Canəli Əkbərovun yaradıcılıq gecəsi olub

 

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında xalq artisti, görkəmli xanəndə Canəli Əkbərovun anadan olmasının 70 illik yubileyi yaradıcılıq gecəsi keçirilib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tədbiri açan Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev yubilyarı təbrik edərək həmin günü şəhərin muğam bayramı kimi səciyyələndirib. Mərasimdə xanəndənin sənət dostları, muğamsevərlər C. Əkbərovla bağlı xoş arzularını ifadə ediblər. C.Əkbərov çıxışında bütün yaradıcılığı boyu onu dəstəkləyən, ona hər cür kömək göstərən insanlara, diqqət məhəbbətə görə tamaşaçılarına minnətdarlığını bildirib.

Gecədə xalq artistləri Arif Babayev, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Qəndab Quliyeva, əməkdar artistlər Gülyanaq Gülyaz Məmmədovalar, Simarə İmanova, Gülüstan Əliyeva başqaları çıxış ediblər. Sonda C.Əkbərov xalq mahnıları təsniflər oxuyub.

Teatrın foyesində yubilyarın yaradıcılıq yolundan söz açan fotosərgi təşkil olunub.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 26 may.- S.7.