Aşıq Musanın 125 illiyi ilə bağlı tədbir keçirilib

 

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Qaraçöplü Aşıq Musanın 125 illiyinə həsr olunan yubiley gecəsi təşkil edilib. Tədbiri pedaqoji elmlər namizədi Fərhad Xubanlı açaraq, aşığın zəngin yaradıcılığından danışıb, onun həm sənətkar, həm insan kimi dəyərindən bəhs edib. Aşıqlar Birliyinini sədri Zəlimxan Yaqub Qaraçöplü Aşıq Musanın zəngin aşıq ədəbiyyatımızın görkəmli nümayəndələrindən biri olduğunu bildirib: “Qaraçöplü Aşıq Musa zəngin aşıq ədəbiyyatımızın hələ layiqli qiymətini almamış görkəmli nümayəndələrindəndir”.

Professor Məhərrəm Qasımlı Aşıq Musanını yaradıcılıq ənənələrinin Xəstə Qasımla bağlılığını vurğulayıb.

Folklorşünas Elxan Məmmədli, Hacan Hacıyev, Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Qaraçöplü Aşıq Musa sənətinin böyüklüyündən danışıb, aşığın qoşma gəraylılarından nümunələr söyləyiblər. Tədbirdə Aşıq Məmməd Sadaxlı sənətşünaslıq namizədi Fəzail Miskinin çıxışları maraqla qarşılanıb.

Ədəbi-bədii gecə saz ifaçılarının xanəndələrin çıxışları ilə davam etdirilib.

Tədbirdə yazıçı Nəriman Əbdülrəhmanlının tərtib etdiyiMusa eldən aralanmazadlı kitabın təqdimatı da keçirilib. Kitabda Qaraçöplü Aşıq Musanın qoşquları, söyləmələri, onun haqqında araşdırmalar el arasında danışılan xatirələr toplanıb. N.Əbdülrəhmanlı kitaba yazdığı önsözdə Aşıq Musanın qaraçöplülər sayəsində tarixin yaddaşına köçdüyünü qeyd edib: vaxtsa bu azman el sənətkarının haqqında sənədli film çəkiləcəyinə, səsinin təkcə kitabdan yox, ekrandan eşidiləcəyinə inanırıq. Çünki 125 yaşlı Aşıq Musa yalnız mənsub olduğu nəslin yox, Qaraçöpün, Borçalının, bütövlükdə Azərbaycan saz-söz sənətinin bənzərsiz şəxsiyyətidir”.

Aşıq Musa haqqında Fərhad Xubanlının, Azad Ozan Kərimlinin, Dilqəm Osmanlının fikirləri, həmçinin digər yazılar nəşrdə öz əksini tapıb.

Kitaba aşığın ustadnamələri, gözəlləmələri, təcnis qəzəlləri, ithafları, deyişmələri, açmaları, hərbə-zorbaları başqa poetik nümunələr daxil edilib.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2010.- 25 may.- S.7.