Fazil GüneyinQara qanromanı oxucu müzakirəsində

 

Bugünlərdə Cəbrayıl rayonunun Sabunçu qəsəbəsində yerləşən 25 saylı orta məktəbində yazıçı-publisist Fazil Güneyin Qarabağ mövzusunda qələmə aldığıQara qanromanının 2-ci hissəsinin oxucu müzakirəsi keçirilib. Konfransın təşkilatçısı Yazıçılar Birliyinin Ədəbiyyat Təbliği Bürosudur. Tədbiri giriş sözü ilə açan büronun direktoru, şair Nazim Əhmədli F. Güneyin romanı haqqında ətraflı məlumat verib. Direktor belə kitabların gənclərin vətənpərvərlik tərbiyəsinin formalaşmasında önəmli rol oynadığını diqqətə çatdırıb. Mərasimdə orta məktəbin direktoru Taleh Qaraşov, direktor müavini Könül Muradova, professor İsmayıl Kazımov, yazıçıpublisist Sahib Abdullayev başqaları əsərlə bağlı fikir düşüncələrini bölüşüblər. Çıxışlarda qeyd olunub ki, belə əsərlərdə öz əksini tapan xalqımızın əsrlər boyu yadelli işğalçılara qarşı apardığı ölüm-dirim savaşında göstərdikləri qəhrəmanlıqlar, dözüm, mətanət, vətənə bağlılıq hissləri gələcək nəslin vətənpərvərlik ruhunda yetişməsinə böyük xidmət göstərəcək. Tədbirdə müəllif şagirdlərin əsərlə bağlı suallarını cavablandırıb.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 27 may.- S.7.