Rəngli arzularadlı foto sərgisi açılıb

 

Müasir İncəsənət Mərkəzinin sərgi salonundaBirliyə DoğruƏlil Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyi Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının Keçmiş Təcrübəçiləri AssosiasiyasıRəngli arzularadlı foto sərgi keçirib. 

Tədbirdə çıxış edənBirliyə Doğrutəşkilatının rəhbəri Zərifə Quliyeva deyib ki, “Rəngli arzularfotosərgisi cəmiyyətdə özünü təsdiq etməkdə çətinlik çəkən uşaqların həyatlarından müəyyən anları göstərir: “Müasir dövrümüzdə ailə qayğısından məhrum olmuş uşaqların taleyi hər birimizi maraqlandırmalıdır. Kadrlara köçürülən bu anlarda bizim hər birimizə ünvanlanmış sözləri oxumaq olar”. Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının Keçmiş Təcrübəçiləri Assosiasiyasının Prezidenti Aysel Əsgərova bildirib ki, bu uşaqlar öz problemləri ilə tək-bə-tək qalırlar biganəlik onların həyatında adi bir haldır. Beləliklə, sərginin əsas məqsədi sosial məsuliyyət kimi dəyəri təbliğ etməkdir.

Sərgidə bir neçə internat məktəbindən uşaq evlərindən olan balacaların 50-yə yaxın fotosu nümayiş etdirilib. Qeyd edək ki, maraqlı anları lentə köçürən tanınmış fotoqraflar İsa Aydın, Məryəm Türkan Hüseynovadır.

 

 

GÜNEL

 

 525-ci qəzet.- 2010.- 22 may.- S.17.