“Cəhənnəm sakinləri”nin premyerası olub
Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı
kollektivinin təqdimatında
“Cəhənnəm sakinləri”
tamaşasının premyerası
gerçəkləşib. Xalq yazıçısı
Elçinin eyniadlı
pyesi əsasında hazırlanmış tamaşanın
quruluşçu rejissoru
Elşən Zeynallı,
rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Firudin
Bağıroğludur. Əsas rollarda Püstəxanım
Zeynalova, İqrar Salamov, Rauf Şahsuvarov
və başqaları
çıxış ediblər.
Azərbaycan Dövlət Musiqili
Komediya Teatrının
səhnəsində təqdim
olunan tamaşada hadisələr 1937-ci ildə
Bakıda baş verir. Tamaşa, dövrün bütün
qorxu və repressiyalarına baxmayaraq,
isti və normal münasibətlərini qoruyub
saxlayan azərbaycanlı
ziyalı ailəsində,
ərlə-arvadın təzadlı
tale yolundan bəhs edir.
GÜNEL
525-ci qəzet.-
2010.- 3 noyabr.- S.7.