Nəşrlərdə kənara
qoyulmuş mətbu əsərləri
Milli
iftixarımız Üzeyir Hacıbəylinin anadan
olmasının 125 illiyi tamam olur. Bu tarixi xalqımız
milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq
işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı
kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin
yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə
kənara qoyulmuş, hətta heç yerdə adı belə
çəkilməyən mətbu əsərlərini aramaqla
məşğulam. Hələlik
1904–1917-ci illərdə dövri mətbuat orqanlarında dərc
olunmuş 150-dən artıq əsərini toplamış,
onları ərəb əlifbasından müasir əlifbaya
çevirmişəm. Bu əsərlərlə
oxucuları “525-ci qəzet” vasitəsilə
Şirməmməd HÜSEYNOV
(Əvvəli ötən şənbə
saylarımızda)
İRANA DAİR
Bu dəstxətti-mübarək
şah həzrətlərinin millətpərvər və
islahat tərəfdarı olduğunu daha fəzlə olaraq təkid
və təyid ediyor. Bu isə bizi o xüsusdan arxayın və o məsələni
təmin edir ki, məclisi-məbusan tərəfindən islahat
və nicati-məmləkət üçün vacib və əlzəm
görülən tədbirlər icra üçün bilməmaniə
təqdis və tənsibi-hümayunə layiq olacaqdır:
İştə dəstxətti-
mübarək:
“Cənab əşrəfi-
sədri əzəm!
Dər təkmil-e dəstxətt-e
sabeğ-e xod-e man movərrex-e çahardəhom-e
comadis-saniye-ye hezaro sisədo bisto çahar ke əmro ecaze-ye sərihe
dər təsis-e məclis-e montəxəbin fərmude budim və
mocəddədən bəraye in ke omum-e əhale və əfrade-millət
əz to cəhat-e kamile-ye homayun-e ma vağif başəd, əmro
mogərrər midarim ke məclese məzbur ra be şərhe dəstxətt-e
sabeğ səhihən dair nəmude bəd əz entexabe əzay-e
məcles fosulo şərayet-e nizamnameye məclese şuraye
islami ra movafeğ-e təsvibo emzay-e montəxebin be-toyre ke
mouceb-e eslahe təmam-e omure məmləkət və ecraye
ğəvanin-e şəre moğəddəs başəd tərtib
nəmayənd ke be şərəffərz və emzay-e
humayuniy-e movəşşəh və motabeğ-e nizamnamey-e məzbure
in məqsud-e moğəddəs surət və əncam pəzirəd.
Şahzdəhom-e cəmadissani
yunt il”.
Tərcüməsi:
Cənab əşrəfi-sədri
əzəm! 1324-nci sənə cəmadiyüssaninin
14-ndə yazılmış dəstxətt sabiqimiz ilə
müntəxibin təsisi üçün əmr və
icazeyi-sərihə buyurmuşduq. Tovcühati-kamiləyi
hümayunumızı ümum əhali və əfradi-millətə
bildirmək üçün haman dəstxəttin təkmilindən
ötrü əmr və müqərrər ediyoruz ki, məzbur
məclisi sabiq dəstxəttin şərhi üzrə qurub əzalar
intixab ediləndən sonra onun fəsillərini və şərtlərini
tərtib edəsiniz və bütün müntəxibinlər
məmləkət işlərinin islahı və şəri-müqəddəs
qəvaninin icrası mocibilə onu imza edərlər ki, sonra
şərəffərz və imzai-hümayuni ilə möbəşşəh
olub məqsudi-müqəddəsimiz bu nizamnaməyə mütəabiq
olaraq əncampəzir olar.
16 cəmadiyüssani at ili.
Şah həzrətlərinin
bu ikinci dəstxətti-mübarəki öylə vazeh və səmimidir
ki, İranda doğrudan-doğruya hökuməti-məşrutə
təsisinə dair heç bir kəsdə şəkk və
şübhə qoymamağa səzadır. Şayani-ümidi-kamil
və məsərrət burasıdır ki, gələcək
məclisi-məbusanın nizamnaməsini tərtib etməkdə
məclisin bütün əzaları iştirak edəcəkdirlər.
Rusiyada böylə olmamış idi. Rusiyada Dövlət dumasının təsisinə
dair nizamlar bürokratiyanın rəy və təsviri üzrə
mürəttəb olunmuşdu. O idi ki, dumada dərmiyan
edilən şədid mübahisələrin bir çoxu bu
nizamnamənin təğyir və təbdilinə tuş idi ki,
axırda dumanın buraxılmasına səbəb oldu.
Görünür
ki, İran məclisi-məbusanı ilə Rusiya
dumasının arasında böyük fərq olacaqdır. İranda
Rusiyada olan kimi məxasimə olmayacaqdır. Yəni bir-birilə düşmənçilik edən
iki firqə olmuyub ümumi bir cəmiyyət olacaqdır ki,
orada vəzirlər əhalinin bütün sinif və təbəqələri
nümayəndələri ilə bahəm məmləkətin
islahatı və dövlətin şövkət və əzəməti
üçün müşavirə və müzakirələrdə
bulunub tədabiri-lazıməyi ittixaz və icra edəcəkdirlər.
Söz yoxdur ki, məclisi-məbusanın əzaları
müxtəlif əqidə sahibləri olduğundan məclisdə
dəxi müxtəlif firqələr zühur edəcəkdir.
Lakin bu adi bir ittifaqdır ki, hər bir məclislərdə
və parlamentlərdə olur. Təsəllimiz
oradadır ki, bu firqələrin cümləsinin fikri və
zikri məmləkətin islahatına aid olacaqdır. Yəni bütün məclis müxtəlif təriqlər
ilə bir ümumi mənzilgaha rəvan olacaqdırlar. Bu
saət ki, hələ məclis əzalığına kim seçiləcəyi məlum degildir. İran əhalisinin arasında məmləkətin
islahat və tənzimatına dair müxtəlif firqəli
adamlar vardır. Bu adamlar ki, öz əqidələrini
bu islahat işində doğru və səhih bilirlər, indidən
səy etməlidirlər ki, məclisi-məbusanda haman əqidə sahibləri nüfuzca çox
olsun ki, məsələlər əksəriyyət ara ilə
həll edildikdə onların əqidələrinə
müvafiq olaraq həll edilsin.
Bundan sonra
İranın təcəddüd və əhyasi yalnız bir
İran cəmaətinin öz əlindədir. Biz əminiz
ki, İran, karkən və sahibi-bəsirət mücahidlərdən
heç məhrum degildir. Bu adamlar kəmali-rəşadət
və sədaqət ilə işə cumulub islahat və
nicati-məmləkət kimi böylə bir müqəddəs
əmri-əzimi layiqincə icra edərlər. Və tarix dəxi onları İranı abad edən
zəvati-giram cərgəsində səbt edər.
Böylə bir güc ilə, ağır-ağır
istibdaddan məşrutiyyətə münqəlb olmaqda tərəddüd
edən Rusiya, İran mücahidlərinin gözünün
önündə onlar Rusiyadan bir çox lazımlı
pürqiymət istifadələr əxz edə bilərlər
və inşaallah edəcəklər də!
Üzeyir
“İrşad”, 6 avqust 1906, ¹ 184
dəstxətt-fərman
təyid-təsdiq etmə
təqdis-müqəddəs sayma
tənsib-uyğun hesab etmə
məzbur-adı çəkilən
müqərrər-qərarlaşdırılmış
mövəşşəh-imza edilmiş
əhya-yeniləşmə
Ordan-burdan
Vladiqafqazda sakin olan
Qarabağ və Dağıstan müsəlmanlarının
İştə bir sual: əcəba,
canişini-Qafqaza xüluskarlıq göstərən adam xuliqan olduqda bəs canişinin nökərinin,
nökərinin, nökərinin, nökərinin nökəri
olan kazaklara (Gəncə şəhərində)
xüluskarlıq edən və çaxır verib üzündən
öpən və xeyir və dua verən və yalandan
ayrılıq dərdindən ağlayan ermənilərə nə
ad qoymalıdır? Bunu ermənilər
yadlarından çıxartdılarmı??
.... Əşi, ermənilərə
nə var, onların politikası bax böylədir:
Bu gün lap insaniyyətdən
dəm vuran “sosialistdir”, sabah millətini
mühafizə edən “nasyonalist”dir, birisi gün lap alçaq
və dəni xuliqandır, o biri gün şeytan kimi
provakatordur. Qərəz bu taifənin işi
böylədir ki, bu saət heç özləri də-özlərindən
baş açmıyorlar. Lakin əməllərinin
hamısında ittifaqları vardır!
lll
Amma biz müsəlmanlar
özümüzdən yaxşıca “baş
açırıq”, bizim politikamız hamımıza məlum
və müəyyəndir. Məsəla, biz diyəndə bir
taifəyik ki, bu gün durub dinməz- söyləməz
bir-birimizi öldürürük, bir-birimizin ayağından
çəkiriz, bir-birimizin dalında min cürə nalayiq
sözlər və cürbəcür iftira və böhtanlar
danışıb heç utanıb- qızarmırıq. Yalandan da adımızı elmli və qanacaqlı
qoymuşuq. Qəlbimizdə bir-birimizə
qarşı olan kin, küdurət və ədavətin hədd
və hesabını tək bir Allah bilir. Yeri
düşəndə bütün millətin nəfini öz
cibimizin nəfinə satırıq. Qərəz
bu cürə və buna oxşuyan politika ilə
dolanırıq. Görək axırımız nə
cürə olacaqdır....
lll
Axırımız
belə olacaqdır ki, axırda diyəcəyiz ki, gəlin
filana xoş gəlmək üçün filan yerdən filan
adamları çıxardaq. Məsəla, ermənilərə
xoş gəlmək üçün Nuxa şəhərindən
Qarabağ müsəlmanlarını çıxardaq. Hökumətə xoş gəlmək
üçün Bakıdan müsəlman sosyalistlərini
çıxardaq. Nə bilim bu cürə
alçaq hərəkətlər büruzə verib, sonra da
kor və peşiman olub acıqmızdan başımızı
qaşıyacıyıq.
Xülasə
... daha nə diyim?!...
lll
Qoy
“Qafqazda hər
bir şey narahatdır. Yalqız bir namestnik rahatdır. Orada nə olduğunu parə-parə qəzetə
teleqramlarından anlamaq namümkündür. Namestnikdən də görünür ki, rəsmi xəbər
gözləmək nahaqdır. Çünki,
belə məlum olur ki, heç namestnikin özü bilmiyor ki,
Qafqazda nələr vaqe olur. Gəncədən çəkilmiş
axırıncı teleqram diyor ki: “rus qoşunu ilə müsəlmanlar
arasında atışma vaqe olubdur. Bizdən (o
ha!) altı soldat yaralanıbdır”.
Namestnik ilə
“Novoye vremya” özləri bilərlər. Ancaq təvəqqe eliyorum
ki, bu axırki mətləbin mənasına dürüst diqqət
edəsiniz: “bizdən altı soldat yaralanıbdır!”. “Rus qoşunu ilə müsəlmanlar
arasında atışma olubdur”! Hə anliyoram, anliyoram! Yəni
“Novoye vremya” böylə diyor: Ay namestnik, sən nə tovr
namestniksən ki, müsəlmanlar biz rusların
soldatlarını yaraliyorlar, amma sən rahət oturub müsəlmanları
qırdırmiyorsan!
Ay “rus” ürəkli “Novoye
vremya”, pəs “rus” Qoloşçapov “rus qoşunu ilə”
Şuşa müsəlmanlarını qırmadılarmı,
bu sənə kifayət degilmi? Yox, əgər
siz “ruslar” istiyorsunuz ki, Qafqazda bir müsəlman qalmasın və
hamısını “rus qoşunu” qırsın? Onda
yavaşca yeyin boğazınızda qalar!!
Filankəs
“İrşad” qəzeti, 8 avqust 1906, ¹ 186
xülus-səmimi
VACİBDİR
İnsaf və
həqiqət nöqteyi-nəzərindən baxarsaq, bu
doğrunu gizləyə bilməz ki, bizim ümumiyyət
etibarı ilə bielm adlandırdığımız cəmaətimiz
bu saət millətimizə, milliyyətimizə artıq etina
ediyor, artıq nəzəri-əhəmiyyət ilə
baxır, nəinki, bizim ürəfamız. Millətimizin bir hissəsinə
Rusiyanın bürokratiyaya mənsub
rejimi, yəni o tərzi-idarəsi ki, birini qul və birini
ağa mənziləsində qoyur, bizim ürəfamıza
öylə bir keyfləndirici əsər edibdir ki, indiyə qədər
ürəfamız bu məstlikdən ayılmıyıb, hələ
indi də ki, hər yerdə müsavat sədası bülənd
olub mənəm-mənəmlik durumu davam etməkdədir,
şan və heysiyyət qazanmaq fikri hələ də zail
olmuyubdur. Bu yolda icra olunan rəqabət yenə
də öz qaidəsilə getməkdədir. Əgər bu mənəm-mənəmlik, şan və
heysiyyət və rəqabət millətin hüququnu
müdafiə və mühafizə etmək yolunda qazanıla
idi, biz xoşbəxt olardıq. Lakin məəttəssüb
bədbəxtik, çünki, bunun hamısı mənfəəti-şəxsiyyə
uğrunda işlənib də bu saət ürəfamız
içindən böylələri vardır ki, mənfəəti-şəxsiyyə
üçün şan və heysiyyət qazanmaqda dürlü-dürlü
hiylələr, xəyanətkəranə əməllər
icrasından heç çəkinmiyorlar. Ürəfamız
içində hökm və əmrlərini icra etməgə
məcbur olduğu naçalnik, pristav yanında qul, lakin
özündən “aşağı” saydığı adamlar
üstündə ağa olanlarımız vardır ki,
ümumi millətin mənafeini öz şəxsi nəfinə
satmağa indi də hazırdırlar. Bunun da hamısı
yüz illərcə davam edən Rusiya bürokratiyalar tərzi-idarəsi
bərəkətindən olubdur!
Əgər
bütün cəmaətimizdə qanacaq və dərrakə
olsa idi, söz yoxdur ki, millət üçün böylə
müzürr olan adamlara təhəmmül edə bilməzdi və
öz içini bu kibi parazit və mikroplardan təmizlərdi,
afiyət tapıb tərəqqi meydanında nəşvü-nümaya
başlardı. Fəqət nə etməli ki, cəmaətimiz
dəxi qul olmaqdan hələ usanmıyıbdır, igrənmiyibdir.
Cəmaətimiz bu tərpəniş ilə dərrakə
məqamına yetişincə iş-işdən keçər,
hüquq və ixtiyaratımız paymal olub gedər və
heç bir şeyi geri qaytarmağa iqtidarımız olmaz.
Odur ki, biz millətin
zillət və rəzaləti ürəfamızın əlində
olan kimi, bu hində nicat və xilasımız dəxi
onların əlindədir. Əgər ürəfamız
istəsə, millət üçün bu halda
böyük-böyük xidmətlər edər. Millətin qolundan yapışıb istiqamət
üzrə saxlar, yıxılıb təpik altında
qalmağa qoymaz. Nədir ki, uzun-uzun
addım ilə irəliləməginə səbəb olar.
Çün ki, əvvəla ürəfamız
az-çox elm və maarif kəsb edibdir, hər bir işdən
xəbərdarlığı vardır. Və
saniyən cəmaət arasında böyük nüfuza
malikdir.
İmdi
Rusiyanın bürokratiya tərzi-idarəsi puç olmuyubdursa
da, kökündən titrəyibdir, bu gün-sabah
yığılıb yox olacağı qəriyyən möhtəməldir. Binaənileyh
ürəfamız dəxi vəqtdir ki, ağalıq, qulluq
havasını başlarından çıxardıb öz səy
və zəhmətlərini millət nəfinə münhəsir
etsinlər. Yoxsa bir qədər keçməz
ki, Rusiyada milli idarə olduqda, cərəyani-vəqayi
özü bürokratizmdən əl çəkməgə
hamını məcbur edər.
Axırki
peşimançılığın zəhərli səmərəsini
yeməmək üçün indidən doğruluq ilə
işə girib hadi millət olmaq yaxşıdır. Qoy ürəfamız
Politikaları
büsbütün bizim ziddimizə olan ermənilər
“Eçmiyadzində deleğati-ictimai” namilə katalikos
yanında böyük bir ümumerməni ictimaiə
hazırlaşırdılar. Bu ictima bir neçə
gündən sonra, yəni avqust ayının onbeşində
vaqe olacaqdır. Diyorlar ki, burada ruhani məsələlər
həll olunacaqdır. Lakin erməni mətbuatında
bu son günlərdə çıxan
açıq-örtülü və müəmmalı məqalələrə
diqqət yetirilsə cürət ilə demək olur ki, bu
ictimada ermənilər öz politikalarının təbdil və
təğyiri xüsusunda müzakirə və müşavirədə
bulunacaqdırlar ki, bu politika üstündə bu saət ermənilər
içində partiyabazlıq da əmələ gəlibdir.
Onu da bilirsinizmi ki, ermənilərin və sair millətlərin
dəxi neçə-neçə bu cürə məxfi və
aşkara ictimailəri olubdur!
Biz, Qafqaz
müsəlmanları üçün ümumi bir ictima, yəni
yığıncaq qurmaq lüzumuni keçən dəfə
yazmışdıq. Genə də diyoruz ki, bu ictima vacibdir, hər
gün, hər saət, hər dəqiqə lap açıqca
diyor ki, bu ictima vacibdir və buna şüru etmək həngami
yetişibdir. Biri-birindən əhəm məsələlər
büruz edib həlli müzakirəsiz qalır. Qalıb da ağırlığını cəmaətin
üstünə salır. Görüyorsunizmi
bu siyasi məsələ bizi bütün aləmi-mütəməddinin
gözü qabağında necə müttəhim ediyor. Görürsünüzmi bu erməni-müsəlman
məsələsi başımıza nə müsibətlər
gətirir. Görürsünüzmi bu
maarif məsələsinin acı nəticələrini,
görürsünüzmi bu ədavət üstündə
nahaq yerə tələf olub gedən cavanları. Görürsünüzmi bu (bütün aləmi-islam
o yanda dursun) Rusiya müsəlmanları arasında olan nifaq və
ədəmi-ittifaqı. Görürsünüzmi
bu cəhaləti, bu rəzaləti, bu qəbahəti. Görürsünüzmi? Görürsünüz
isə bəs neçün durub baxırsınız? Neçün bir əlac axtarmıyorsunuz? Şəxsiyyət,
mənəm-mənəmlik sizi ciddi iş görməgə
qoymuyor, degilmi?...
Lakin bəsdir! Bürokrattizm
sərxoşluğundan ayılınız, yoxsa bu gün-sabah
zəmanə sizi ayılmağa məcbur edər! Bəsdir! Şəxsi mənfəəti-maddiyəniz
üçün qazanmaq istədiginiz, şan və heysiyyəti
kənarda qoyub millət yolunda mənfəəti-mənəviyyə
üçün şan və heysiyyət əxzinə
çalışınız, atınız
özünüzü cəmaət arasına,
yığınız cəmaət dərdi bilənlərini
başınıza, deyiniz, danışınız, tədbirlər,
çarələr axtarınız, tapınız. Onda
sizlər həqiqi ad qazanarsınız, onda bilərlər ki,
siz də dünyada var imişsiniz, əbəs yerə
ömür çürutmiyormuşsınız!...
Pəs biliniz ki, bu saət biz Qafqaz müsəlmanlarına
ümumi bir ictma vacibdir!
Üzeyir
“İrşad” qəzeti, 9 avqust 1906, ¹ 187
hiyn-vaxt, zaman, çağ
hadi-doğru yol göstərən
lüğat-lüğətlər, sözlər, dillər
(Ardı var)
Üzeyir HACIBƏYLİ
Hüseynov Şirməmməd
525-ci qəzet.- 2010.- 28 may.- S.18-19.