Naşir ömrünün 41-ci səhifəsi...

 

QOŞQAR İSMAYILOĞLUNUN ƏZİZ XATİRƏSİNƏ

 

qədər qəribə olsa da, Qoşqarın, tanınmış naşir – “Çinar-Çapnəşriyyatının baş direktoru Qoşqar İsmayıl oğlu Qarayevin ölüm xəbərini çox gec eşitdim. Sonradan dedilər ki, Novruz günlərində dünyasını dəyişib həmin günlər qəzetlər çıxmadığından bu hüznlü xəbər geniş yayılmayıb. Görünür, bu da bir tale yazısı imiş. “Naşiri Qoşqar İsmayıloğluyazılan kitablar minlərlə evə yol tapdığı haldaQoşqar İsmayıloğlu vəfat edibcümləsini xəbər verən bir qəzet tapılmayıb...

Mənə elə gəlir ki, Qoşqarın ölüm xəbəri qapı-qapı gəzməli, çox qapıları döyməli idi. Ən azı, ziyalı qapılarını, ən azı, kitab oxunan, kitab saxlanan mənzillərin qapısını... Xüsusən o evlərin qapısını döyməli idi ki, oradanaşiri Qoşqar İsmayıloğluyazılmış bircə kitab var. Belə evlər isə indi Azərbaycanda çoxdur, lap çoxdur...

Səhhətində problem olduğunu bilirdim. Amma vəfat edəcəyini, belə tez vəfat edəcəyini ağlıma gətirə bilməzdim. Hər dəfə görüşəndə səhhətinin qayğısına qalmağı məsləhət görmək istəmişdim. Amma hər dəfə bu istəyi dilə gətirməyə imkan tapa bilməmişdim. Görüşəndə elə həyat eşqi ilə danışır, yaşamaqdan, nəsə yaratmaqdan, təzə ideyalardan elə həvəslə söhbət açırdı ki, səhhəti ilə bağlı narahatlığa sanki əsas qalmırdı.

Beləcə günlər, illər keçdi ... Qoşqar da köçdü bu dünyadan. Amma mənə elə gəlirdi ki, onun həyat eşqi, yaşamaq istəyi bütün ölümlərdən güclüdür. Güclü olmalıydı, mənim təsəvvürümdə. Növbəti dəfə yanıldım...

Hətta ən qanıqara vaxtında belə Qoşqarla görüşsəydin, dərhal bütün problemlərin həllinə inam oyana bilərdi. Bu inamı Qoşqar yaradırdı. Çünki o yaratmağı bacarırdı!

Onu ötən əsrin 80-ci illərinin sonlarından tanıyırdım. O vaxtkıDövlətnəşrkomsistemində birgə çalışırdıq. Hətta bir müddət eyni yataqxanada yaşamalı olmuşduq. Amma bu gün bilmirəm ki, Qoşqarın ali təhsili var idimi?.. Var idisə, ixtisası idi? Amma onu bilirəm ki, təhsilindən asılı olmayaraq, Qoşqar ziyalı adam, işıqlı adam idi.

Ən başlıcası isə Qoşqar NAŞİR idi. adi naşirlərdən deyildi. Kitabın məzmunundan tutmuş bütün tərtibat ünsürlərinə, şriftinə, formatına, kağızına qədər hər şeyə diqqət yetirən, kitab nəşrinin hər mərhələsi barədə öz rəyi, öz təklifi, öz ideyası olan naşir!

Son illərdə uşaqlar üçün xüsusi kitab seriyası nəşr edirdi. Kitab işindən az-çox başım çıxdığı üçün əminliklə deyə bilərəm ki, bu gəlirli məşğuliyyət deyil, amma gərəkli məşğuliyyətdir! Qoşqar məhz ikinciyə görə bu işi başlamışdı. Uşaqların vətənpərvərlik ruhunda böyüməsinə yardımçı olmaq üçün. O, bu kitablarla uşaqlara nağıl öyrədirdi. Amma uşağı yatıran, yuxuya verən nağıl yox, gözünü açan, keçmişini tanıdan, Vətənini sevdirən nağıl!

Elə bu nağılların qoynunda da nağıl dünyasına köçdü. Həyatı nağıla çevrildi. İndi Müşfiqabad qəsəbə qəbiristanlığındakı əbədi məkanda uyuyur. Onun burada uyuduğuna iki açıq kitab səhifəsini xatırladan qoşa mərmər başdaşı şahidlik edir. Qoşqarın ömür kitabının cəmi iki səhifəsi kimi. Nakam ömürün son iki səhifəsi – 40-cı 41-ci səhifələr açıqdır...

40-cı səhifədə atası, mərhum yazıçı İsmayıl Qarayevin vaxtsa qələmə aldığıGetmə, oğulşeiri həkk olunub.

41-ci səhifədə atanınsözünə baxmayıbgedən oğulun portreti ... 1969-2010 rəqəmləri, adı soyadı...

40-cı səhifədən 41-ci səhifəyə belə kədərli son keçid... Bu keçiddə bitən cavan ömrün acı sonlugu onun əzizlərini, dostlarını hələ çox yandıracaq. Hələ yetkinlik yaşına çatmamış övladlarının xatirəsində isə Qoşqar elə bu yaşda, bu görkəmdəgülərüz qalacaq.

İki kitab səhifəsini xatırladan qoşa qara mərmərin 40-cı səhifəsindəGetmə, oğuldeyən ataya da gedən oğulun deməyə sözü var. Oğul getməzdən əvvəl atanın bütün əsərlərini təzədən çap elətdirib, bu əsərlərə yenidən həyat yaşarılıq bəxş eləyib. Dünyadan nakam köçən oğul getməzdən əvvəl, çox-çox əvvəl nakam köçən ata qarşısında daha bir övladlıq borcunu da yerinə yetirib. Elə bil vaxtsız gedəcəyini bildiyi üçün...    

...Müşfiqabad qəbiristanlığını onun yoldaşları həmkarları ilə birlikdə ziyarət edirik. Qələm dostum Elşən Əliyev sakitcə rəhmətlik barəsində danışır, “Qoşqarın özünə layiq abidə ucaldıblardeyə pıçıldayır. Cavab verə bilmirəm. Çünki inanmaq istəmirəm. İnana bilmirəm. Bu qədər həyat eşqinin, bu qədər yaşamaq arzusunun, bu qədər ideyaların torpaq altında necə qərar tutduğuna təəccüb qalmışam... 

 

 

Müsəllim HƏSƏNOV

 

525-ci qəzet.- 2010.- 22 may.- S.16.