Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Milli iftixarımız Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi tamam olur. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı belə çəkilməyən mətbu əsərlərini aramaqla məşğulam. Hələlik 1904–1917-ci illərdə dövri mətbuat orqanlarında dərc olunmuş 150-dən artıq əsərini toplamış, onları ərəb əlifbasından müasir əlifbaya çevirmişəm. Bu əsərlərlə oxucuları “525-ci qəzet” vasitəsilə tanış etmək istədim.

 

Şirməmməd HÜSEYNOV

 

 

QEYDSİZLİYİN NƏTİCƏSİ

 

Ağır bir daş olub Qafqazın başına düşmüş bu erməni-müsəlman qırğını böylə davam edəcəkdirsə, görünür ki, gözəl vətənimiz ölüm, itim, qan ocağı olub balaxir inqirazə üz qoyacaqdır. Qafqazda bu ixtişaş heç bir kəsi gərək şad etməsin. Bunun nəticələri bilaistisna hamıdan ötrü təhlükəlidir. Bu qanlı vuruşmaların son həlakətli günləri hamının diriligini zəhərliyəcəkdir. Bunu hər kəs özünə gərək yəqin etsin və yəqin edib də görsün ki, bütün Qafqaz əhlinin bu erməni-müsəlman qırğınına qarşı ümumiyyət etibarı ilə göstərdigi qeydsizlik nə fəlakətli nəticələrə səbəb oldu və olacaqdır.

Vaqeən, insaf ilə danışmalı: Qafqazın özü-özünün bu bəlayi-nagəhanına, bu müsibət, bu fəlakətinə qeydsiz baxıb dəfinə çalışmadı. Çarələr, tədbirlər axtarmadı, yalnız bir “məlun provakator” deyə söyüb-söylənməgə başladı. Qafqaz öz səthində quldurluq və yırtıcılıq hissilə dolananları, hiylə, təzvir və fəsadfikir səqimilə iş görənləri, fitnə salıb da nəticəsindən nəfbərdar olmaq niyyətində olanları çox gözəlcə görə-görə, bilə-bilə bunların dəf və rəfinə qarşı heç bir ciddi tədbir ittixaz etmək amalında olmadı...

Qafqaz öz həlakətinimi istiyordu!? Yoxsa özünü gücsüz bilib də sair yerdən köməkmi gözliyordu?

Bu işdə heç bir kəs Qafqaza kömək göstərə bilməzdi, yalnız Qafqaz özü-özünü bu fəlakətdən qurtara bilərdi. Onun gücü də var idi, zoru da.

Qafqaz özü bilirdi ki, bu ixtişaşın əvvəlindən ta indiyə qədər müsəlman ünsüründə uzun-uzadiyə kilitli surətdə dava etmək və hər yerdə şuriş salıb da ənzari-icabı öz zavallı vətəninə cəlb etmək və bunun aqibətindən bir növ müstəfid olmaq, yəni bir məqami-mümtaza haiz olmaq fikri yox idi və yoxdur. Bu fikir politiklər fikridir. Müsəlmanlar isə heç bir politikaya vaqif degildirlər. Və siyasət nəzərilə iş görmək heç bir vəqt onların ümumiyyət etibarı ilə yetişməmiş əqillərini işğal etməmişdir. Ermənilər isə onlarda əvvəlcə ittixaz etdikləri politikanın müzürr olduğunu düşünüb ixtişaşın bu axırıncı zamanlarında bu politikadan əl çəkməgə qövlən və felən üz qoydular. Onlardan yalnız bir partiya ayrılıb haman əvvəlki politikalarını icra etməkdə davam ediyorlar. Lakin bu partiya əvvəlcə bütün erməni millətini dolandırırsa da, bu axır zamanlarda nüfuzunu itirib, gözdən düşüb öylə təzərrür bir haldadır ki, bütün Qafqazın balaca bir təzyiqi onu kökündən yıxıb puç edər. Bu da Qafqaza məlumdur ki, fitnə və fəsadın zəhri bütün əhalinin daş kimi mətin bir etirazına əsla əsər edəmməz. Bunların hamısı Qafqazın özünə məlumdur. Əlac dəxi Qafqazın özündədir. Mehi- hüzn qeydsizlik işi xarab ediyor və bəlanın getdikcə artmasına səbəb olur...

Canişin hüzurunda olan erməni-müsəlman nümayəndələri yaxşıca işə girişmiş idilər. Onlar əgər müşavirənin axırında soyumasa idilər, gözəl nəticələr çıxarda bilərdilər. Lakin müşavirədən sonra onlar degil, bütün Qafqaz soyudu. Öylə soyudu ki, ap-açıq görülən fitnə və şərarəti görmək də istəmədi. İcra olunan xəyanətlərə və cinayətlərə heç bir etina etmədi.

Erməni-müsəlman komisyonlarından qəti-ümid etmiş müsəlmanlar başlarına gələn xəyanətkaranə əməlləri görüb də bir yerə yığılıb çarə axtarmaq istəmədilər. Haman komisyonlardan nətayici-məzərrə biruz edəcəgini bəsirət gözü ilə görən erməni-firqələri heç deyib danışmadılar. İşin, vətəni təhdid edəcək bir halə münqəlb və müncər olduğunu müşahidə edən Gürcüstan sükuti-ixtiyar etdi..... heç kəs dinmədi, heç kəs danışmadı, işlər getdikcə xarablaşdı və axırda da... Şuşa hadisatı doğdu. İrəvan isə qiye üstə durub sayır yerlərdə böyük bir həyəcan içində quru güləş mənziləsindədir ki, yanan yerdən oraya bir qığılcım düşdümü-alovlanıb yanması bir dəqiqənin işidir.

Böylə olmaz. Qafqaz münhədim və inqraz olmamağını istərsən isə, tez bir əlac tap, fövqəladə tədbirlər gör. Sakitlik və rahatlıq bərqərar edəndən sonra da huşyar ol, qoyma ki, fitnə və fəsad fikri aranı qarışdırsın, durunu bulandırsın.

Böhranlı zamandır, indi çağır öz övladının, yəni gürcülərinin, ermənilərinin, müsəlmanlarının bütün millət tərəfindən seçilmiş nümayəndələrini, qoy görüşüb danışsınlar, dərdimizə dərman axtarsınlar və doğru bir tədbir töküb o dərmanı tapsınlar, və illa bu qeydsizlik bizim axırımıza çıxar, necə ki, çıxmaqdadır.

 

Üzeyir

 

“İrşad” qəzeti, 19 iyul 1906, ¹ 169

 

inqiraz – məhv olma

ənzar – nəzərlər, baxışlar

icab – lüzum, zərurət

müstəfid – faydalanan, istifadə edən

təzərrür – zərər çəkmə, zərərdidə olma

qiyl – səs-küy

 

 

ORDAN-BURDAN

 

“Molla Nəsrəddin”ə açıq məktub

 

Ay “Molla Nəsrəddin”!... Bilirəm əvvəlki sözümdən özün duymusan ki, sənə nə yazmaq istiyirəm: görürəm utandığından dəbbax kimi qızarırsan. Heç qaradavoy qorxusu da gözünə girmir. Damcı-damcı axıtdığın tərin şappıltısını eşidirəm. Amma utanıb-qızarmağına baxmıyacağam. Çünki sən də bizimkinə baxmırdın. Deyəcəyəm, danışacağam ki, sənin dilin bir də bizim Bakı üstündə gödək olsun. Türki məsəldir ki, “dögmə qapımı, dögərlər qapını”, bu hamısı qəzanın işidir. Hərgah sən Tiflisdə otura-otura Bakı adamlarına sataşmasa idin, heç vaxt cənaban Ağalarov və Vəzirovun fikrinə gəlməzdi ki, Tiflis müsəlmanları üçün bir fahişəxanə açılsın...

Nə bilim, bəlkə sən heç utanmırsan, qızarmırsan, tər də tökmürsən. Nə bilim, bəlkə mənə belə görünür. Nə bilim, bəlkə sən durub deyəcəksən ki, Ağalarov və Vəzirov cənablarının heç bir qəbahəti yoxdur. Çünki, kişilər rusca oxumuş adamdırlar. Görürlər ki, “obrozovanni” taifələrin şəhərlərində həmişə fahişəxanə olur. Onun üçün onlar da öz “obrozovanni”lıqlarını bildirmək üçün istiyirlər ki, onların da fahişəxanəsi olsun. Nə bilim, bəlkə deyəcəksən ki, Tiflis müsəlmanlarının hər bir işləri düzəlib, yalqız bir fahişəxanəyə möhtac idilər ki, onu da “qeyrətmənd” Ağalarov və “namuskeş” Vəzirov cənabları öz zəhməti-həmiyyətməndanələri ilə açmaq istiyordular. Nə bilim, bəlkə deyəcəksən ki, fahişəxanənin müsəlman hissəsində olmağı Tiflis müsəlmanları üçün bir təsəllidir. Çünki postxanələr, məktəbxanələr, sudxanələr, pulxanələr və sair lazımlı xanələr erməni hissəsində olanda, qoy müsəlman hissəsində də bari bir fahişəxanə olsun. Nə bilim, bəlkə deyəcəksən ki, “millət qəyyurları” cənaban Ağalarov və Vəzirov müsəlmanlar üçün fahişəxanə istəməkdə çox böyük hünər ediblər. Çünki, hökumətdən bir şey istəməgin (istədiyi hər nə olursa-olsun) müsəlman üçün çox artıq hünərdir və bir də, əlbəttə, bu müsəlmanların fahişəxanasız qaldığı dərdini çəkən “millətpərəst”lər, sabah da məktəb qeydinə qalıb istərlər ki, fahişəxanın yanında bir məktəbxanə dəxi olsun. Sonra bu növ ilə istəməgə öyrənib yavaş-yavaş bu fahişəxanə istəmək sayəsində bütün müsəlman hüququnun da geri verilməsini istərlər. Nə bilim, bəlkə utanmıyıb deyəcəksən millət “qeydinə” qalan Ağalarov və Vəzirov cənabları hər gün fahişəxanəyə.... Amma onu da deyirəm ki, sözün doğrusu mən indidən sənin fikrini duya bilmərəm: nə deyim, bəlkə heç bu curə sözlər demiyib öz şəhərinizin “qeyrətmənd”lərini özgə bir növ ilə haqlıyacaksan. Qərəz bunlar sənin işindir. Ancaq bu açıq məktubu yazmaqda mən onu demək istiyirdim ki, özgələr xüsusunda yazmaq istədikdə, əvvəlcə bir az həndəvərinə göz yetirsən, çox yaxşı olar.... Tək mane qalırsa, əslinə baxsan mən cənab Ağalarovun və yoldaşı cənab Vəzirovun fahişəxanə istəməklərinə heç təəccüb etmiyoram. Çünki, bu saət zaman elə zamandır ki, hərənin əqlinə bir curə fikir gəlir. Biri diyir ki, gərək məmləkətdə zülm, cəbr, zor və sitəm olsun, o biri diyir ki, xeyr, ədalət, musavat və hürriyyət olsun. Biri diyir ki, vəzirin ixtiyarı yoxdur ki, millətin boynuna minib “sür dərəyə” oyunu çıxartsın. O biri diyir ki, xeyr, millətin ixtiyarı yoxdur ki, başına qapaz vurulanda protest eləsin. İştə müsəlmanlardan da biri diyir ki, millətimiz üçün məktəbxanə, mədrəsəxanə lazımdır. O birisi də diyir ki, xeyr, məktəb-flan boş sözdür, əvvəlcə fahişəxanə lazımdır.... Daha burada təəccüb və acıq yeri gərək olmasın.

 

Səlyan cəmaətinə açıq məktub

 

Ay Səlyan cəmaəti, neçün zəhmət çəkib bir-birinizi qırırsınız və “təmiz”, “dəstəmazlı” əlinizi qana buluyursunuz? Sizin zəhmət çəkməyiniz yaxşı degil, qoy general Qoloşçapov Şuşa şəhərindən çıxıb sizin şəhərinizə təyin olunsun, onda sizin işiniz yoxdur. “Qoçaq” general erməni “fədai”lərilə və top və tüfəngi ilə sizi öylə qırdırsın ki, biriniz də sağ çıxmayasınız!! Siz nə üçün zəhmət çəkirsiniz?!

 

Filankəs

 

“İrşad” qəzeti, 20 iyul 1906, ¹170

 

 

ŞUŞA QIRĞININA DAİR

 

Görünür ki, Qarabağın müsəlmanları qətliamə məhkum olubdurlar. Onları öldürürlər, yandırırlar, qarət edirlər. Bir dəm nəfəs almağa aman vermirlər.

Bu qətliami icra etməgə göndərilmiş general Qoloşçapov vəzifeyi-zülmkaranəsini ifa etməkdə heç bir qüsur göstərmiyor. “Mədəniyyətli” ermənilər öz fikri-səqimlərini əmələ gətirməkdən ötrü yaxşı fürsət tapıbdırlar. Onlar iş görürlər. Gah provakatoru əldə alət ediyorlar, gah özləri provakatorun əlində alət olurlar və əksəriyyən provakator ilə bir yerdə iş görürlər.

Namərd düşməndən üç-dörd qat az olan Şuşa müsəlman kişiləri budur on gündür ki, hamını heyran qoyacaq bir cəsarət və səbat ilə özlərini yox, ev-eşiklərini yox, əhli-əyallarını, arvad-uşaqlarını müdafiə və mühafizə edib qoymurlar və axır nəfəsədək qoymazlar ki, insaniyyətdən ari olan düşmən heyvaniyyət qələbəsi altında cürət edib pərdeyi-namusu mavərasına əl uzatsın.

Bu şuriş degil. Buna ixtişaş adı qoymaq olmaz. Bu davadır şərr baqaidə icra olunan bir müharibədir ki, burada bir tərəfin məqsədi digər tərəfi məhv və nabud, digər tərəf isə özünü axırıncı qan damcısını qalanadək müdafiə etməkdir. .... Düşmənin hədd və hesabı olmuyan top və tüfəng güllələri altında on gün, on gecə müdafiədə bulunub da, yalnız bir 20-30 adam itirmiş Şuşa müsəlmanları, görünür ki, öz canlarını çox baha satırlar. Və bu da namərd tərəfi divanəvər bir halə salıb zülm və sitəmlərini son mərtəbəyə yetirir. Bunu da bütün Qafqaz bilir, işin həqiqəti hamıya aşkardır, lakin nədəndir bir ovuc müsəlmanların böylə bir səbəbsiz qətliaminə qarşı heç bir etiraz edən yoxdur. Birinci Şuşa müqatiləsindən sonra istitaətdən kəsilib, əhli-əyalını qətlə, ana yurdunda qoyub da kəsbi-ruzi üçün ora-bura dağılmış şuşalıların yanğılı və suzişli etirazları hesab degil, bütün Qafqaz öz övladının başına gətirilən bu müsibəti-əlimməyə qarşı gurultu ilə protest etməlidir. Lakin nə deyim, Qafqazın qəlbində öz övladına cüzi də olsun bir məhəbbət hissi qalıbdırmı? Qalmıyıbdır! Çünki, Qafqazı öz döşündə bəslədigi bu naşükür və xəbis əlaxəllaq övladı aldadıbdır. İqtizai-təbiəti hiylə və təzvir olan bu övlad öz fikri-səqimi təhrikilə Qafqazın dünya varınca bir qan ocağı olmağına razı oldu. Hökumət isə bir bunu arzu edirdi. Heç bir vəqt demək olmaz ki, hökumət aldandı: min cür hiylə ilə tarixi bir hadisədən ibarət olan azadlıq hərəkatını hər dəm təxirə salan hökumət necə ola bilər ki, Rusiyanın kiçik bir hissəsi olan Qafqaz idareyi-ümuriyyətində aldansın?

Biz hökumətin ermənilər ilə bir yerdə müsəlmanları qırdığını görüb də belə güman ediyoruz ki, ermənilər hökuməti aldadıblar. Halbu ki, ermənilərə aldanan biz özümüzük. Hökumət isə öz politikasını işlədir. Fəqət bizim yuxarıda zikr edilən gümanımıza səbəb əvvəla ermənilərin hiyləkarlıqlarının bizə yəqinliyi və saniyən hökumətin açıq-açıqdan tərəfdarlığıdır.

Çünki, bizim xəyalımıza gəlmiyibdir ki, hökumət bizə xəyanət edə bilər.... Sadədil müsəlmanlar!.... İştə məlum olur ki, hökumət biz müsəlmanların sədaqətinə qarşı hər gunə xəyanət etməkdə heç bir şeydən çəkinmiyor. Buna dəlil odur ki, Şuşada olan zülm xüsusunda bizi danışmağa qoymuyorlar, dilimizi bağlıyorlar. Buna dəlil odur ki, Qafqazın bir guşəsi olan Qarabağın yepiskopu Aşot nam keşişin sözü ilə Qoloşçapovu Şuşaya göndərib də bütün Qafqazın Şeyxülislamının iltimasına qulaq vermiyib, o zalımı geri çağırmıyorlar və müsəlman tərəfindən olan etiraz və protestləri biəncam qoyurlar... Dəlil çoxdur..... Təqsir də hər halda özümüzdədir.....

 

Ü. (Üzeyir)

 

“İrşad” qəzeti, 23 iyul 1906, ¹ 172

 

divanəvər- dəlicəsinə

 

 

İSTİFADƏ LAZIMDIR

 

Bir müsibətin, bir bədbəxtliyin acılığını əksiltmək üçün o müsibət və bədbəxtlikdən layiqincə istifadəyə qadir olmaq lazımdır. Zənni-acizanəmizcə bu təsəvvürü özümüzə sərməşq tutub, həyat və məişətimizə tətbiq edərsək, arzu olunan bir çox faidələr əxz edərik. Vaqiən, üzərimizə ariz olan bir bəla bizi gərək qarıxdırmasın, daha doğrusu mübtəla olduğumuz bəla və ya müsibət nə qədər acı olsa da biz gərək onun acılığı təsirindən qarıxmayaq. Yəni əl-ayağımızı boş qoyub, yalnız bir ax-vay etmiyək. Biz gərək bacarıb, o bəla və müsibətdən istifadə edək, ondan bir növ qazana bilək ki, bu nəf o bəlanın acılığına müqabil durub onu puç etməsə də, barı azaltsın və təkrar vüquini dəf etsin.

Lakin məəttəəssüf biz indiyə qədər böylə etməmişik və indi də etmiyoruz. Biz öz müsibətimizdən istifadə etmək istəmiyoruz və istəmədiyimizə görə də indi istifadə etməgi də bacarmıyoruz. Ola bilsin ki, öz şəxsi işlərimizdə yalnız biz özümüzə ariz olan bəlalardan müruri-zaman ilə istifadəyə məcbur olmuşuq və istifadə ediriz. Fəqət nə olsun ki, ümumi millət işlərində təsadüf etdigimiz bəla və müsibətlər bizi istifadəyə bacarığımız olmadığına görə müntəzir və naçar qoyur və acılığını da artırır. Əlimizdən boş-boş ax-vay etməkdən savayı heç bir şey gəlmir. Əcəba buna, yəni müsibətdən istifadə etməgə bacarığımız olmadığına səbəb nədir?

Bu məsələyə cavab vermədən qabaq, digər bir məsələyə cavab arayalım: Aya biz ümum millətimizin Rusiyada işğal etdigi mövqeinə, mənafeinə, istiqbalına nə vaxt olur-olsun əhəmiyyət nəzərilə baxmışıqmı? Canı yananlıq ilə millətimizin qeydinə qalmışıqmı? Doğruluq ilə millət üçün bir iş görmüşükmi?

Rusiyanı bilmiyorum, bütün Qafqazda doğrudan doğruya millətin indiki övzainə və gələcəyinə bəsirət və əhəmiyyət nəzərilə baxan vahid bir adamımız olubdur. Sairlər isə onlardan da biri və ya ikisi millət üçün doğrudan bir şey görmək...

Fəqət düçar olduqları məşəqqətlərə tab gətirə bilmiyib cürətsizlik ilə geri çəkilibdirlər. Qalanlarımız da dəxi göp və vaf ilə millət-millət deyib də feldə özlərini cərəyan və qaimə tabe buraxıb hər bir səy və təlaş və zəhmətdən kənar olmağı nəfləri üçün səlah bilibdirlər. Bunlar aləmin fyuzatından dəm vurub da təlim və təlimə müavinət göstərmək zəhmətini özgələrə vaküzar edibdirlər. Xabi-ğəflətin məzmumatından danışıb da milləti iqaz etmək və oyatmaq məşəqqətini özgələrə həvalə edibdirlər. Nifaqın zərərlərindən və ittifaqın mənafeindən söylüyüb də əvvəlincini rəf və ikincini tətbiq etmək əziyyətlərini də yenə özgələrə buraxıbdırlar. Qərəz danışıqda ağızlı və iştə əlsiz olubdurlar. Və bu laf ilə də “milləti irəli aparmağa” çalışıbdırlar...

Ümumiyyətlə biz etiraf və iqrar etməliyiz ki, indiyə qədər millətimizin mənafeini, istiqbalını nəzəri- əhəmiyyət və etibara almamışıq. O səbəbdəndir ki, millətimizin bəla və müsibətindən istifadə etmək istəməmişik və indi də bacarmıyoruz. Doğrudan da böylədir. Öz malının qeydinə qalmayan bir kəs malı oğurlanmasına artıq etina etmiyib, malının başına gələn müsibətdən istifadə etməz. Yəni oğrunu daldan-dala söyməklə iktifa edib, mal oğurluğuna qarşı doğru bir tədbir tapmaq nəfini əlindən buraxar. Halbu ki, oğurluğa qarşı tədbir taparsa, bu əvvəla onun üçün bir mənəvi-xoşnudi və xatircəmlik hasil edər və saniyən malı da təkrar oğurluqdan məsun qalar.

Biz millətimizin qeydinə qalıb, onun elmsizlik bəlasından istifadə etmiş olsaydıq, indi bizim əsaslı ümumi bir məarif cəmiyyətimiz var idi. Millətimizin nifaq, müsibətindən nəfbərdar olmuş olsa idik indi bizim ümumi bir ittifaq və ittihadi-əncümənimiz var idi. Millətimizin fəqir və miskənəti-afətindən istifadə etsə idik, indi bizim ümumi bir təavün və xeyriyyə məclisimiz olardı. Və bu cəmiyyətlərin məsailəri sayəsində millətimiz doğrudan da sürətlə irəli gedərdi.

İştə iki ildən bəridir ki, millətimizin başına gələn bu erməni-müsəlman ixtişaşı bəlasından da biz istifadə edə bilmiyoruz. Biz ancaq sögüb- sögüşürüz. Bu bəlanın ibtidasından biz yalnız bir erməniləri sögürdük. İmdi isə “provakator” sözünü də öyrənib o dəni ismi daşıyanlara sögürüz. Artıq bir iş görmüyoruz. Hər sögüşündə axırında qəti surətdə, bəsdir bu qədər qan, qurban alan can kimi şairanə sözlər deyib millətə tövsiyə ediriz ki, dalaşmasınlar, daha bunu nəzərə almıyoruz ki, görək millətimiz doğrudan da... diqqət yetirmiyoruz ki, görək millətə ariz olan bu qırğın bəlası nədir, nərədəndir, nə üçündür. Hərgah vaqiən bu provakator bəlasıdırsa, onda gərək provakatora sögmək ilə iktifa etmiyib, ona qarşı doğru tədbirlər ittixaz edib, yəni bu bəladan istifadə ilə millətimizi provakatorlardan qoruyaq və ya bu bəlaya sair səbəblər vardırlarsa, onunla nəfbərdar olub rəfinə və təkrar vüqui-dəfinə çalışaq.

Bu axırki Qarabağ qırğını, Şuşa müsəlmanlarının bu bəlası, bizə və bizim əvamımıza bir çox örtülü şeyləri aşkar etdi. İştə borcumuz bunlar ilə istifadə etməkdir. İstifadə etməsək gələcək bəlaların günahı bizim üstümüzə töküləcəkdir. İstifadə layiqli olmaq üçün övzamızı və əhvalımızı diqqət və əhəmiyyət nəzərinə alıb ətraflıca müzakirə etməliyiz. Və ondan sonra da canıyananlıq və doğruluq ilə işə girişməliyiz. Bütün qüvvəmizi bu işdə sərf etməliyiz. Əfkarımızı biri-birimizə yetirən məqasidəmizdən yek-digərimizi xəbərdar edən qəzetələrimiz sütunlarında millət mənfəəti üçün yazılan məqalələr boş və bihudə sözlərdən dürüst mülahizə edilməmiş fikirlərdən ari olub dərin təfəkkür və təsəvvürlər məhsulu olan doğru təkliflər və tədbirləri havi olmalıdırlar. Bəsdir boşboğazlıq! Yazı “moda”sından əl çəkib də övzamızə diqqət və əhəmiyyət nəzərilə baxmalıyız. Müsibətlərimizdən bacarıb da istifadə etməliyiz. Yoxsa çürük və faydasız sözlər ilə ürək bulandırmaq lazım degil...

 

Üzeyir

 

“İrşad” qəzeti, 25 iyul 1906, ¹ 174

 

laf – boşboğazlıq

qaimə – əmrnamə

iqaz – oyatma

iktifa – kifayətlənmə

məqasid – məqsədlər

 

 

Ordan-burdan

 

General Qoloşçapovun provokator olduğunu sübuta yetirmək buna oxşar ki, qatığın ağ olduğunu sübuta yetirəsən. Bu saət o kişi özü də öz provokatorluğunu iqrar ediyor. Amma nədəndir ki, indiyə kimi hürriyyətpərvərlər qabağında provokatordan şikayət və dad və fəryad edən ermənilər indi lal və kar olub provokatoru görmiyorlar və onun qovulmasını istəmiyorlar? Buna ñəbəb nədir?

Buna iki ñəbəb ola bilər. Biri budur ki, ermənilər provokator o adama diyorlar ki, müñəlman tərəfdarı olub ermənilərin qırğınını iñtiyor. Amma o adam ki erməni tərəfdarı olub müñəlmanı qırır-ermənilərin yanında ən adil və ñahibi-vicdan bir adamdır ki, onun ciblərini pul ilə doldurmaq hər bir “millətpərəñt” erməninin vəzifeyi-müqəddəñəñidir. Və yainki, ola bilər ki, ermənilər dünən “obrazovannı” olduqlarına görə provokatoru filanı gözari ñeçirdi. Amma nə iñə bu gün birdən-birə vəhşi olub provokatoru görəmiyorlar. Yazıq ermənilər, neçün durduğunuz yerdə vəhşi oldunuz?!

Dünən “obrazovannı” olan ermənilər bu gün vəhşi olubdurlarña da, dünən vəhşi adlanan iranlılar bu gün mədəni olub, iñtibdadı kökündən tulluyub özləri üçün hökuməti-məşrutə qayırıbdırlar. İranın yağlı əli Ruñiyanın başına! İllər ilə zindanda qalıb da, ñonra işıq üzünə çıxıb ñevinən adam kimi, dünən Bakı iranlıları ñevinib şəhər bağının lap şənlikli yerində kəmali-iftixar ilə gəzirdilər, libañlarının cındırlığı və neftə aludə olmañı onların vecinə degil idi. Qoy “barişnalar” burunlarını tutub onlardan qaçñınlar, qoy “kovalerlər” onların cındırına baxıb rişğənd eləñinlər, qoy qaradovoylar onlara qapaz vurub bağdan qovmaq iñtəñinlər, zərər yoxdur. Bunlar hər nə tovr olña o barişniyalardan da, o kovalerlərdən də, o qaradovoylardan da artıqdırlar. Çünki, öz vətənlərinin “qrajdanin”ləridirlər: Onlar bundan ñonra dövlət işlərini dolandıracaqdırlar, bundan ñonra Əliqulu xan, Vəliqulu xan, Səfiqulu xan və ñair xan onlara deyə bilməz ki: adə, filan filan şödə, qazandığını cibimə tök! Bundan ñonra bədnam əlməmalik onların məmləkətini bədnam edə bilməz.

Amma bir iş vardır: İranlılar bunu yaddan çıxartmañınlar ki, ərbabi-hökumətin həmişə hiyləñi olur. Bax, Oñmanlı və Ruñiya göz qabağındadır. Bunlar cəmaəti əvvəl ñevindirib, ñonra aldatdılar. Elə olmañın ki, İran ərbabi-hökuməti də cəmaətin başına bu cürə kələk gətirñin. Bunu iranlılar yadlarından çıxartmañınlar.

 

Filankəñ

 

“İrşad” qəzeti, 1 avquñt 1906, ¹ 180

 

 

VAXTDIR

 

Ehtiyacatımız gün-gündən artmaqdadır. Heç bir tədbir və əncam fikrində degiliz, deyiriz, danışırız-amma dedigimizi, danışdığımızı qövldən-felə gətirmək və ya götürtmək təşəbbüñündə bulunmuyoruz. Nə üçün? Nəyi gözləyiriz?

Millətimiz Allahülhəmd, dərrakə məqamına demək olur ki, gəlibdir. Erməni-müñəlman ixtişaşı, daha doğruñu erməni politikañı bir tərəfdən və Ruñiya azadlıq hərəkatı ilə bərabər Dövlət dumañının açılıb-buraxılmañı, digər tərəfdən camaatımızın indiyə qədər qanmamazlıq ucundan etina etmədigi təhlükəli əhval və ovzaini ona göñtərdi. İndi cəmaətimiz bir qədər öz xeyrini və zərərini anlamağa başlıyıbdır. Odur ki, bizim “ittifaq lazımdır” deyə nidalarımıza “məktəb vacibdir” kibi ñədalarımıza hər tərəfdən “lazımdır və vacibdir” cavab həmahəngini alırıq. Lakin bu cavabları alıb da ötüb keçiriz, guya məqñədimiz yalnız bir bu cavabları almaq imiş. Halbu ki, biz cəmaətin bu həmfikirligi ilə iñtifadə edib kəmali-ñürətlə arzularını hüñulə gətirməgə çalışmalıyız. Bundan belə milləti xabi-ğəflətdə və nadanlıqda ittiham etməgə bizim heç bir haqqımız yoxdur. Çünki, təkrar diyoram ki, millətimiz əlan hər bir iñlahatı qəbul etməgə hazırdır. Ancaq iñlahatı tətbiq etmək lazımdır.

Lakin iş buradadır ki, bu iñlahatı tətbiq və icra etməkdən qabaq biz əvvəlcə özümüzə məlum və müəyyən bir yol və məñlək ittixaz etməliyiz və iñlahatı da o məñləkə müvafiq və mütabiq olaraq işə qoymalıyız. Bizi müəyyən bir məñlək qəbuluna məcbur edən indiki zamanədır. Bu gün Ruñiyada bir millət yoxdur ki, onun müəyyən bir məram və məñləki olmañın. Bu millətlərin hamıñı qabaqca ətraflı müzakirə və müşavirədən ñonra təyin edilmiş bir məñlək üzrə iş görməkdədirlər. Odur ki, bunların hər bir fərdinin ñəy və cəhdi müəyyən bir məñlək üzrə məlum bir məramə tuş olduğundan bütün fərdlərin çalub-çalışmalarının məhñulu da arzu olunan nəticələri verir. Amma bizim fərdlərimizin çalışmaları, məñləkləri müxtəlif və qeyri müəyyən olduqlarına görə heç bir məhñul və nəticə vermiyor. Onu da deməli ki, bu növ çalışmağımız bir nəticə verñə də, arzu olunanı verə bilməz və ola bilñin ki, axırda cəmaət çaşıb, qarıxıb nə yapacağını unudar, ñərgərdan qalar. Yenə təkrarən izhar ediyoram ki, cəmaətimiz gözünü açıbdır. Öz xeyir və şərini ñeçməgə qabiliyyət ibraz etməgə başlıyor. Binaənileyh bizim vəzifeyi-müqəddəñəmiz budur ki, bu fürñət zamanında cəmaətimizə müavinət edib dərrakəñinin amal və arzu olunan təriqilə nəşvü-nümañına ñəbəb olaq. Əgər biz doğrudan da cəmaət xeyirxahı və millətpərvər iñək, kamali-əcələ və ñürət ilə bu vacib əmrə qədəm qoymalıyız. Bu şərtlə ki, haman əmri müəyyən bir məñləkə müvafiq olaraq icra edək.

Millətimizin “daxili” iñlahatı o yanda durñun, bu gün hazırda və önümüzdə iki məñələ vardır ki, biz indidən bu məñələlərin müzakirə və həllinə çalışmalıyız.

Bu məñələlərdən biriñi bu erməni və müñəlman ixtişaşıdır ki, indiyədək vətənimizi kor qoymaqdadır. Əgər ibtidalarda biz cəmaətimizin bütün baş bilənlərini yığıb bir ictima qurub bu məñələ xüñuñunda danışñaydıq və bu bəlaya qarşı tədbirlər arañaydıq şəkk yoxdur ki, ciddi və karlı bir tədbir ilə bəlanın dəfinə müvəffəq olardıq və yaxud, bu bəlanın əñil müñəbbiblərini öz əməlləri ucundan kor və peşiman qoyardıq.

Tifliñ erməni-müñəlman baş komiñyonunun hiyləñini və təkañülini müşahidə edəndən ñonra bizim yeganə əlacımız xüñuñi bir müñəlman ictimai qurub bu müñibətə qarşı binagüzarlıqlar ittixaz etmək idi. Etñə idik, çox ola bilər ki, bu ñon Şuşa faciəñi vaqe olub ürəgimizi dağlamazdı. Lakin çifayda, biz tərpənmədik. Oturduğumuz yerdə bitib qaldıq, minlərcə ñui-hərəkat və fəna rəftarlar müşahidə edə-edə, yenə də hərəkətñiz qaldıq. Xəlq dəxi baxıb gördü ki, biz guya öz vücudumuzu unutmuşuq. Əlbəttə, haman dəm iñtifadə etməgi təxirə qoymadı...

İkinci mühüm məñələ qabağımızda açılacağı vəd olunmuş Dövlət dumañıdır. Birinci duma, cümləmizə məlum olduğu üzrə bizim bu dumaya dair bütün xətalarımızı ap-açıq qabağımıza qoydu. Biz öz xətalarımızı görüb də peşimançılıq barmağını ağzımıza uzatdıq və heyf-heyf deməgə başladıq. Biz hamıdan nüfuñca çox olan müñəlmanlar, dumaya çox yazıq görünürdük. Bizi, hətta, ñeçmiyordular da, ñaymıyordular da. Göndərilmiş vəkillərimizdən ümumiyyət etibarı ilə cəmaətimizin heç bir xəbərdarlığı yox idi. Dumaya gedən vəkillərimiz, nə üçün, nə məramnamə ilə getdigini, dumada nə deyəcəyini, nə tələb edəcəyini zərrəcə də qanmıyordular. Zira əvvəlcə hazırlaşmamışdılar. Cəmaət dəxi dumaya vəkillər göndərildiyini eşidib heç başa düşmürdülər ki, bu vəkilləri kim göndərdi, onlara nə dəñtürüləməl verildi. Qərəz əvvəlki dumada biz yalnız bir forma üçün oturmuşduq. İndi ümum Ruñiya üçün bədbəxtlik üz verib, duma dağılıbdır. Bu bədbəxtlik elə iñtifadə etmək lazımdır. İkinci dumaya layiqincə hazırlaşmalıdır. Hazırlaşmaq üçün də bir yerə yığılıb, bir ictimai təşkil edib, bu xüñuñda deyib-danışmaq icab edər. Fərz edəlim ki, hətta ikinci dumanı görmək bizə məqdur olmıyacaqdır. Yaxud kim bilir, bəlkə getdikcə reakñiya güclənib inqilab zühuruna ñəbəb olacaqdır. Bunu dəxi nəzərdə tutub bu gələcək hadiñəyə dair öz münañibətimizi və mərbutiyətimizi təyin etməliyiz...

Xülañə, biz Qafqaz müñəlmanlarına xüñuñi bir ictima qurmaq vacibdir. Bu ictimaidə biz hər bir məñələlərimizi mövqei müzakirəyə qoyub həll etmək ilə bərabər, öz məram və məñləkimizi dəxi məlum və müəyyən edərik. Bizim Ruñiya arkadaşlarımız bu barədə bizdən şüurlu çıxıb əlhal üçüncü bir ictima qurmaq fikrindədirlər. Bizə nə düşübdür ki, bir bu qədər xüñuñi ehtiyacatımız ola-ola bir yerə yığılıb danışmıyaq, nə vəqtə qədər işimiz yalnız bir mədhidən və zəmmdən ibarət olacaqdır. Nə vəqtə qədər fikirlərimiz, arzularımız qövldən-felə gətirilməyəcəkdir. Bəñ nə vəqt doğrudan-doğruya iş görməgə iqdam edəcəgiz?!... Vəqtdir, iş vəqtidir. Danışmaq hər halda mümkündür. Axırı bir iş görmək də lazımdır!

 

Üzeyir

 

“İrşad” qəzeti, 3 avquñt 1906, ¹ 182

 

qövldən-felə – ñözdən işə

təkañül – başıñoyuqluq, qeydñizlik

məqdur – mümkün

mədh – öymə, tərifləmə

zəmm – həcv etmə

 

 

(Ardı var)

 

Üzeyir HACIBƏYLİ

 

Hüseynov Şirməmməd

 

525-ci qəzet.- 2010.- 22 may.- S.18-19.