İncəsənət tariximizin pillələriyekunlaşıb

 

Mədəniyyət Turizm Nazirliyinin Muzey Mərkəzinin sərgi qalereyasında təşkil etdiyiİncəsənət tariximizin pillələrimövzusunda sərgi başa çatıb.

XX əsr Azərbaycan incəsənəti tarixinin diqqətəlayiq mərhələlərindən olan 1940-cı ilə qədərki dövrdə təsviri sənətimizdə baş verən əsaslı dəyişiklikləri, yenilikləri, həmin dövrdə yaradılmış, xalqımızın yaşadığı tarixi dövrün xüsusiyyətlərini özünəməxsus şəkildə əks etdirən incəsənət əsərlərinin nümayişi beş gün davam edib.

Bəhruz Kəngərli, Əzim Əzimzadə, Əlibəy Hüseynzadə, Reyhan Topçubaşova, Salam Salamzadə, Rüstəm Mustafayev, Böyükağa Mirzəzadə, Fuad Əbdürrəhmanov, Tağı Tağıyev, Lətif Feyzullayev, Yelizaveta Tripolskaya, Sadıq Şərifzadə digər tanınmış fırça tişə ustalarının rəngkarlıq, qrafika, heykəltəraşlıq əsərləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Qeyd edək, sərgi incəsənət tariximizdə önəmli səhifə olan 1941-1945-ci illər müharibəsinə qədərki sonrakı dövrdə yaradılmış əsərlərin tamaşaçılara, xüsusən gənclərə təqdim edilməsi tanınmış rəssamlarımızın yaradıcılığının təbliği məqsədi ilə təşkil olunub.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 26 may.- S.7.