“40-cı qapıfilminin geniş təqdimatı olub

 

Heydər Əliyev Sarayında “40-cı qapıfilminin təqdimatı keçirilib. Təqdimat mərasimi tanınmış muğam ustası, xalq artisti Alim Qasımovun ifası ilə başlayıb. Sonra filmin yaradıcı qrupu ekran işi haqqında məlumat verib. 

Ssenari müəllifi quruluşçu rejissor Elçin Musaoğlu filmdəki hadisələrin Azərbaycan xalqı üçün ağır olan 1990-cı illərin əvvəlində 14 yaşlı Həsənin taleyindən bəhs etdiyini bildirib: “Bakının 40 kilometrliyində yaşayan uşaq anasının himayəsində böyüyür. Rusiyaya qazanc dalınca gedən atasının ölüm xəbəri gəlir. Oğlan təhsilini atıb bütün çətinliklərdən keçmiş anasına maddi dəstək vermək məqsədilə işləmək fikrinə düşür. O özünü anasını dolandırmaq məcburiyyətində qalır”.

Mərasimdə filmin Mədəniyyət Turizm Nazirliyinin sifarişi iləRitm Production”da çəkildiyi vurğulanıb. Film on dörd ölkədə, o cümlədən Almaniya, Belçika, Estoniya, Rusiya Çexiyada keçirilən festivallarda yüksək mükafatlara layiq görülüb. 2009-cu ilin aprelində isə ABŞ-ın Hyuston şəhərində keçirilən Beynəlxalq KinofestivaldaƏn yaxşı xarici film” nominasiyası üzrə qızıl mükafat alıb.

Filmdə rolları xalq artistləri Elmira Şabanova, Rafiq Əzimov, əməkdar artist Gülər Nəbiyeva, Həsən Səfərov digərləri ifa edirlər.

Mərasim filmin nümayişi ilə başa çatıb.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 22 may.- S.16.