Mənsum İbrahimovun 50 illiyi bu gün Beynəlxalq Muğam Mərkəzində qeyd olunacaq

 

Bu gün – noyabrın 2-də, saat 19.00-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının solisti, xalq artisti, Prezident mükafatçısı, “Şöhrət” ordenli, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimovun 50 illiyinə həsr edilmiş tədbir gerçəkləşəcək. Tədbir Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunub. Gecədə sənətkarın sənət dostlarının maraqlı ifaları dinləniləcək, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən hazırlanan, sənətkarın həyat və yaradıcılığını əks etdirən sərgi nümayiş olunacaq.

 

 

Hüsniyyə

 

525-ci qəzet.- 2010.- 2 oktyabr.- S.7.