ORALARDA KİMLƏR VAR: Rövnəq Abdullayev

 

HƏYATI RÖVNƏQLƏNDİRƏN İNSAN

 

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun baş direktorluğundan yola çıxan, Nizami rayonu 24 saylı birinci seçki dairəsindən keçən seçkilərdə millət vəkilliyinə namizəd, indiki məqamda ARDNŞ-in AFFA-nın prezidenti Rövnəq Abdullayev yenə həmin dairədən namizəddir. Gənc və enerjilidir. Və buna görə də o öz təbliğatında, rusların sözü olmasın “stavkası” da gənclərədir, gənclərlə görüşdə daha inamlı, daha cəsarətli görünür.

İndiki məqamda onun gördüyü işləri bir-bir sadalamaq mümkün deyilözübu işlər həqiqətən göz oxşayan, könül sevindirən işlərdir.Təbii ki, indi hər bir millət vəkili öz dediklərinə inanıb danışır və bəziləri də : “seçilsəm mən bu işləri görəcəm deyir və sadalayır”. Bəzən bu məntiqin qarşısında mən bir seçici olaraq çaşıram, yəni bir millət vəkilliyinə namizəd öz dediklərinin məsuliyyətini daşımırsa, bunu necə anlamaq olar? Hər bir sözün altında bir insan var, hər sözün altında bir tale var və “mən seçilsəm bu işləri görəcəm”- deyəndə, hətta ən demokratik ölkələrdə belə millət vəkilinin bu qədər böyük işlər görə biləcəyi,heç şübhəsiz mərcək, şübhə altında ola bilər.Yəni bir ata sözü var ki, arxı atlanmaq, sonra bərəkallah demək lazımdı ki, daha çırmanırıq keçməyə çay gəlməmiş, qızışırıq qızmağa yay gəlmiş olmasın.

Mən uzun illərdi bu Bakı şəhərindəyəm və Bakının adını heç də sevmədiyim səmtində, amma özü çox gözəl olan bir səmtində 8-ci kilometr deyilən yerdə yaşayıram və bir zamanlar maşınla şəhərə işə gedəndə yolum çox vaxt, bir neft zavodunun yanından düşərdi ki, bu zavoda birbaşqa iki səbəbdən müşahidəçiydim : bir zamanlar kiçik qardaşım, bu zavodla bağlı idisonralar bacanağım uzun illər idi ki,bu zavodda çox kiçik bir işdə işləyirdi, zavod içində bir teplovoz sürücüsü idi. Bunları deməkdə məqsədim odur ki, mən uzun illərdi bu zavodla daxildən olmasa da, bir bağlılıq içindəyəm. Və Rövnəq Abdullayev bu zavoda gələndən sonra bir neçə ildə bu zavodun həyatında olanlar,yaxşı mənada bu zavodda baş verənlər yalnız insanı sevindirir.Təbii ki, bu gözəlliklər bəlkə onun işçilərinin bir çoxunun maddi vəziyyətini yaxşılaşdırmır.Bunlar görünən şeylərdi və xüsusiylə yad adam üçün görünən şeylərdi. Amma insan bir işə gəldiyində, içində bir rahatlıq hiss edirsə və bu rahatlıqla otağının vəya sexinin qapısını açıb işə başlayırsa, bunun özüçox böyük bir qazancdır və Rövnəq Abdullayevin bu zavoda başçılıq elədiyi bir neçə ildə bu zavod nə qədər dəyişdi, bunu biz tarixin çox da dərin olmayan qatındakı şəkillərlə indiki məqamı tutuşdursaq, açıq aydın bu gənc insanın burada nələr elədiyinin şahidi ola bilərik.

Bəzən belə məqamlarda bir şey deyilir: cibinin puluyla (və bəzən də lap irəli gedib, dədəsinin puluyla deyirlər) etməyib ki? Mən bu məntiqin çox da müdafiəçisi deyiləm,çünki işin içində olmasam da, bu məntiq də var ki, hər halda bu zavod üçünonun daha rahat, daha firavan olması üçün dövlət tərəfindən bir büdcə deyilən şey varbir çox müdirya direktorya məsul şəxs bu büdcənin pulunu bir var özü üçün keyfə xərcləsin və birvar bu pulu namusla, vicdanla elə xərcləsin ki, onun rəhbərlik elədiyi yeri orda işləyən insanları sevindirəcək vəziyyətdə olsundediyim kimi, Rövnəq Abdullayevin az vaxt içərisində gördüyü işlər göz qabağında...bu zavodu mən heç zaman bu qədər işıqlı və bu qədər rahat,bu qədər göz oxşayan görməmişdim.

Mən bu zavodda çalışan bir çox insanla görüşsəm də, yaxından təmasda olduğum iki nəfərin bəzi dediklərini sizə çatdırmaq istərdim.Bunlar bayaq adını çəkdiyim və uzun illər orada işləyən qohumum Fazil idi ki, çox mızı birisiheç nəyi bəyənməyən bir insanbu uzun illərdə bir neçə direktor görmüş işçi idi...

Onun bu yazımdan xəbəri də yox idi o zamanlar. Bir içki məclisində söhbət dolaşıb gəldi çıxdı Rövnəq Abdullayevin üstünə və mənim sofi bacanağım ağız olusu danışmağa başladı... nə başladı...Mən bir az təəccüblə onun üzünə baxdım, o : “Rövnəq bəy bu qədər gənc olmasına baxmayaraq, insanlarla dil tapmaqda və onları yaxşı mənada yola verməkdə çox gözəl bir təşkilatçı və eyni zamanda gözəl bir insandı və öz işçilərinin qədrini bilən bir rəhbərdi.Əslində bu qədər gənc olasanbütün bunları çatdırasan, bu asan deyilbuna görə də mən düşünürəm ki, onun seçiciləri Rövnəq Abdullayevə səs verməkdə qətiyyən səhv etməyəcəklər”-demişdi o zaman.

Rövnəq Abdullayevin də platformasında açıqladığı şeylər, təbii, bir çox başqa millət vəkili olacaq insanların da açıqlamalarında varbu fikirlərin bir-birinin üstünə düşməsi də çox təbii, amma bütün bunları həyata keçirmək üçün bir imkan darlığı və imkan genişliyi deyə bir şey var ki, mən bilən Rövnəq Abdullayevin imkan genişliyi göz qabağındadı.Və onun bu vaxta qədər gördüyü işlər, mən bilən nə zamansa “mən millət vəkilliyinə namizəd olacamdeyib bu işləri görüm adında bir addım yox, içi və mədəniyyəti,bu xalqın müəyyən bir hissəsini təşkil edən onun başçılıq etdiyi kollektivlərin insanlarının güzaranı və həyatı bunu tələb edirdibu işlər görüldü.

Buyurun gəlin baxın,buyurun! Təsvirlə bir şey olmaz,buyurunöz gözlərinizlə görün.Getməyənlər üçün bir zamanlar onun başçılıq etdiyi zavodda işləyən və özü də təəccüblü olsa da, son dərəcə gözəl yazar və hətta onun gözəl yazarlığından Rövnəq müəllimin heç xəbəri olmasa da (o gözə soxulan insan deyil,son dərəcə təvazökar bir ziyalı), Azərbaycan Yazarlar Birliyinin üzvü Oqtay Əhmədov Rövnəq Abdullayev haqqında düşüncələrini belə anlatdı :

“Rövnəq müəllim zavoda gəldiyi ilk gündən bacarıqlı təsərrüfatçı olduğunu öz əməli işiylə sübuta yetirdi. Qısa bir zamanda zavodun balansındakı bütün uşaq bağçaları, məktəblər əsaslı təmir edildi, Keşlə qəsəbəsindəki və Nizami rayonundakı yollara təzə asvalt örtüyü döşəndi. Bu məntəqələrdəki köhnə evlərin əksəriyyətinin fasadları yenidən rəngləndi, illərlə su üzünə həsrət qalan həyətlərdə artizan quyuları qazıldı, qədim elektrik dirəkləri yenilərilə əvəzləndi, sakinlərin işıq, qaz... problemləri yubadılmadan həll edildi. Rövnəq müəllim Parisin, Londonun problemlərindən xəbərsiz olsa da, Keşlə qəsəbəsinin, Nizami rayonunun problemlərinə yaxşı bələddi. Axı zavod işçilərinin səksən faizi Keşlə qəsəbəsində və Nizami rayonunda yaşayır. Zavod kollektivinin məişət, əmək şəraiti kökündən yaxşılaşdı. Mən çox danışmaq istəmirəm. Qurub-yaradan bir adamın gördüyü işlər göz qabağındadır. Mən ancaq bu işlərin çox cüzi hissəsini sadaladım. Bildiyimiz kimi keçən seçkilərdə də Rövnəq müəllim “İşsizlərə , işləyənlərəsə gözəl şərait” devizini öz seçkiqabağı şüarına çevirmişdi.Bu şüar onun əqidəsi, amalıdır desəm, yəqin ki, yanılmaram, çünki o, zavoda direktor təyin olunduğu günlərdə yüzlərlə yeni-yeni yerləri açmış, yüzlərlə işsiz adam işlə təmin edilmişdir. Xalqsa ona boş-boş vədə yedizdirənləri deyil, çörək verən adamları qiymətləndirir”.

Təbii ki, əstəğfurullah, heç kəs mömin deyil və mən bilən Rövnəq Abdullayevin də bəzi işlərindən narazı qalan insanlar da ola bilər, onları qınamıram və mən bir ziyalı kimi onun haqqında danışılan bəzi xırda və keçici şeyləri qırağa atıram və düşünürəm ki, həyat bir çox məqamlarda insanları sınağa çəkir və onun daha yaxşı, daha doğru yol tutmasını da onlara diktə və mən iddia etmirəm ki,Rövnəq Abdullayevin bütün keyfiyyətləri onun Milli Məclisdə oturması üçün bir tutanaqdır, yox yenidən seçilirsə bunu zaman göstərəcək.İndiki məqamda Rövnəq Abdullayevə səs verən insanların peşman olmayacağını və mənim də bu kiçik qeydləri yazdığım üçün bir çox dostun yanında başımın aşağı olmayacağını çox istərdim.Bir şeyi deyim: mübarizə aparmağın metodlarını bilmək vacibdir.Çamur, ləkə at, sonra çəkil və rəqib sayılmayacaq insanları özünə rəqib bilib, insafsız şeylərə əl atmağı mən heç bir tanışıma və dostuma rəva görməzdim.

Heç kəs günahdan xali deyil,amma bu günahı şişirdib onu üfləyib, böyütmək bizim əxlaqımıza yaraşmaz.

Mən bir insanbir qələm sahibi olaraq bir neçə dostumun da mülahizələrinin nəticəsi kimi düşünürəm ki, Rövnəq Abdullayev bir daha Milli Məclisdə otursa, daha çox işlər görəcək.

 

 

Tofiq ABDİN

 

525-ci qəzet.- 2010.- 6 noyabr.- S.27.