Slavyan Yazısı Mədəniyyəti Günü Bakıda qeyd olunub

 

Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) müqəddəs Kirill Mefodi gününə həsr edilmişSlavyan maarifçilərinin irsi: ənənələr müasirlikmövzusundadəyirmi masakeçirilib. RİMM-dən verilən məlumata görə, bu əlamətdar gün həm Slavyan yazısı mədəniyyəti günü hesab edilir.

Rossotrudniçestvonun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ənvər Şeyxov Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi, “Rossotrudniçestvonun ölkəmizdəki nümayəndəliyi Bakı-Xəzəryanı Yeparxiya tərəfindən təşkil edilmiş iclası böyük maarifçilər, slavyan əlifbasını yaratmış Kirill Mefodiyə həsr olunduğunu bildirib.

Bakı-Xəzəryanı Yeparxiyanın Yepiskopu Aleksandr Rus Pravoslav kilsəsinin hər il mayın 24-də qeyd etdiyi bu bayramın Azərbaycanda ilk dəfə qeyd olunduğunu diqqətə çatdırıb. Yepiskop çıxışında ilk slavyan əlifbasını yaratmış şəxslərin həyat fəaliyyətindən bəhs edib. Natiq bu hadisə ilə əlaqədar Bakı Slavyan Universitetində konfrans keçiriləcəyini, uşaq rəsmləri müsabiqəsinin təşkil ediləcəyini, mayın 24-də isə bütün kilsələrdə ibadət olacağını deyib.

Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin Azərbaycanda mənəviyyatın tolerantlığın yüksək səviyyədə olmasının burada hamıya öz bayramlarını qeyd etməyə imkan verdiyini vurğulayıb.

Roma Katolik kilsəsinin Azərbaycandakı təmsilçisi Vladimir Fekete onun vətəni Slovakiyada Kirill Mefodinin xatirəsinə ehtiramla yanaşıldığını, onlar öz apostolluq fəaliyyətinə Romada başladığını deyib.

Yepiskop Aleksandr yekun nitqində Moskvanın bütün Rusiyanın Partiarxı, bu yaxınlarda Azərbaycanda səfərdə olmuş dünyanın dini liderlərinin sammitində iştirak etmiş Kirillin məktubunu oxuyub. Məktubda Azərbaycan rəhbərliyinə təşəkkür ifadə edilir, bu diyarda yaşayan xalqların əmin-amanlığı firavanlığı naminə Azərbaycan torpağına xeyir-dua verilir.

Qeyd edək ki, həmçinin Slavyan yazısı mədəniyyətinə həsr edilmiş uşaq rəsmləri müsabiqəsinə yekun vurulub, müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub.

Rus Pravoslav kilsəsinin Bakı-Xəzəryanı yeparxiyası tərəfindən təşkil edilən müsabiqədə iştirakçılar üç yaş qrupuna bölünüb hər yaş qrupunda birinci yeri tutan iştirakçılar müəyyən edilib. Birinci qrupda (8 yaşa qədər) birinci yeri 3 nəfər, ikinci qrupda (8-12 yaş) 2 nəfər, üçüncü qrupda (13-17 yaş) 3 nəfər tutub. Qaliblərə xatirə hədiyyələri verilib.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 19 may.- S.7.