Solğun çiçəklər” İncəsənət Gimnaziyası şagirdlərinin təqdimatında

 

İncəsənət Gimnaziyasında görkəmli ədib Cəfər Cabbarlının “Solğun çiçəklər” tamaşası nümayiş olunub. Gimnaziyanın yuxarı sinif şagirdləri tərəfindən oynanılan tamaşa maraqla qarşılanıb. Dramaturqun qızı və ev-muzeyinin direktoru Gülarə Cabbarlı, gimnaziyanın direktoru Mahizər Şabanbəyova C. Cabbarlının Azərbaycan ədəbiyyatındakı mövqeyindən bəhs ediblər. Muzeyin elmi işçisi, dramaturqun nəvəsi Qəmər Bağırova, gimnaziyanın teatr şöbəsi üzrə direktor müavini Hicran Sadıqova gənc nəslin milli ruhda böyüməsi üçün ilk növbədə, öz klassiklərimizin əsərlərini mükəmməl bilməsinin vacib olduğunu vurğulayıblar. Qeyd edək ki, tamaşanın rejissoru məktəbin teatr şöbəsinin müəllimi Əliheydər Şahbazovdur.

 

 

HÜSİYYƏ

 

525-ci qəzet.- 2010.- 5 noyabr.- S.7.