Klassik Musiqisevərlər Klubunda vokalçı Həsən Enami ilə görüş olub

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevərlər Klubunun növbəti tədbiri keçirilib. Niyazinin mənzil-muzeyində Dövlət Akademik Opera Balet Teatrının solisti, əməkdar artist Həsən Enami ilə görüş təşkil edilib. Klub direktorunun müavini Təranə Qurbanova Həsən Enaminin Azərbaycan opera sənətində xidmətlərindən bəhs edərək onun opera sənətimizdəki müstəsna rolundan danışıb. Tədbirdə H.Enaminin yaradıcılığını əks etdirən slayd nümayiş etdirilib, onun ifasında Azərbaycan Avropa bəstəkarlarının operalarından nümunələr səsləndirilib. Qonaq klub üzvlərinin, mərasimdə iştirak edənlərin suallarını cavablandırıb.

 

 

HÜSNİYYƏ

 

525- ci qəzet.- 2010.- 5 noyabr.- S.7.