Bakı Slavyan Universiteti Məmmədhüseyn Təhmasibin “Seçilmiş əsərləri”ni çap edib

 

Bakı Slavyan Universitetində görkəmli alim prof. Məmmədhüseyn TəhmasibinSeçilmiş əsərləri”nin birinci cildi işıq üzü görüb. Bu cildə müəllifin 1945-ci ildə müdafiə etdiyi namizədlik dissertasiyası, eləcə müxtəlif qəzet məcmuələrdə çap olunan məqalələri, kitablara yazdığı ön sözləri daxil edilib. İkinci cilddə isə müəllifin 1973-cü ildə işıq üzü görmüş doktorluq dissertasiyasının çap olunması nəzərdə tutulur. M.TəhmasibinSeçilmiş əsərləriBakı Slavyan Universitetinin Azərbaycanşünaslıq tədris-mədəniyyət mərkəzi tərəfindən toplanaraq çap olunub. Kitabın elmi redaktoru ön sözün müəllifi BSU-nun rektoru, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Kamal Abdullayevdir. Kitab çapa hazırlanarkən M.Təhmasibin qohumlarının dəstəyi ilə onun ev arxivi araşdırılıb. Ümumilikdə müəllifin iki dissertasiyası, 24 məqaləsi 2 kitaba yazdığı ön sözü toplanaraq elektron vəziyyətə salınıb. Kitab yalnız filoloqlar üçün deyil, geniş oxucu kütləsi üçün maraqlı olacaq məlumatlarla zəngindir. Noyabr ayının sonunda Bakı Slavyan Universitetində respublikamızın elmi ictimaiyyətinin iştirakı ilə kitabın geniş təqdimatının təşkil olunması nəzərdə tutulub.

 

 

Günay ƏLİYEVA

 

525-ci qəzet.- 2010.- 4 noyabr.- S.7.