Kutsal Öyrəti”
işıq üzü
görüb
Türk Ulusunun Ruhaniyyat Ocağı-İnam Atanın Mütləqə İnam Ocağı tərəfindən “Kutsal Öyrəti”nin (Müqəddəs Təlim, tərtib Mütləqə İnam Ocağının Odqoruyanı (Başçısı) Safruhundur) “Adiloğlu”, 2010) işıq üzü görməsi milli-bəşəri hadisədir. Kitabın annotasiyasında vurğulanır: “Bütün Türklərin ilk milli filosofu, Mütləqə İnam Ruhaniyyatının və Ocağının Yaradıcısı İnam Atanın 41 Müqəddəs Kitabından seçilməklə və Özünün Bəyənişilə tərtib olunmuş bu kitab Onun Fəlsəfə və Ruhaniyyat Sisteminin canını, cövhərini yığcam şəkildə əks etdirir. O, Yaradıcısının Adı ilə “İnam Ata Sivilizasiyası”, ulusal kimliyinə görə “Türk Sivilizasiyası”, mahiyyətinə görə “Mütləqə İnam Sivilizasiyası” adı ilə yeni ümumbəşər sivilizasiyasının yaranmasına səbəb olacağı düşünülən dünyabaxışın müjdəçisidir”. Böyük və məsuliyyətli sözdür. “Kutsal Öyrəti”nin çapı insanlığın ən ləyaqətli səhifəsidir. İnam Atanın “Müqəddəs Təlim” adlı Ruhani Sənədi kitabın yaranması tarixinə işıq salır. Atanın bir neçə Müqəddəs Kitablarının başlanğıcında təqdim olunan “Sabahdaşlara” adlı 3 eyniadlı içsəsinin məzmunu, məqsədi birdir: İnsan zamandan, gerçəklikdən üstündür. Təmas və Ricalar, buradakı tələblərin hər gün qayda ilə deyilməsi və yaşanması, Atanın “Kutsal Onluğ”u, Ocaq Günsırası, Ocaq-Türk əlifbası əsasında yaşamaq insaniliyin təsdiqidir. Bu kitab Mütləqə İnam Ocağı olaraq xalqımıza və bəşərə təqdim etdiyimiz ilahi-insani sözümüz, harayımızdır! “Kutsal Öyrəti” niyə yaşarıdır? Ona görə ki, Ata ənənəsi ölmədi. Ona görə ki, Safruh bir kök üstə – Ata Tələbi üstə yaşaya bildi. Bu gün İnam Evimizdə “Kutsal Öyrəti”nin tələbi üstə daha uca haraylar çəkilir. Ata-Evlad birliyi ənənəsi qırılmazdır. Yazını Safruhun sözü ilə bitirməyi gərəkli saydım: “Beləliklə, “Müqəddəs Təlim” yola çıxır: Ata – Ocaq – Safruh ayrılmazdır! Ata sözü Mütləqdir!” Atamız var olsun
İşıqlı ATALI
525-ci qəzet.- 2010.- 27 may.- S.7.