“Şəkinin
sənət dünyası
və Azərbaycan mədəniyyəti” müzakirə
edilib
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki
Mərkəzinin təşkilatçılığı
ilə Şəkidə
“Şəkinin sənət
dünyası və Azərbaycan mədəniyyəti”
mövzusunda dəyirmi
masa keçirilib. Sözügedən nazirliyin mətbuat xidmətindən verilən
məlumata görə,
tədbirdə çıxış
edən şəhər
mədəniyyət və
turizm şöbəsinin
müdiri Aydın İbrahimxəlilov “2010-2014-cü illər Xalq Yaradıcılığı Paytaxtları”
Proqramına əsasən
Şəkinin 2010-cu ildə
“Azərbaycanın Sənətkarlıq
Paytaxtı” elan edildiyini xatırladaraq, bu ilin yerli
sənətkarlar üçün
çox məhsuldar keçəcəyinə əminliyini
ifadə edib.
Şəhər icra hakimiyyəti başçısının
müavini Zərinə
Cavadova proqram çərçivəsində Şəkidə xalq tətbiqi sənəti, ənənəvi dekorativ sənəti və milli təsviri sənət ənənələri
ilə bağlı silsilə tədbirlərin
həyata keçirilməsinə
başlandığını bildirib, nazirliyin Metodiki Mərkəzinin təşkilatçılığı ilə təşkil olunmuş dəyirmi masanın bu istiqamətdə növbəti
tədbirlərdən biri
olduğunu vurğulayıb:
“Qədim dövlətçilik
ənənələrinə, zəngin tarixə malik olan Şəki
şəhəri, eyni
zamanda sənətin və sənətkarlığın
yüksək səviyyədə
inkişaf etdiyi ərazilərdəndir. Odur ki, sənətkarlar onlara göstərilən bu etimadı doğrultmaq üçün il ərzində daha da məhsuldar işləməli, Şəki
sənətkarlığının şöhrətini daha yüksəklərə qaldırmalıdırlar”.
Tədbirdə çıxış
edən Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki
Mərkəzin direktoru,
fəlsəfə elmləri
doktoru Vilayət İsmayılov proqramın
həyata keçirilməsində
əsas məqsədi
açıqlayıb: “Bu proqram
vasitəsilə Azərbaycanın
qeyri-maddi mədəni
irsinin qorunması və təbliği, xalq sənətinin daha da inkişaf
etdirilməsinə, paytaxt
şəhərlərin turizm
potensialının genişləndirilməsinə
və beynəlxalq səviyyədə tanıdılmasına
nail olmaq əsas məqsədimizdir. Şübhə etmirəm ki, Şəki sənətkarları
proqramın uğurla həyata keçirilməsinə
öz layiqli töhfələrini verəcəklər”.
Tədbirdə mərkəzin əməkdaşı,
fəlsəfə elmləri
namizədi Vahid Ömərov “Şəkinin
sənət dünyası
və Azərbaycan mədəniyyəti” mövzusunda
məruzə ilə çıxış edib.
SARA
525-ci qəzet.-
2010.- 26 may.- S.7.