Milli Kitabxanada “Sevgi fəsli”nin təqdimatı keçirilib
Ötən gün M.F.Axundov adına
Milli Kitabxanada Mədəniyyət və
Turizm Nazirliyinin layihəsi əsasında işıq üzü görən “Sevgi fəsli” kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş
sözü ilə kitabxananın direktoru Kərim Tahirov açaraq, kitabın “Bakı islam mədəniyyətinin paytaxtıdır–2009”
tədbirləri çərçivəsində
nəşr edildiyini bildirib: “Bu qəbildən olan kitabların təbliği zəruridir.
Biz bu toplunun
islam ölkələrinə
göndərilməsini təmin
edəcəyik”.
Kitabın tərtibçisi və redaktoru Ağacəfər
Həsənli yeni nəşri azad sözün təntənəsi
kimi qiymətləndirib. O qeyd edib ki, “Çinar-çap”
nəşriyyatında buraxılan
“Sevgi fəsli”nə islam ölkələri
ədəbiyyatının istedadlı
nümayəndələrinin şeirləri daxil edilib. Tərtibçi kitab hazırlanarkən
müəyyən çətinliklərlə
üzləşdiklərini, Milli Kitabxananın kollektivinin bu işdə onlara dəstək verdiyini deyib. A.Həsənli
layihənin davamlı
olacağını qeyd
edib: “Mədəniyyət
və Turizm Nazirliyi layihəni bundan sonra da
davam etdirmək niyyətindədir. Bu çərçivədə digər
islam ölkələri
şairlərinin yaradıcılığı
ilə Azərbaycan oxucusunu
Topluda Türkiyədən
Mehmet Akif Ərsoy, Nazim Hikmət, İsmət Özəl, Nəcib Fazil Qısakürək, Orxan Vəli, Səzai Qaraqoç, Cahid Zarifoğlu, Cəmal Safi kimi tanınmış türk şairlərinin şeirləri yer alıb. Almanaxda Azərbaycan şairlərindən
Bəxtiyar Vahabzadə,
Məmməd Araz, Əli Kərim, Musa Yaqub, Sabir
Rüstəmxanlı, Çingiz
Əlioğlu, Vaqif Səmədoğlu, Zəlimxan
Yaqubun şeirləri toplanıb. Bundan başqa, sözügedən
kitaba İraq, İran, Qazaxıstan,
Pakistan, Misir, Türkmənistan,
Tacikistan, Fələstin,
Tatarıstan və Abxaziyanın məşhur
şairlərinin dilimizə
tərcümə edilmiş
poetik nümunələri
daxildir.
SARA
525-ci qəzet.-
2010.- 20 may.- S.7.