Ustad tarzən Ramiz Quliyevlə Bakı Musiqi Akademiyasında görüş
olub
Mayın 18-də Üzeyir
Hacıbəyli adına
Bakı Musiqi Akademiyasında görkəmli
tarzən, xalq artisti, professor, Ramiz Quliyevlə R.Babayev adına 25 saylı musiqi məktəbinin müəllim və tələbə kollektivinin
görüşü keçirilib.
Dahi bəstəkar
Ü.Hacıbəylinin anadan
olmasının 125-ci ildönümü
ərəfəsində keçirilən
bu tədbir Musiqi Akademiyasında bir vaxtlar Üzeyir
bəyin iş otağı olmuş kabinetdə təşkil edilib. Görüşdə dahi bəstəkarın
yetişdirdiyi görkəmli
musiqiçilərin, pedaqoqların
həyat və yaradıcılığı haqqında
söylənilən xatirələr
iştirakçılarda dərin
təəssürat oyadıb.
Tədbir çərçivəsində Ramiz Quliyevin uzun illər fəaliyyət göstərdiyi
auditoriyada gənc musiqiçilərə verdiyi
“Ustad dərs”i çox maraqla dinlənilib. Görüşün sonunda Musiqi
Akademiyasının zalında məktəb şagirdlərinin
ifasında Ü.Hacıbəyov, Q.Qarayev, F. Əmirov, Niyazi,
S.Rüstəmov, A.Məlikov, T.Bakıxanov, A.Mosart, F.Şopen,
Debüssi və digər böyük bəstəkarların əsərləri,
eləcə də muğamlardan parçalar ifa olunub.
GÜNEL
525-ci qəzet.- 2010.- 20 may.- S.7.