Adil İsgəndərov Dövlət Film Fondunda anılıb

 

Mədəniyyət Turizm Nazirliyinin Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə Azərbaycanın xalq artisti, görkəmli rejissor aktyor, professor Adil İsgəndərovun anadan olmasının 100 illik yubiley mərasimi keçirilib.

Fondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev tədbiri açaraq, Adil İsgəndərovun həyat fəaliyyətindən danışıb: “Böyük sənətkar 1910-cu ildə Gəncədə anadan olub. O, Bakı Teatr Texnikumunu Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirib. Hələ texnikumda oxuyarkən Gəncə Dram Teatrında çıxış etmiş, sonra Bakıya gələrək Azərbaycan Dövlət Dram Teatrında fəaliyyətini davam etdirib”.

Tədbirdə xalq artistləri Ağakişi Kazımov, Nurəddin Mehdixanlı, “Azərbaycanfilmkinostudiyasının direktoru Xamis Muradov, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmud, yubilyarın tələbəsi, əməkdar artist Elxan Qasımov başqaları çıxış edərək A.İsgəndərovun böyük sənətkar olduğunu, məktəb yaratdığını diqqətə çatdırıblar. Görkəmli rejissorun Moskvada təhsil alarkən, Bədaye Teatrında Vaxtanqov adına teatrda rejissorluq təcrübəsi keçdiyini deyən natiqlər A. İsgəndərovun teatrda ilk rejissorluq işi olanPolad Qartal” (1936) tamaşasından söz açıblar: “Sonralar o, “Vaqif”, “Fərhad Şirin”, “Aydın”, “1905-ci ildə”, “Dumanlı Təbriz”, “Şərqin səhəri”, “Otello digər əsərləri tamaşaya qoyub”.

Çıxış edənlər görkəmli sənətkarın hələ teatrda işləyərkən filmlərə çəkilməyə başladığını, “Qara daşlar”, “O olmasın, bu olsun”, “Uzaq sahillərdə”, “Bir məhəlləli iki oğlan”, “26-lar”, “Leyli Məcnun”, “Qanun naminə”, “Axırıncı aşrım”, “Arxadan vurulan zərbə başqa filmlərdə yaddaqalan obrazlar yaratdığını, “Əhməd haradadırbədii filminin quruluşçu rejissoru olduğunu qeyd ediblər.

Dövlət Film Fondunda yubilyarın həyat yaradıcılığına aid fotosərgi təqdim olunub.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 28 may.- S.17.