Mədəniyyət “525 kitabseriyasından Fikrət SadıqınKəsə sözləri təqdim olunub

 

“FİKRƏT SADIQ KİMİ ŞAİRLƏRİN DƏYƏRİ ZAMAN KEÇDİKCƏ DAHA DA ARTIR”  

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyində görkəmli şair Fikrət Sadıqın “Kəsə sözlər” kitabının təqdimatı keçirilib. Kitab Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə “525-ci qəzetin “525 kitabseriyasındanDünya ədəbiyyatıdərgisinin texniki iştirakıyla hazırlanıb. Tədbiri giriş sözü ilə açan AYB-nin katibi, “525-ci qəzetin baş redaktoru, seriyanın rəhbəri Rəşad Məcid öncə layihə haqqında danışıb. AYB katibi nazirliyin dəstəyi ilə həyata keçirilən layihə nəticəsində indiyədək bir sıra tanınmış yazıçı şairlərin əsərlərinin işıq üzü gördüyünü vurğulayıb: Bu il sözügedən layihə çərçivəsində Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə artıq 6 müəllifinÇingiz Abdullayev, Səlim Babullaoğlu, Elçin Hüseynbəyli, İlqar Fəhmi, dünya ədəbiyyatından Söhrab Sipehri Mişel Uelbekin kitabları ictimaiyyətə təqdim edilib. İndi təqdimatına yığışdığımızKəsə sözlərkitabında dəyərli şairimiz Fikrət Sadıqın miniatür şeirləri yer alıb. Fikrət Sadıq həmişə az sözlə dərin məna ifadə etmə bacarığına görə fərqlənib. Həyata fəlsəfi baxış, ironik ifadə tərzi onun üslubuna xas önəmli cəhətlərdir”. R.Məcid deyib ki, bundan sonra seriya üzrə Natiq Rəsulzadə, Boris Pasternak, Qismət, Səməd Səfərov Aysel Əlizadənin kitabları nəşr ediləcək. AYB katibi siyahıda gənc ədəbi nəslin yer aldığını önə çəkərək, layihəni yaşlı gənc ədəbi nəsil arasında körpü adlandırıb. R.Məcid seriyanın həyata keçirilməsinə yardım edən Mədəniyyət Turizm Nazirliyinə minnətdarlığını bildirərək, min tirajla nəşr olunan kitabların 600-nün nazirliyin xəttilə ölkə kitabxanalarına, qalan 400-nün isə “525-ci qəzetin abunəçilərinə müəlliflərə pulsuz paylanacağını bildirib.

AYB sədri, xalq yazıçısı Anar F.Sadıqın 80 illik yubileyinin Birlik tərəfindən geniş qeyd olunacağını bildirərək, onun yaradıcılığından nümunələr səsləndirib, şeirlərinin bədii məziyyətlərindən söz açıb. Birliyin rəhbəri çıxışında F.Sadıqın indiyədək fəxri ad almaması barəsində danışaraq deyib ki, ümumiyyətlə, fəxri adların əleyhinədir: “Amma bir halda ki, fəxri adlar hələ ölkəmizdə mövcuddur, başqalarına verilir, onda Fikrət Sadıq da çoxdan layiq olduğu xalq şairi adını almalıdır. Bununla bağlı təqdimat da yazmışıq. Ancaq bütün hallarda o, özünün yazdığı kimi, hər şeydən əvvəl haqq şairidir”. Birlik sədri AYB-də keçirilən təqdimat yubiley mərasimlərinə qurumun rəhbərliyi tərəfindən həmişə həssaslıqla yanaşıldığını vurğulayıb, bununla bağlı bəzi mətbuat orqanlarında yanlış, qərəzli məlumatlar yayılmasına da münasibətini ifadə edib:Məni tanımayanlara deyim ki, mən Anaram, yaxınlığımda əyləşən Birliyin katibi Fikrət Qocadır. Bu yaxınlarda hər ikimiz Abbas Abdulanın yubiley tədbirində iştirak çıxış etməyimizə baxmayaraq, bəzi qəzetlərdə yazıblar ki, AYB rəhbərliyindən heç kəs mərasimdə olmayıb. Böhtanın da bir həddi olar”.

Birliyin katibi, xalq şairi F.Qoca F.Sadıqın böyük adını həmişə ucada saxladığını, fəxri ad almadığına baxmayaraq, həmişə xalqın şairi olduğunu diqqətə çatdırıb: “Fikrət Sadıq kimi şairlərin dəyəri zaman keçdikcə daha da artır. İnanıram ki, dövlətimiz yubilyarın uzun illəri əhatə edən yaradıcılıq fəaliyyətini lazımınca qiymətləndirəcək”.

Mədəniyyət Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli hələ keçən əsrin 70-80-ci illərindən yubilyarın yaradıcılığını izlədiyini, onun miniatür şeirlərini çox sevdiyini bildirib: “Fikrət Sadıq Azərbaycan ədəbiyyatında öz dəsti-xətti, öz sözü olan şairdir. O, Sabirin, Rəsul Rza ənənələrinin layiqli davamçısıdır. Hər şair qısa şeirlər yazmağı bacarmır. Ancaq Fikrət Sadıq qısa şeirlərində şeir texnologiyasını qoruyub saxlayır. Şairin oğlu Orxan Fikrətoğlunun da dediyi kimi, Fikrət Sadıq olaraq 80 yaşa çatmaq böyük hünərdir”.

Azərbaycanjurnalının baş redaktoru İntiqam Qasımzadə F.Sadıqla tanışlığının uzun illər əvvələ təsadüf etdiyini qeyd edib: “Hələ ötən əsrin 64-cü ilindən Fikrət Sadıqın yaradıcılığını izləyirəm. O, həmişə yığcam yazı tərzi ilə seçilib. Fikrət Sadıq az sözlə, az misrayla böyük fikirlər ifadə etməyin ustasıdır. O, sözlə işləyir, sözün bütün məna çalarlarına diqqətlə yanaşır. Sözlə həddindən artıq oynayır. Onun qısa şeirləri bəzən cümlə şəklində olsa da, orada fikir prozaik olmur, poetiklik qorunub saxlanılır”.

Şair-publisist Qulu Ağsəs F.Sadığın yaradıcılığından nümunələr səsləndirib, onun indiyədək iddiasız şair ömrü yaşadığını deyib.

Birliyin katibi Arif Əmrahoğlunun fikrincə, F.Sadıq həmişə yerini bilən yerində olan müdrik şairdir: “Onun yaradıcılığı ilə Mirzə Cəlilin yaradıcılığı arasında bir oxşarlıq var: hər ikisinin əsərlərini oxuyanda adamın əvvəlcə dodağı qaçır, sonra kədərlənir. O, yaşayıb yazan sənətkardır. Onunla AYB-də işlədiyim bu illər ərzində böyük zövq almışam”.

Şair Musa Ələkbərli F.Sadıqın Tanrı mükafatına layiq görüldüyünüruhən cavan, müdrik şəkildə 80 yaşa çatdığını söyləyib: “O, sözün üstündə əsən şairdir. Tanışlığımızın 30 ildən artıq tarixi var. Bu otuz il ərzində ondan yalnız qayğı, diqqət görmüşəm”. Sonra M.Ələkbərli F.Sadıqa həsr etdiyi şeiri oxuyub.

Sonda çıxış edən F.Sadıq layihəni həyata keçirənlərə tədbir iştirakçılarına onun yaradıcılığına diqqət göstərdikləri, şəxsiyyətinə ehtiramla yanaşdıqlarına görə minnətdarlığını bildirib.

Kitabda şairin müxtəlif vaxtlarda qələmə aldığıLap kəsə söz”, “Var”, “Türk”, “Bilməmişəm”, “Ana”, “İlanın ağına da lənət, qarasına da”, “Yubiley başqa məşhur miniatür şeirləri toplanıb.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 27 may.- S.7.