Rəsul Rzanın 100 illiyi Naxçıvanda “Poeziyanın klassiki” adlı mərasimlə qeyd edilib
Xalq şairi
Rsul Rzanın 100 illiyilə bağlı
AMEA Naxçıvan Bölməsinin
böyük akt zalında elmi konfrans keçirilib.“Poeziyanın klassiki”
adlı elmi konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin
sədri, akademik İsmayıl Hacıyev açaraq, Rəsul Rzanın zəngin həyat və yaradıcılıq yolundan,
Azərbaycan ədəbiyyatına
misilsiz xidmətlərindən
danışıb: “Böyük
söz sənətkarı,
ədəbiyyatımıza yeni mövzu, ideyalar, formalar gətirən, vətən
və təbiət gözəlliklərinə aid şeirlərində
həyat həqiqətlərini
əks etdirən şairin poeziyası forma rəngarəngliyi və dərin fəlsəfi məzmunu ilə seçilir. Ədəbiyyata yeni düşüncə
gətirən şairin
əsərləri müxtəlif
dillərə tərcümə
olunub. Şairin “Qızılgül olmayaydı” poeması Azərbaycan ədəbiyyatında
repressiya qurbanları mövzusunda yazılmış
ən qiymətli əsərlərdən biridir”.
Tədbirdə Naxçıvan MR Ali Məclisi
Aparatının əməkdaşı
Ziya Əliyev “yaradıcılığı sərbəst
və cəsarətli,
reallıqla möhkəm
bağlı olan xalq şairinə ümummilli lider Heydər Əliyev tərəfindən böyük
diqqətlə yanaşıldığını”
qeyd edib. Ölkə başçısı
İlham Əliyevin sərəncamı ilə
xalq şairinin 100 illik yubileyinin ölkəmizin hər yerində keçirildiyini
də ulu öndərlə başlamış
ənənənin bugünkü
uğurlu davamı olduğunu vurğulayıb.
Sonra Hüseyn
Həşimlinin “Xalq şairi Rəsul Rzanın yaradıcılığı”,
Asim Yadigarın “Rəsul Rza novator şair kimi”, Lütfiyyə Əsgərzadənin “Rəsul
Rza yaradıcılığında
rənglərin fəlsəfəsi”,
Fərqanə Kazımovanın
“Rəsul Rzanın millilik və vətənpərvərlik poeziyası”
mövzularında məruzələri
dinlənilib.
Tədbirin sonunda iştirakçılar xalq
şairi Rəsul Rzanın əsərlərindən
ibarət “Poeziyanın
klassiki” adlı sərgi ilə də
Ərturan İSMAYIL
525-ci qəzet.-
2010.- 28 may.- S.17.