“Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı
başlayıb
Heydər Əliyev
Fondu, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsi,
Müasir İncəsənət
Muzeyi və “Qız Qalası” incəsənət qalereyasının
təşkilatçılığı ilə “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalının
açılışı olub. Bu barədə
“Qız Qalası” incəsənət qalereyasından
məlumat verilib.
Festival Azərbaycanın ən qədim abidələrindən
olan Qız Qalasının daha geniş tanınması və populyarlaşdırılması
məqsədini daşıyır.
YUNESKO-nun Dünya
Mədəni İrs Siyahısına daxil edilmiş İçəri
Şəhərin ərazisində
yerləşən və
paytaxtımızın rəmzi
olan Qız Qalası Azərbaycan memarlığının incisi
olmaqla yanaşı, xalqımızın qədim
tarixinin və zəngin ənənələrinin
təbliğinə, ümumbəşəri
mədəni irsin zənginləşdirilməsinə və mədəniyyətlərarası
dialoqa öz töhfəsini vermək iqtidarındadır.
Layihədə 18 ölkədən 20-dən çox
tanınmış rəssam
iştirak edir. Festivalın açılışında
rəssamlar öz milli üslublarında qalanın kiçik maketlərini naxışlarla
bəzəyərək fərqli
mədəniyyət və
adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini
əks etdirən əsərlər yaradıblar.
Festivalın sonunda Bakı sakinləri və şəhərimizin qonaqları
rəssamların əsərlərindən
ibarət sərgiyə
baxmaq imkanı əldə edəcəklər. Festival
mayın 28-də yekunlaşacaq.
SARA
525-ci qəzet.-
2010.- 28 may.- S.26.