Rəsul Rzanın 100 illiyi İstanbul Universitetində geniş mərasimlə qeyd olunub

 

Mayın 21-də Türkiyənin İstanbul Universitetində Azərbaycanın xalq şairi Rəsul Rzanın 100 illiyinə həsr olunmuş geniş tədbir keçirilib. Tədbir DA platforması, Türkiyə Yazarlar Birliyinin İstanbul şöbəsi, İstanbul Universiteti Avrasiya İnstitutu Azərbaycan Yazıçılar Birliyinin (AYB) İstanbul təmsilçisinin birgə təşkilatçılığı ilə gerçəkləşib. Yubiley tədbirilə əlaqədar İstanbulda Rəsul Rzaya həsr edilmiş xüsusi buklet çap olunub nəşrdə şairin həyatı, yaradıcılığı, mühiti ədəbiyyatdakı yeri haqqında ətraflı söz açılıb.

Mərasimdə əvvəlcə İstanbul Universiteti Avrasiya İnstitutunun rektoru, AYB-nin İstanbul təmsilçisi şair İrfan Ciftçi çıxış edərək, Rəsul Rza haqqında düşüncələrini bölüşüb tədbiri aparmaq üçün sözü İstanbulda yaşayan həmyerlimiz, tanınmış aktrisa Məlahət Abbasovaya verib. Çıxışına Rəsul Rzanın şeiri ilə başlayan M.Abbasova Rəsul Rzanın mənəvi varlığı ilə ölkələrimizi, insanlarımızı görüşdürən bir şair olduğunu söyləyib. Sonra istedadlı aktyorlar Fəxrəddin Manafov Mehriban Zəkinin ifasında Rəsul Rzanın şeirlərindən ibarətUnutmayınkompozisiyası tədbir iştirakçılarına təqdim olunub.

Bunun ardınca tədbir iştirakçılarını TÜRKSOY-un genel müdiri Düseyn Kaseinov salamlayıb Türkiyədə Rəsul Rzanın 100 illik yubileyinin böyük təntənə ilə qeyd olunduğunu vurğulayıb. O, bir müddət əvvəl Ankarada TÜRKSOY təşkilatçılığı ilə keçirilən tədbiri yada salıb qeyd edib ki, Türkiyənin mədəniyət naziri Ərtoğrul Günayın da iştirakı ilə keçirilən tədbir iştirakçıların yaddaşında dərin iz buraxıb.

Tədbirin təşkilatçılarından olan DA platformasının həmsədri Harun Tokak Rəsul Rza yaradıcılığı barədə danışıb, şairin oğlu, xalq yazıçısı Anarın türk dünyasına verdiyi töhfələrdən bəhs edib, Anara həsr etdiyi şeirini oxuyub.

Daha sonra Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, millət vəkili Nizami Cəfərov, Azərbaycan mədəniyyət turizm nazirinin birinci müavini Ədalət Vəliyev çıxış edərək, Rəsul Rzanın yaradıcılığının xüsusiyyətləri, Azərbaycan poeziyasını zənginləşdirən çoxsaylı məziyyətləri barədə fikirlərini bölüşüblər. Ədalət Vəliyev bugünlərdə Bakıda Dövlət Filarmoniyasında Rəsul Rzanın 100 illik yubileyinin təntənəli keçirilməsini qeyd edib bundan əvvəl Göyçayda, şairin doğulduğu evdə onun ev-muzeyinin büstünün açıldığını iştirakçıların diqqətinə çatdırıb. Daha sonra güney azərbaycanlı yazar Əli Polad Türk Dünyası Araşdırrmaları Vəqfinin başqanı Turan Yazqan çıxış edərək Rəsul Rzanın türk dünyası mədəniyyətinə verdiyi zəngin töhfələrdən bəhs ediblər.

Professor Gülrux Əlibəyli, Rəsul Rzanın bugünlərdə Türkiyədə çap olunmuş sanballı kitabının tərcüməçisi, şair İmdad Avşar, Türkiyə Yazarlar Birliyinin İstanbul şöbəsinin başqanı Əli Ural, professor Kamil Vəli Nərimanoğlu, kinorejissor, xalq artisti Tofiq İsmayılov da ürək sözlərini dilə gətiriblər.

Mərasimdə Rəsul Rzanın sözlərinə yazılmış musiqilər səslənib. Pianoda Təranə Abbasovanın səlis müşayiətilə sənətçi İlgün görkəmli bəstəkarlar Tofiq Quliyev Vasif Adıgözəlovun Rəsul Rzanın sözlərinə bəstələdikləriQızıl üzükBakımahnılarını ifa edib. Arif Gülsüm Azərtürklərin ifasında kiçik konsert proqrammı da tamaşaçılara təqdim olunub. Xalq artistləri Məleykə Əsədova, Nurəddin Mehdixanlı Laləzar Mustafayeva Rəsul Rzanın şeirləri əsasındaHamımız yoldayıqkompozisiyasını ifa ediblər.

Şairlər Fikrət Qoca, Ramiz Rövşən, Vaqif Bəhmənli çıxış edərək Rəsul Rza yaradıcılığı barədə, Azərbaycan poeziyasında onun oynadığı rol haqqında fikirlərini bölüşüblər.

Sonda Rəsul Rzanın oğlu, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar çıxış edərək, təşkilatçılara tədbirdə iştirak edənlərə minnətdarlığını bildirib. Anar Rəsul Rzanın hələ uşaqlıqdan onlaraöz övladlarına türk sevgisi, türk ədəbiyyatına məhəbbət aşıladığını bildirib. Bunun isbatı kimi 10-dan artıq türk şairinin şeirlərindən misraları əzbər söyləyən Anar bunların onun yaddaşına məhz ailədəki mühitin təsirilə köçdüyünü, Rəsul Rza Nigar Rəfibəylinin ailəsində Türkiyə sevgisinin daimiliyini vurğulayıb.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 25 may.- S.7.