Bakıda xəttatlıq sərgisi

 

Noyabrın 5-də Bakı İncəsənət Mərkəzinin “Yeni Gallery” sərgi salonunda Gülxan Bəydəmirin xəttatlıq nümunələri sənətsevərlərin ixtiyarına veriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, keçirilən sərgi Bakıda açılacaq ikinci fərdi xəttatlıq sərgisidir. Gülxan Bəydəmirin bir çox əsərləri Azərbaycan, Türkiyə, Almaniya, Hollandiya, Avstriya, KoreyaFransa kolleksiyaçıları tərəfindən alınıb. Gülxan Bəydəmir dünya şöhrətli xəttat Davut Bektaşdan dərs alır. Məlumat üçün bildirək ki, Gülxan Bəydəmir Azərbaycanda unudulmaqda olan daş üzərində oyma sənəti ilə məşğul olurbu sahədə ustalar yetişdirib. Onu ən çox maraqlandıran daşların üzərindəki xətt yazı sənəti, yəni yüz illərdən bəri daşlara həkk olunmuş və mükəmməlliyi ilə diqqəti çəkən xəttatlıq sənətidir. 2006-cı ildə İstanbulda keçirilən xətt yarışmasında “Ahmed-Muhammed” adlı əsəri ilə birinci mükafatı alıb. 2007-ci ildə Həzrəti Mövlana xətt yarışmasında birincilik qazanıb.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 2 noyabr.- S.7.