Ulu xalq-Ulu sənətXalça Muzeyində

 

HumayMilli Mükafatçısı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Rauf ƏbdülhüseynoğlununUlu xalq- Ulu sənətadlı fərdi yaradıcılıq sərgisi açılıb. Sərgi Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilib 28 May Respublika gününə həsr olunub. Muzeyin direktoru, sənətşünaslıq namizədi, professor Röya Tağıyeva giriş sözü ilə çıxış edərək Azərbaycanda ilk yeganə keçə sənəti ilə məşğul olan Rauf Əbdülhüseynoğlunun seçdiyi yaradıcılıq yolundan danışıb: “O öz yaradıcılığında, demək olar ki, unudulmuş, lakin unikal sənət nümunələri olan bədii keçə sənətini yenidən dirçəltmək, ona yeni nəfəs vermək kimi çox lazımlı mühüm bir işə sərf edən istedadlı rəssamdır. Keçəçilikdə sənətdə mövcud olan bütün janrları sınaqdan keçirməklə sübut edib ki, bu texnikada çox şeyə nail olmaq mümkündür. Əldə etdiyi ən böyük sənət uğuru isə budur ki, xalçalarımız kimi keçəni , ucalara qaldırıb”.

Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov rəssamın keçəçilik sənətinin bütün janrları üzrə yüksək peşəkarlıqla yaratdığı əsərlərin müasirliyindən mövzu rəngarəngliyindən söhbət açıb: “Rauf Əbdülhüseynoğlu unudulmaqda olan keçəçilik sənətinə yeni ruh, yeni nəfəs gətirib. Bunu onunHünər meydanı”, “Güllərin rəqsi”, “Yarımçıq qalmış mahnı digər əsərlərindən görmək mümkündür”.

İttifaqın şöbə müdiri, əməkdar incəsənət xadimi Ənvər Qarayev salona daxil olarkən özünü Dədə Qorqud dövründə hiss etdiyini, rəssamın bir il öncə çox maraqlı sərgi ilə sənətsevərlərin görüşünə gəldiyini bildirib.

Biz Rauf Əbdülhüseynoğlu ilə bir küçədə yaşamışıq, on il bir məktəbdə oxumuşuq. Uşaqlıqdan bizim çox maraqlı söhbətlərimiz olub. Raufda rəssamlığa həvəs hələ uşaq yaşlarından yaranıb. Atası bu işdə ona çox kömək edib. Atası ailənin böyük olmasına baxmayaraq Rauf üçün o dövrdə baha olan karandaşlar, boyalar, fırçalar, kitablar alıb gətirir, ona müəyyən istiqamətlər verirdi. Biz uşaqlarla Raufgilə gedəndə özümüzü sanki Luvr muzeyində hiss edirdik. Sərgilənən əsərlərə baxanda mən öz uşaqlığımı gördüm. Bəlkə siz bu əsərlərə baxsanız öz uşaqlığınızı, nənələrinizi görəcəksiniz. Bu rəssam Rauf Əbdülhüseynoğlunun uğurudur. Mən rəssama uğurlar arzu edirəm”. Bu sözləri tədbirdə millət vəkili Aydın Mirzəzadə səsləndirib.

Çıxış edənlər rəssamın əsərlərinin Amerika Birləşmiş Ştatları, İsveç, Hollandiya, Türkiyə, Rusiya, İspaniya, İngiltərə digər ölkələrin muzey şəxsi kolleksiyalarında saxlanıldığını qeyd ediblər.

 

 

Hüsniyyə İSMƏTQIZI

 

525-ci qəzet.- 2010.- 28 may.- S.26.