Tanınmış aktrisa Ofeliya Aslan dünyasını dəyişib

 

Azərbaycanın görkəmli aktrisası Ofeliya Aslan (Əfqanlı) dünən günorta saatlarında vəfat edib. Bu barədə APA-ya aktrisanın oğlu Hacı Eldar Aslan məlumat verib. Onun sözlərinə görə, 71 yaşlı aktrisa 2 ilə yaxındır, xəstə imiş. Son günlər isə vəziyyəti lap ağırlaşıb. Aktrisa ürək tutmasından vəfat edib.

Qeyd edək ki, Ofeliya Aslan 27 yanvar 1939-cu ildə Bakıda, görkəmli aktyor Rza Əfqanlının ailəsində doğulub. 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutununMusiqili Komediya aktyorufakültəsini bitirib. 1963-cü ildən Musiqili Komediya Teatrında əvvəl xor artisti, sonra isə aktrisa işləyib. Uzun müddət fasilədən sonra 1997-ci ildən yenidən teatra qayıdıb.

Ofeliya Aslanın ilk roluDurnakomediyasında Lalə obrazı olub. Bundan sonra aktrisa get-gedə püxtələşərək, “Beşmanatlıq gəlin Gülnaz, “Arşın mal alanda Telli, “Hicranda Çarleston, “Axırı yaxşı olarda Dilbər, “Bankir adaxlıda Səmayə başqa rolları ifa edərək, tamaşaçıların rəğbətini qazanıb. Ofeliya Aslan keçmiş SSRİ-nin müxtəlif şəhərlərində qastrol səfərlərində olub. Moskvanın Operetta Teatrında tamaşaya qoyulmuş R.HacıyevinMama, ya jenyusəsərində Bibixanım rolunda çıxış edib. Aktrisaya heç bir fəxri ad verilməyib.

Əlavə edək ki, Ofeliya Aslan Azərbaycanın korifey sənətkarı Siyavuş Aslanın keçmiş həyat yoldaşı olub.

 

 

525-ci qəzet.- 2010.- 19 may.- S.7.