Yazıçılar Birliyində Qəşəm Nəcəfzadənin şeirləri müzakirə edilib

 

Ötən gün Yazıçılar Birliyinin (AYB) Natəvan klubundaBuyur, cənab tənqidadlı tədbir keçirilib. Tədbirdə şair Qəşəm Nəcəfzadənin yeni şeirlərinin müzakirəsi olub. Giriş sözü ilə çıxış edən Q.Nəcəfzadə tədbirin mahiyyətindən danışıb: “Adından da göründüyü kimi tədbir tənqidə əsaslanıb. Bu mənim düşüncəmin orijinal təcəssümüdür. Kitab təqdimatları, yubileylərdə insanı təbrik edir, uğularının davamlı olmasını diləyirlər. Bu gün isə mən insanların mənə ünvanlanan təriflərini deyil, şeirlərimə subyektiv fikirlərini eşitmək istəyirəm. Ədəbi tənqidin inkişafında belə tədbirlərin keçiriliməsi olduqca önəmlidir”.

Tənqidçi Əsəd Cahangir şairin yeni işıq üzü görənŞeirin içindəki adamadlı kitabıdan söz açıb: “Kitabda Qəşəm Nəcəfzadənin qələmə aldığı məqalə, esse, haqqında yazılan məqalələr ona həsr olunmuş şeirlər yer alıb. Yeniliyi çox sevən yazdığı şeirlərində buna riayət edən Qəşəm Nəcəfzadənin 2 il öncəki şeirlərini oxuyanda mən burada fikir yeniliyi duydum. Bu gün şairin yazdığı şeirlərinə yeni fikirlə yanaşı, forma dil yeniliyi əlavə olunub”.

TədbirdəMikayıl Müşfiqin türmədəki şəkli”, “Çahargah”, “Xalq mahnısı can-can”, “Qarabağ şikəstəsi”, “Payız təsnifi”, “Çöl müxəmməsi”, “Günahsız digər şeirlərini müəllif özü səsləndirib. Yazılan şeirlərə ilk münasibət şair İlyas Tapdıqdan gəlib. Onun sözlərinə görə, səsləndirilən şeirlərdə metaforalardan, təkrirlərdən bol istifadə olunub. Oxunan şeirləri sərbəst insan düşüncələri adlandıran şair onları bəyəndiyini bildirib.

Mahirə Abdulla çıxışında Q.Nəcəfzadəni yenilikçi şair kimi dəyərləndirərək yazdığı şeirlərin çox maraqlı olduğunu dilə gətirib.

Şair-publisist Balayar Sadiq isə Q.Nəcəfzadənin oxuduğu şeirləri ədəbiyyatda iqlim dəyişikliyi adlandırıb.

 

 

Hüsniyyə İSMƏTQIZI

 

525-ci qəzet.- 2010.- 22 may.- S.16.