Azərbaycanda Türkmənistan Mədəniyyət Günləri başa çatıb

Xəbər verildiyi kimi, noyabrın 3-dən 7-nə qədər Azərbaycanda Türkmənistan Mədəniyyət Günləri keçirilib. Mədəniyyət Günləri çərçivəsində noyabrın 5-də Abdulla Şaiq adına Dövlət Kukla Teatrında rejissor Urmatxan Alim Melenin türkmən şairiklassiki Mollanepesin “Zöhrə-Tahir” dastanı əsasında hazırladığı “Aşiqlər şahı” tamaşası sənətsevərlərin ixtiyarına verilib. Türkmənistanın xalq artisti Anna Melenin təqdimatında monotamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

 Mədəniyyət günləri çərçivəsində həyata keçirilən növbəti tədbir noyabrın 6-da Muzey Mərkəzində gerçəkləşib. Burada Türkmənistan kinorejissorları tərəfindən çəkilən 3 film nümayiş olunub. Tədbirdə çıxış edən Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət Xadimi Cəmil Quliyev Türkmənfilm”in baş redaktoru Bəhdimqulu Rəcəbov ölkələrimiz arasında kino sahəsində mövcud əlaqələr haqqında mülahizələrini dilə gətiriblər. Çıxış edənlər bildiriblər ki, bu gün bir çox tanınmış Azərbaycan sənətkarları Aşqabadda, Türkmənistan sənətkarları isə Bakıda təhsil alaraq bu təhsili praktikada həyata keçirirlər. Qarşılıqlı əməkdaşlığın bu gün uğurla davam etdirildiyi vurğulanıb. Sonra türkmənistanlı rejissorların çəkdiyiŞükür Baxşı”, “Ferzent Ferzibədii Marquşsənədli filmləri nümayiş olunub.

 Türkmənistanın tanınmış sənət adamları, mədəniyyəti, sivilizasiya mərkəzi olan şəhərlərindən bəhs edən bu filmləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Noyabrın 6-da Dövlət Gənc Tamaşaçılar Teatrında Türkmənistan Mədəniyyəti Günlərinin bağlanış mərasimi gerçəkləşib. Türkmənistan Milli Mədəniyyət Mərkəzinin Baş direktoru Tuvakbibi Durdıyeva xalqlarımız arasında möhkəm dostluq qardaşlıq münasibətlərindən, ortaq mənəvi dəyərlərdən, ölkələrimiz arasında mədəni əməkdaşlığın uğurlu inkişafından söhbət açıb. Direktor Azərbaycanda türkmən mədəniyyətinə, incəsənətinə göstərilən yüksək diqqətdən məmnun olduğunu dilə gətirib. Mədəniyyət Turizm Nazirliyi İncəsənət sektorunun müdiri Fərəh Əliyeva Azərbaycanda keçirilən Türkmənistan Mədəniyyəti Günlərinin xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına mədəni əlaqələrimizin dərinləşməsinə kömək etdiyini bildirib. Bu gündən etibarən bütün sahələrdə əlaqələrin inkişafının daha da artacağını dilə gətirən F.Əliyeva Bakıda olan milli bayramlarda hökmən türkmən sənətçilərinin, Türkmənistanda keçirilən əlamətdar tədbirlərdə isə Azərbaycan sənətçilərinin iştirak edəcəklərini bildirib. F.Əliyeva Mədəniyyət günləri çərçivəsində Bakının ayrı-ayrı mədəniyyət ocaqlarında türkmən incəsənət ustalarının konsertinin, rəssamlarının əsərlərindən ibarət sərgilərin, kinofilmlərinin Azərbaycanda, tamaşaçılar tərəfindən rəğbətlə qarşılandığını söyləyən F.Əliyeva gələcəkdə Azərbaycanda Türkmənistanda belə günlərin tez-tez həyata keçiriləcəyinə əminliyini bildirib.

 Sonda Türkmənistan Mədəniyyət ustaları böyük konsert proqramı ilə çıxış ediblər. Türkmənistan mədəniyyət ustalarının, eləcə Azərbaycanın əməkdar artisti Gülyaz Məmmədovanın ifası tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

 

Hüsniyyə İSMƏTQIZI

 

525-ci qəzet.- 2010.- 9 noyabr.- S.7.