Mənsum İbrahimovun 50 yaşı

 

Beynəlxalq Muğam Mərkəzində təntənə ilə qeyd edilib Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimovun anadan olmasının 50 illiyinə həsr edilmiş yubiley gecəsi keçirilib. Gecədə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan prezidenti İlham Əliyevin Mənsum İbrahimovun “Şöhrət” ordeni ilə təltif olunması haqqındakı sərəncamını səsləndirib və ordeni xalq artistinə təqdim edib. Nazir xanəndənin yaradıcılığından söz açıb, onun Azərbaycan səhnəsində ən uzunömürlü Məcnun olduğunu diqqətə çatdırıb: “Hər bir azərbaycanlı sevinir ki, bu Vətənin Mənsum İbrahimov kimi sənətkarı var. Həm insanlığı, həm də sənətkarlığı ilə xalqın böyük sevgisini qazanan Mənsum İbrahimova bu ordeni təqdim etməkdən şərəf duyuram”.

 Gecədə Mustafa Çəmənlinin ssenarisi əsasında hazırlanan, Mənsum İbrahimovun həyat yaradıcılığını əks etdirənZirvəyə ucalan səssənədli filmi nümayiş olunub.

Akademik Vasim Məmmədəliyevin aparıcılığı ilə keçirilən yubiley tədbirində çıxış edən akademik Bəkir Nəbiyev Mənsum İbrahimovun ifasını dinləməkdən yorulmadığını, onun səsindən zövq aldığını qeyd edib. Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub Mənsum İbrahimovun ifasında vətən həsrətinin, yurd sevgisinin duyulduğunu vurğulayıb.

 Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, görkəmli xanəndələr Arif Babayev, Canəli Əkbərov, Əlibaba Məmmədov başqaları yubilyarı təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar.

 Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Səkinə İsmayılova, Nəzakət Teymurova, Aygün Bayramova, Zabit Nəbizadə, Səbuhi İbayev digər sənətkarların ifaları dinlənilib.

Tədbirin sonunda yubilyar çıxış edərək, ölkə prezidentinə, mədəniyyət turizm nazirinə, həmçinin onun sənətinə dəyər verən hər kəsə, tədbir iştirakçılarına minnətdarlığını bildirib. Tədbir elə yubilyarın öz ifası ilə yekunlaşıb. Qeyd edək ki, Mənsum İbrahimovun yubileyilə bağlı doğma yurdu olan Ağdamda da xüsusi tədbir keçiriləcək. Yubilyar bildirib ki, tədbirin bir həftədən sonra gerçəkləşdirilməsi nəzərdə tutulur.

 M.İbrahimov onu da deyib ki, 50 illik yubiley tədbirlərinin yekunu olaraq, gələn ay Heydər Əliyev Sarayında solo konsert vermək niyyətindədir.

 

 

Günel CABİRQIZI

 

525-ci qəzet.- 2010.- 4 noyabr.- S.7.