Şəkinin sənət dünyası Azərbaycan mədəniyyətimüzakirə edilib

 

Mədəniyyət Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə ŞəkidəŞəkinin sənət dünyası Azərbaycan mədəniyyətimövzusunda dəyirmi masa keçirilib. Sözügedən nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə çıxış edən şəhər mədəniyyət turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov “2010-2014-cü illər Xalq Yaradıcılığı PaytaxtlarıProqramına əsasən Şəkinin 2010-cu ildəAzərbaycanın Sənətkarlıq Paytaxtıelan edildiyini xatırladaraq, bu ilin yerli sənətkarlar üçün çox məhsuldar keçəcəyinə əminliyini ifadə edib. 

Şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova proqram çərçivəsində Şəkidə xalq tətbiqi sənəti, ənənəvi dekorativ sənəti milli təsviri sənət ənənələri ilə bağlı silsilə tədbirlərin həyata keçirilməsinə başlandığını bildirib, nazirliyin Metodiki Mərkəzinin təşkilatçılığı ilə təşkil olunmuş dəyirmi masanın bu istiqamətdə növbəti tədbirlərdən biri olduğunu vurğulayıb: “Qədim dövlətçilik ənənələrinə, zəngin tarixə malik olan Şəki şəhəri, eyni zamanda sənətin sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi ərazilərdəndir. Odur ki, sənətkarlar onlara göstərilən bu etimadı doğrultmaq üçün il ərzində daha da məhsuldar işləməli, Şəki sənətkarlığının şöhrətini daha yüksəklərə qaldırmalıdırlar”.

Tədbirdə çıxış edən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, fəlsəfə elmləri doktoru Vilayət İsmayılov proqramın həyata keçirilməsində əsas məqsədi açıqlayıb: Bu proqram vasitəsilə Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması təbliği, xalq sənətinin daha da inkişaf etdirilməsinə, paytaxt şəhərlərin turizm potensialının genişləndirilməsinə beynəlxalq səviyyədə tanıdılmasına nail olmaq əsas məqsədimizdir. Şübhə etmirəm ki, Şəki sənətkarları proqramın uğurla həyata keçirilməsinə öz layiqli töhfələrini verəcəklər”.

Tədbirdə mərkəzin əməkdaşı, fəlsəfə elmləri namizədi Vahid ÖmərovŞəkinin sənət dünyası Azərbaycan mədəniyyətimövzusunda məruzə ilə çıxış edib.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 21 may.- S.7.