Vokalçı Fərid Əliyev daha bir uğura imza atıb
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının 100-cü mövsümünün ilk tamaşası olan “Arşın mal alan” operettasının qəhrəmanı Əsgər bəy – Fərid Əliyev may ayının 18-də Yekaterinburqda SSRİ xalq artisti V.A.Kuroçkina adına gənc opera və müzikl artistlərinin III beynəlxalq müsabiqəsində iştirak edərək, birinci yerə layiq görülub. Bu barədə teatrın mətubat xidmətindən verilən məlumatda deyilir.
Solist-vokalist kimi öz imkanlarından geniş istifadə edən, gözəl aktyorluq qabiliyyətinə
malik Fərid Əliyev 1999-cu ildən Dövlət Musiqili Komediya Teatrının solistidir. Səsinin cazibəsi və
məlahətini ifa etdiyi obrazın xarakterinə uyğun ifadəli, emosionallıqla
dəyişmədə böyük
təcrübəyə malik
aktyor teatrda işlədiyi illər ərzində həm Rus, həm də
Azərbaycan bölmələrində
tamaşaya qoyulan “Şən dul qadın” (F. Leqar), “Maritsa”, “Silva” (İ. Kalman), “Çılğın
Qaskoniyalı” (Q.Qarayev),
“Talelər qovuşanda”
(R.Hacıyev, F.Zöhrabov),
“Volqalı canan” (R. Mustafayev, C. Məmmədov), “Aldın payını,
çağır dayını”
(V.Adıgözəlov, Anar),
“O olmasın, bu olsun”, “Arşın mal alan” (Ü.Hacıbəyli) kimi tamaşalarda baş rolları ifa edərək maraqlı obrazlar silsiləsi yaradıb.
HÜSNİYYƏ
525-ci qəzet.-
2010.- 25 may.- S.7.