İntellektual olmaq dəbdədir” – Bakıda X Bakı Kitab Bayramı bu deviz altında gerçəkləşib

 

Ötən gün M.F.Axundov adına Milli Kitabxanada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 92, xalq şairi Rəsul Rzanın 100 illiyinə həsr olunan X Bakı Kitab Bayramı keçirilib. “İntellektual olmaq dəbdədirşüarıyla baş tutan tədbir Yeni Yazarlar Sənətçilər Qurumunun Yazıçılar Birliyinin (YYSQ) təşkilatçılığı, Mədəniyyət Turizm, Gənclər İdman Nazirliklərinin, Milli Kitabxananın rəsmi dəstəyi ilə gerçəkləşib.

Səhər saatlarından start götürən X Kitab Bayramında yeni kitablardan ibarət sərgiyə ictimai-kulturoloji baxış olub. Sərgilərdə ümummilli lider Heydər Əliyevə həsr olunan, həmçinin xalq şairi Rəsul Rza gənc yazarların kitabları bayrama gələnlərə təqdim olunub.

Bayram çərçivəsində oxucularla yazarların, naşirlərlə müəlliflərin görüşü təşkil edilib. Bundan başqa tədbir boyu innovativ dəyirmi masa, YYSQ-nin innovativ-kulturoloji layihəsi – www.kitabxana.net – Milli Virtual Kitabxananın geniş ictimaiyyətə tanışlıq mərasimi, “Azərbaycanın intellektual sərvəti çağdaş innovativ şəbəkə resurslarımız, sayt portallarımızmövzusunda yazıçı-publisist Oqtay Əliyevin Qarabağ müharibəsinə, Azərbaycanın milli qəhrəmanına həsr olunmuşƏbədiyyətə qovuşan Koroğlukitabının təqdimat mərasimləri mini-konfranslar keçirilib.

Tədbirdə YYSQ-nin sədri, yazıçı-kulturoloq Aydın Xan qardaş Türkiyənin qədim İstanbul şəhərinə həsr olunmuş fotosərgini təqdim edib.

Tədbirin gedişatında SOS Uşaq Kəndində yaşayan balaca oxuculara, eləcə qaçqın məktəbinin kitabxanasına kitablar toplanaraq göndərilib.

Günün ikinci yarısında isə X Bakı Kitab Bayramının rəsmi açılışı baş tutub. YYSQ-nin sədri, yazıçı-kulturoloq Aydın Xan açılış nitqində hər il ənənəvi olaraq təşkil olunan bayramın əhəmiyyətindən danışıb: “İntellektual olmaq dəbdədir!” şüarı ilə keçirilən X Kitab Bayramı da əvvəlkilər kimi yalnız bir məqsədə xidmət edir: Azərbaycan Milli Kitabının təbliği dəyərləndirilməsinə, oxucular arasında mütaliə vərdişinin yenidən canlandırılmasına. Biz inanırıq ki, davamlı olaraq keçirdiyimiz belə tədbirlərlə istəyimizə nail olacağıq. Kitab böyük qüvvədir. Belə tədbirlər gənclərə, gələcək nəslə bu böyük qüvvədən lazımınca istifadə etməyin əhəmiyyətini aşılamaq niyyətindəyik”. Təşkilatçı kitab bayramlarının hər il müəyyən tarixi hadisələrə, bu il isə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 92, xalq şairi Rəsul Rzanın anadan olmasının 100 illiyinə həsr olunduğunu diqqətə çatdırıb: “Hər il kitab bayramlarını bir tarixi hadisəyə həsr etməklə həm tariximizi xatırlamış oluruq. Bu il bir daha qarşıdan gələn 28 May Respublika Günü ərəfəsində Şərqin ilk demokratik cümhuriyyətinin yaranmasını görkəmli sənətkar Rəsul Rzanın xatirəsini bir daha yad etmiş olduq”.

M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov çıxışında hər il keçirilən Kitab bayramlarının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “10 il əvvəl ilk dəfə kitab bayramı keçiriləndə cəmi 4-5 nəşriyyat iştirak edirdi. İndi isə onlarla nəşriyyat bayrama qatılıb. Bu da onu göstərir ki, ötən 10 il ərzində Azərbaycanda kitab işi xeyli inkişaf edib”.

Mədəniyyət Turizm Nazirliyinin sektor müdiri, şair Çingiz Əlioğlu son dövrlərdə ölkəmizdə nəşriyyatların sürətlə inkişaf etdiyini, kitabın əhəmiyyətinin artdığını vurğulayıb.

Çıxışlardan sonraİlin Milli Kulturoloji Mükafatımüsabiqəsinin yekunlarını elan edilib. Milli Kulturoloji Mükafat Komissiyasının qərarına görə, 2009-cu “İlin mədəniyyət dostu”- mədəniyyət turizm naziri Əbülfəs Qarayev gənclər idman naziri Azad Rəhimov, “İlin uğurlu nəşriyyat-poliqrafiya müəssisəsi”- “Təhsil Nəşriyyat-PoliqrafiyaMüəssisəsi, direktoru Bəhruz Axundov, “İlin bədii-sənədli kitabı” –Yazıçılar Birliyinin sədri, xalq yazıçısı AnarınUnudulmaz görüşlərədəbi-publisistik əsəri, “İlin ədəbiyyat dostu olan deputatı”- millət vəkili, yazıçı-publisist Qənirə Paşayeva, “ilin dəyərli nəşriyyatı”- “Ərgünəşnəşriyyatı, direktoru Oqtay Əliyev, “İlin naşiri”- “QAPP-POLİQRAF” nəşriyyatının direktoru Qoşqar Qarayev, “İlin sənət kitabı”- “Aspoliqrafnəşriyyatı tərəfindən nəfis şəkildə buraxılmışSənətin Məcnunualbom-tədqiqatı, “İlin romanı”-yazıçı-publisist Paşa QəlbinurunQara suəsəri, “İlin qadın yazarı”-yazıçı-publisist Natəvan Dəmirçioğlu, “İlin ədəbi-ilahiyyat kitabı”- tanınmış teoloq, nüfuzlu düşüncə sahibi Osman Nuri TopbaşınSirr Hikmətəsəri, “İlin musiqi kitabı”- professor Tariyel MəmmədovunKoroğlu: Aşıq havalarıantologiyası, “İlin tərcümə kitabı”- Telman Vəlixanlının tərcüməsində F.M.Dostoyevskinin “Karamazov qardaşlarıromanı, “İlin araşdırma-sənədli kitabı”- yazıçı-publisist Sevda Əlibəylininİlk poliqrafçı aliməsəri, “İlin poeziya kitabı şairə-publisist Simuzər NüsrətbəylininMənim göz yaşlarım çevrildi daşapoetik toplusu, “İlin roman-araşdırması”- yazıçı-publisist Etibar SturvininQiyamçı, yaxud tənhalığın bir ilibədii-sənədli əsəri, “İlin elmi-publisistik kitabı”-alim-publisist Rüstəm Rüstəmovunİnsan qəlbinin anatomiyasıaraşdırması, “İlin uşaq ədəbiyyatı kitabxanası layihəsi”- “Təhsilnəşriyyatının balaca oxuculara ünvanlanmış silsilə kitab layihəsi, “İlin milli-mənəvi dəyərlər mövzusunda kitabı”- yazıçı-publisist Oqtay ƏliyevinƏbədiyyətə qovuşan Koroğlubədii-publisistik əsəri, “İlin kitab mətbuat yayımı firması”- “QayaMətbuat Yayımı Firması, direktoru Xanhüseyn Əliyev, “İlin ictimai-siyasi şeirləri kitabı”-şair-publisist, pedaqoq Mahmud ƏhmədinZəfərlər yolupoetik toplusu, “İlin Qarabağ mövzusunda kitabı”-şairə-publisist Zərəngiz DəmirçininCavab ver”, “Güllələnmişlər “20 Yanvarpoemaları, eləcə silsilə şeirləri, “İlin dərslik kitabı”- “AspoliqrafnəşriyyatınınBapbalaca Əlifbaadlı nağıllı, şeirli, tapmacalı şəkilli dərsliyi, “İlin ədəbi televiziya verilişi”-“Azad AzərbaycanTelekanalının “El içindəintellektual-kulturoloji televiziya layihəsi, rəhbəri aparıcısı Elçin Əlibəyli, “İlin dərs vəsaiti kitabı”- filoloq alim Şəmil SadiqinƏdəbiyyatkitabı, “İlin ədəbi uğuru”-“Düşmən əlimi sıxır, dost ürəyimiTenha kuğupoetik topluların müəllifi şairə-publisist Şəfəq Sahibli, “İlin yeni nəsil tərcüməçisi”-tərcüməçi, yazıçı Nihalə Abdulla, “İlin yeni nəsil yazarı”-yazıçı, şair-tərcüməçi Kənan Hacı, “İlin gənc şairi”-şair, publisist Sevinc Mürvətqızı, “İlin ədəbiyyat müəllimi”- Bakı şəhəri 20 saylı orta məktəbin müəllimi Nailə Salmanova, “İlin Kitabxanası”- M.F.Axundov adına Milli Kitabxana, direktoru Kərim Tahirov, “İlin ədəbi portalı” –nominasiyalarında – www.kitabxana.net <http://www.kitabxana.net> İnternet ünvanlı Milli Virtual Kitabxana, layihə rəhbəri Aydın Xan Əbilov qalib olub.

Moskvada rusca nəşr olunmuş, yaratdığı obrazlarla zəmanədaşlarının həyat yolu dünya görüşlərindəki ziddiyyətləri orijinal formadalirik modern roman şəklində yaratdığına, xarici dillərə çevrilərək geniş oxucu auditoriyası qazandığına, milli söz sənətimizin tarixində yeni tipli irihəcimli bədii-psixoloji nəsrin inkişafındakı xüsusi xidmətlərinə görətəqdimatı ilə qalib adını qazanan yazıçı, həkim Paşa Qəlbinur mərasimdə çıxış edərək müsabiqə komissiyasına əsərini fərqləndirdiklərinə görə minnətdarlığını bildirib.

Mərasimdə qaliblər mükafatlandırılıb, onlara diplom xatirə hədiyyələri təqdim olunub.

Sonra X Bakı Kitab Bayramı nəşriyyatların kitab nümayişi ilə işini başa çatdırıb.  

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 28 may.- S.16.