Kitabxana içində kitabxanatəqdim olunub

 

M.Ə.Sabir adına kitabxana-klubda İslandiyanın paytaxtı Reykyavikdə yaşayıb-yaradan rəssam Anna Lindanın bu kitabxana üçün yaratdığıKitabxana içində kitabxanalayihəsinin təqdimat mərasimi keçirilib. Kitabxana-klubun direktoru Firəngiz Bünyaminqızının bildirdiyinə görə, layihə bir neçə mərhələdən ibarət olacaq: “İlk mərhələdə kitabxana-klubda İslandiya təbiətini tərənnüm edən kitab sərgisi açılıb. Layihənin ikinci mərhələsi 2011-ci ildə həyata keçiriləcək. Növbəti mərhələdə Azərbaycan haqqında film çəkməyi kitab yazmağı planlaşdıran Anna Lindan material toplamaq üçün bu ilin avqust-sentyabr aylarında yenidən ölkəmizə səfər edəcək”. Qeyd edək ki, başqa mədəniyyətləri təmsil edən rəssamlarla mədəniyyətlərarası görüşlər təşkil etmək məqsədi daşıyan layihə “Nordic Culture Point” təşkilatı tərəfindən maliyyələşdirilir onu isveçli art-kurator Katrin Lundqvis idarə edir.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 19 may.- S.7.