Xanhüseyn Kazımlı: “Ölməzləri xatırlatmaq müqəddəs borcumuzdur

 

Məlum olduğu kimi, ötən həftə Azərbaycan Sosial Rifah Partiyası (ASRP) Mətbuat Şurasının təşkilatçılığı iləKaspian PlazaBiznes Mərkəzində milli mətbuatımızın 135 ililyinə həsr olunmuşƏdalətlilik, təhlükəsizlik rifah media müstəvisindəadlı ikigünlük beynəlxalq konfrans keçirilib. Konfransda Türkiyə, Fransa, Gürcüstan digər ölkələrin səfirliklərinin nümayəndələri, bu ölkələrdən olan tanınmış ziyalılar, həmçinin Azərbaycanda fəaliyyət göstərən mətbu orqanlarının, siyasi partiya qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər. Qeyd edək ki, konfrans zamanı aparılan geniş müzakirələrin diskussiyaların nəticəsi olaraq, sonda ASRP-nin təşəbbüsü ilə Avrasiya ölkələri üzrəBeynəlxalq Mətbuat İnformasiya həmrəyliyi Mərkəzitəsis olunub. Həmçinin qeyd edək ki, konfrans zamanı tədbirin təşkilatçılarından olan sözügedən partiyanın sədri, millət vəkili Xanhüseyn Kazımlının ön söz yazdığı, o cümlədən ASRP-nin maliyyə dəstəyi ilə işıq üzü görmüş, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin yaradıcılığına xatirəsinə həsr olunmuş üç kitabın – “Əkinçielm həyat”, “Bədəni salamat saxlamaq düsturüləməli”, “Təbiət insankitablarının təqdimatı da keçirilib. Maraqlıdır, görəsən, sözügedən kitabların nəşri hansı zərurətdən irəli gəlib? Bununla bağlı mətbuata açıqlamasında ASRP sədri X.Kazımlı bildirib ki, əvvəla, ölməzləri xatırlatmaq müqəddəs borcumuzdur. İkincisi, təsadüfi deyil ki, xalqımızın min illər boyu formalaşmış zəngin milli-mənəvi dəyərlər sistemində böyük yaradıcı şəxsiyyətlərinədiblərin, alimlərin, filosofların, sənətkarların qoyub getdiyi irs zaman-zaman həyatı dəyişdirib, məmləkətimizi sivil dəyərlərə qovuşdurub. Bu baxımdan böyük maarifçi, materialist alim, milli məfkurə işıqlı əməllər sahibi Həsən bəy Zərdabinin yaradıcılığı orta əsrlər epoxasından yeni tariximizə keçidin elmi-mədəni tələbatının geniş spektrini özündə əks etdirir. “19-cu əsrin qabaqcıl dünya dəyərlərinə mükəmməl yiyələnmiş Həsən bəy elm mədəniyyətin bir sıra sahələrində çağdaş fəaliyyət üçün özüllər yaradıb. Azərbaycan professional teatrının, milli mətbuatımızın yeni tipli məktəblərin binasını qoymaqla Zərdabi Rusiya imperiyasının əsarəti altına düşmüş xalqımızın milli oyanışına çox keçmədən istiqlal savaşına qalxmasına həlledici təkan verib”, – deyən X.Kazımlının sözlərinə görə, bu insanın ideya əməllərinin başlıca qaynağı olan elmi-publisistik əsərləri həm tariximizin bu önəmli dövrünü öyrənmək, həm çağdaş tərəqqi yollarını düzgün seçib ayırmaq baxımından aktualdır: “Yüksək sivil dəyərləri mənimsəməklə xalqımızın sosial rifah baxımından öncül dünya mövqelərinə çıxmasını hədəfə alan ASRP Zərdabi irsinin tükənməz ideya-nəzəri elmi-təcrübi potensialına tez-tez istinad edir. Həsən bəy xalqımızı ayıq-sayıq, elmli, mədəni, sağlam güclü görmək istəyirdi. O, elmi biliklər qabaqcıl ideyalar əsasında həyatı sürətlə dəyişdirmək gözəlləşdirməklə bağlı bütöv praktik konsepsiya yaradıb. Partiyamız bu irsi xalqımıza çatdırmaq üçün böyük mütəfəkkirin həyat fəaliyyətini bir örnək kimi daim diqqətdə saxlayır, onun əsərlərini indiki nəsillərə çatdırmağı öz fəaliyyətində gərəkli bir istiqamət sayır. Qeyd edim ki, bu vaxtadək Həsən bəyin elmi-kütləvi səpkili bir neçə qiymətli əsərini iki kitab şəklində çap etdirmişik. Bununla yanaşı, milli mətbuatımızın qarşıdan gələn 135 illik yubileyi münasibətilə bir daha yenidən Zərdabi irsinə müraciət edərək, onunƏkinçiqəzetində dərc olunmuş elmi-kütləvi səpkili yazılarınıElm həyatadı altında oxuculara təqdim etməyi qərara aldıq bu məqsədlə istər sözügedən kitabın, istərsə digər iki kitabın məlum konfrans zamanı, belə demək mümkünsə, təqdimatını reallaşdırdıq. Hesab edir inanırıq ki, bu kitablarda, o cümlədən sonuncu kitabda toplanmış materiallar onu oxuyanlar üçün gərəkli maraqlı olmaqla yanaşı, böyük jurnalistlər ordusu üçün xalqımıza öz sözü ilə Həsən bəy Zərdabi kimi xidmət göstərmək nümunəsini yenidən aktuallaşdıracaq. Qoy Zərdabinin istədiyi kimi, elmin gur ziyası həyatımıza daim yeniliklər gətirsin, xalqımızı yüksək rifaha qovuşdursun”.

 

 

Kamil HƏMZƏOĞLU

 

525-ci qəzet.- 2010.- 27 may.- S.4.