil
mənim babamı öldürüb,
qismət olsa mən də ondan qisasımı
alacağam. İndi əsl məqamdır. Onların söhbətinə
o qədər aludə olmuşdum ki, bir də gördüm ermənilərin
yanındayam. Yaxşı ki, mənə fikir verən yoxuydu.
... Axşama yaxın ermənilər
yüklərini tutdular. Maşınlar hərəkət edəndə
mən ikinci maşının arxasınca qaçmağa
başladım. Sənəm xala, həmən maşında sən
qaçan zaman unutduğun və sonradansa ermənilərin qənimət
kimi götürdüyü Məhi dayının motal
papağı var idi. Ac-susuz olsam da, papağın iyi məni
vururdu. O iydən ləzzət alırdım, ciyərlərim
bayram edirdi. Maşınlar
sıra ilə gedirdi, arxadan isə traktor gəlirdi. Öndə
O tərəflərdə
heç olmamışdım. Gorusun birinci kəndinə
çatanda ermənilər məni yenicə
görürmüş kimi maşınlarda, qarət olunmuş
yükün üstündə oturmuş halda mübahisə
edirdilər. Əksəriyyəti
müsəlman iti olduğumu söyləsələr də,
ümumi razılığa gələ bilmir və mənə
hələlik toxunmurdular. Ani olaraq buraxdığım bir səhv
hər şeyi alt – üst etdi. Özümdən asılı
olmayaraq kəndin girəcəyindəki erməni qəbiristanlığını
mundarladım. Bir də onu gördüm ki, maşınları
saxladılar və yerə tökülüşdülər. Əllərinə
keçən daş – kəsəyi mənə tərəf
ataraq ara, bu müsəlman itidir, “vurun” deyə
bağırışdılar. Götürüldüm
üzü Mayısa tərəf. Xala erməni istərdim ki, mənə
çata bilsin. Qaç ki, qaçasan...
Bir azdan kəndimizə
çatdım və hiss elədim ki, möhkəm
acmışam. Bir – bir bütün evləri gəzdim.
Çörək qırıntısıdan, soyutma yumurta və
kartof qabıqlarından savayı yerdə bir şey
tapmadım. Zalım uşaqları elə bil mənim kimi
aclıqdan çıxmışdılar. Birtəhər
qarnımı doyurdum, sonra yoxuşa qalxaraq Qırmızı
bulağın suyundan doyunca içdim. Yoxuşdan kəndə
baxanda dörd evdən başqa qalan evlərin dam örtüklərinin,
qapı və pəncərələrinin
alayarımçıq söküldüyünü
gördüm. Lazımsız əşyalar həyətlərə
tullanmış, qalanları isə qarət edilmişdi. Xala, sənə
andım yoxdur, sənin canın haqqı it olsam da məni
ağlamaq tutdu. Doyunca , özü də zülüm –
zülüm ağladım.
Bir həftədən sonra
Suren arvadı Rima ilə birlikdə kəndə
köçdü və bugünədək təsərrüfatını
genişləndirməklə məşğuldur. Donuzdan
tutmuş toyuq –cücəyə qədər hər şey
saxlayır. Kartof, bostan becərir.
Istirahət üçün tikdiyi evləri yay
aylarında şəhərdən yaylağa gələnlərə
icarəyə verir. Evlərdə yaşamaq istəməyənlərə
isə bizim Həkəri çayının kənarında
çadır qurur, bir sözlə daşdan da pul
çıxarır. Hətta
çaydan balıq tutanlardan da çəkiyə görə
pul alır.
İndi o, çox
varlıdır və kənddə beş nəfər
silahlı cangüdəni və ailəsi ilə birlikdə
yaşayır. Yaz – payız mövsümlərində isə
dayısı Aramla birlikdə otuzdan çox adamı təsərrüfatında
qul kimi işlədir. Hə, onu da deyim, Surenlə birlikdə kəndə
gələnlər düz bir il evləri daşlarına qədər
sökdülər və bütün materialları Genanın
vasitəsi ilə İrana satdılar. Suren sonradan onlarla birtəhər
dil tapdı və Mayısı tam ələ keçirdi.
İndi Gena da, Aram kişi də, bir sözlə, onu
tanıyanların hamısı Surenə sizin dildə desək,
hörmət əlaməti olaraq müəllim deyə
müraciət edirlər.
Mənim çətin
günlərim Suren ailəsi ilə birlikdə kəndə
köçəndən sonra başladı. Əvvəlcə
məni öz həyətimizdən qovmağa
calışdılar. Çox cəhd eləsələr də
mən getmədim. Onlara
başa salmaq istəyirdim ki, mən bu həyətin itiyəm,
it olaraq da bura mənim ərazimdi və gedəsi başqa bir
yerim də yoxdur. Axır ki, zor gücünə olsa da sonradan
bunu anladılar.
İndi onların doqquz və
on yeddi yaşlarında oğlanları da da var. Zalım
uşaqları elə bil it – zad görməyiblər. Bir balaca
böyüyüb ayaq açan kimi hərəsi bir ağac
götürüb harda görsələr məni it kimi
döyürdülər. Kefləri yaxşı olanda da, pis
olanda da, məni hər gün döyürlər. Əlacım
yoxdu, birtəhər dözürəm. Yeməyi də gündə
bir dəfə, özü də tula payı kimi verirlər. Narahat olma xala, ac qalmıram. Yemək
istəyəndə kinodakı ayılar kimi bizim çaydan
balıq tutub yeyirəm. Artıq vərdiş eləmişəm.
Ac olmayanda da balıq tuturam. Əksər vaxtlarda da
balığı ov eləmək xatirinə tuturam, bəzən
isə onu heç yemirəm də. Mişnililərin
gözündən uzaq. Bu çayda balığı ən
çox onlar tutardılar. Hə xala, yadımdan
çıxmamış mişnililərə çatdır
ki, Həkəridə
qızıl balıq – pəhmayı o qədər artıb ki,
indi onu it də yemir. Mən onlara bələdəm, sən
bunu söyləsən, mişnililər mütləq bu yerlərə
qayıdacaqlar.
Heç yadımdan
çıxmaz. Üç il öncə yayın əvvəllərində
Suren böyük oğlu Armeni özü ilə bərabər
Mayisla Mişni kəndlərinin arasında yerləşən
Qırmızı bulağın üstündəki
qayalığa aparmışdı. Mən də oradaydım və
diqqətlə onlara baxırdım. Suren əvvəlcə
qayada böyük bir xaç şəkili çəkdi. Sonra
alətləri oğluna verərək xaçı olduğu
kimi qayaya həkk etməyi tapşırdı. İşi başa
çatdırmaq üçün ona bir ay vaxt verdi və hər
gün onu yoxlayacağını söylədi. İki gündən
sonra o, qayalığa getdi, maraq üçün mən də
onun arxasınca düşmüşdüm. Armen orada yoxuydu,
demək olardı ki, heç bir iş də görülməmişdi.
Suren hirsindən öküz kimi bağırdı. Az qaldı
ki, gözləri həlqəsindən
çıxsın. Elə söyüşlər söydü
ki, utandığımdan mən oradan qaçıb
uzaqlaşdım. Suren nədənsə bu uşağın həmişə
həm anasını, həm də atasını söyərdi.
Düzünə qalsa sevinirdim. Bilirdim ki, Suren onu
yaxşıca döyəcək. Mənim o gədədən zəhləm
gedirdi. Ona görə yox ki, o hər gün məni
döyürdü, ona görə ki, Gena çox şəxsiyyətsiz
adamdı. Armen də Genanın
eyniydi və elə bil onun burnundan
düşmüşdü.
Axşama yaxın Armen üz
– gözü göyərmiş, şişmiş halda həyətə
gəldi. Durumundan onun vəhşicəsinə
döyüldüyü hiss olunurdu. Suren onu yaxşıça
döymüşdü. O, qorxusundan evə girə bilmirdi. Birdən
gözü mənə sataşdı. Sınıq bel
sapını götürməyi ilə məni vurmağı
bir oldu. Qoca vaxtımda elə
bir zərbə aldım ki, ağrıdan özüm də
bilmədən Sonasara tərəf qaçmağa
başladım. Haşiyədən kənara çıxaraq onu
da deyim ki, Armen on bir günə işini başa
çatdırdı. Sonradan Livandan gəlmiş bir erməninin
göstərişləri ilə qayaya həkk olunmuş
xaçı onun öz tozu və ovuntuları ilə elə
köhnəltdilər ki, baxan deyərdi, bəs bu min ilin
xaçıdır. Genanın və uşağın anası
Rimanın təkidi ilə əskərlik çəkməmək
üçün Armeni Rusiyaya qaçırdılar və indi
o,
Hə, sözümə davam
edim. Var gücümlə Sonasara tərəf
qaçırdım. Yəqin ki, sənin yadında olar. Enişdə, sizin içməli
su götürdüyünüz yerdə balaca bir arx var. Suyu az
olsa da, yüz illərdir qayalıqda özünə
cığır açmış və bu gün də
axmaqdadı. İndi o arxın içində mamır, yosuna oxşar bitkilər,
kənarında isə nanə, yarpız, kəklik otu və
baldırğan bitir. Nə isə , gözümü
açıb gördüm ki, həmən arxın
yanındayam. Oradan elə bir xoş ətirli iy gəlirdi ki,
onu təsvir edə bilmirəm. O iydən ləzzət almaq
üçün gərək özün burada olasan və onu
olduğu kimi hiss edəsən.
Sudan doyunca içdim və içdikcə bir
anlığa özümü də ağrılarımı da
unutdum. Sən yadıma
düşdün. Enişdən yoxuşa,
qaçdığın yollara baxdım. Buradan yollar
yaxşı görünmürdü. Hoçaz dağlarına
qalxdım. Əli bulağından isə səni
Laçına aparan yollar aydın görünürdü. Elə
kövrəldim ki, gəl görəsən. Nə qədər
çalışdımsa ağlaya bilmədim. Gözlərimsə
Laçına tərəf baxırdı. Birdən elə bil
möcüzə baş verdi. İnsan kimi qışqırmaq
istədim. Var gücümlə ancaq bircə kəlmə deyə
bildim.
Fətəliyev İlham
525-ci qəzet.- 2010.- 18 may.- S.6.