Türkmən sənət ustalarının əsərlərindən ibarət sərgi açılıb

 

Ötən gün Muzey Mərkəzinin sərgi qalereyasında Türkmənistan tanınmış incəsənət xadimləri xalq tətbiqi sənət ustalarının əsərlərindən ibarət sərginin açılış mərasimi gerçəkləşib. Açılış mərasimində çıxış edən Mədəniyyət Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev eksponatların sayının az olmasına baxmayaraq sərgilənən əsərlərin böyük ustalıqla çəkildiyini diqqətə çatdırıb: “Sərgidə nümayiş olunan əsərlər türkmən xalqının sərvətləridir. Təəssüf ki, eksponatların sayı azdır. Ancaq onların hər biri yüksək peşəkarlıqla çəkilib. Ümid edirəm ki, gələcək sərgilərdə eksponatların, əsərlərin sayı daha çox olacaq. Əminəm ki, Türkmənistan mədəniyyət günlərinin keçirilməsi iki ölkə arasında mədəni əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək”. Türkmənistan Milli Mədəniyyət Mərkəzinin baş direktoru Tuvakbibi Durdıyeva Azərbaycan türkmən xalqlarının eyni kökə, dinə, dilə malik olduğunu bildirib. Direktor mədəniyyət günlərinin keçirilməsini iki ölkə arasındakı əməkdaşlığın güclənməsi kimi dəyərləndirib. Sərgidə rəngkarlıq, qobelen, xalça zərgərlik nümunələri nümayiş etdirilib. Nümayiş boyunca isə Türkmənistan musiqiçilərinin ifasında türkmən xalq mahnıları ifa olunub. İştirakçılar türkmən şirniyyatları çörəklərini dadmaq imkanına da malik olublar. Qeyd edək ki, Muzey Mərkəzində Türkmənistan kinematoqrafiyasına məxsus 4 film nümayiş olunacaq. Mədəniyyət günləri noyabrın 6-da Qaradağ rayonunda Türkmənistan incəsənət ustalarının konserti ilə yekunlaşacaq.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 6 noyabr.- S.17.