Serbiyada Rəsul Rzanın kitabı nəşr
olunub
Xalq şairi Rəsul Rzanın “Rənglər” və “Rəngli yuxular” silsilələri Belqradda kitab şəklində dörd dildə nəşr edilib. Serb dilinə şeirləri Maja Teziç, rus dilinə Boris Slutski, David Samoylov, Yunna Morits, Leon Toom, Alla Axundova, Muza Pavlova, ingilis dilinə Aynur Hacıyeva, fransız dilinə Hamlet Qoca və Şamil Zaman çeviriblər. Kitabda “Rənglər” silsiləsi və ümumiyyətlə Rəsul Rzanın yaradıcılığı haqqında Nazım Hikmətin, Dmitri Şostakoviçin, Qara Qarayevin, İlya Selvinskinin, Məmməd Arifin, Eduard Mejelaytesin, Boris Slutskinin, akademik Nikolay Fedorenkonun, Kanada yazıçısı Dizon Karterin, macar şairəsi Juja Rabın, çex şairəsi Daniçka Kozlovanın, İsveç şairi Yuri Kronberqsin, ingilis ədəbiyyatşünası Boni Koreyin, eston şairəsi Liy Seppelin, rus tənqidçisi Yuri Lukinin, vyetnamlı Buy Monq Kuinin fikirləri yer alıb. Azərbaycanın Serbiyadakı səfirliyinin təşəbbüsüylə nəşr olunan kitaba xalq yazıçısı, AYB sədri Anar geniş önsöz yazıb.
525-ci qəzet.- 2010.- 2 oktyabr.- S.7.