“Vəkil hekayəti”nin çəkilişləri
başa çatıb
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan “Vəkil hekayəti” filminin çəkilişləri yekunlaşıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, filmdə müasir həyatda baş verən hadisələrdən, gənc və bacarıqlı vəkilin başına gələn əhvalatlardan danışılır. Komediya janrında çəkilmiş filmin ssenari müəllifləri Elza Ağayeva, Ramiz Fətəliyev, rejissoru Ülviyyə Könüldür. Ekran əsərinin quruluşçu operatoru Rafiq Quliyev, bəstəkarı Rəşad Həşimov, quruluşçu rəssamı Rafiq Nəsirovdur. Filmdə əməkdar artist Səidə Quliyeva, aktyorlar Bəhram Bağırzadə, Qorxmaz Əlili, Bəhruz Əhmədli, Toğrul Rzayev, Kamilə Babayeva və başqaları çəkiliblər. Qeyd edək ki, filmin premyerasının gələn ilin əvvəllərində keçirilməsi planlaşdırılır.
HÜSNİYYƏ
525-ci qəzet.- 2010.- 4 noyabr.- S.7.