Beynəlxalq teatr
konfransının nümayəndələri Bakı səhnəsində
tamaşalara baxıblar
Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə Bakıda beynəlxalq elmi-praktik teatr konfransı gerçəkləşəcək. Noyabrın 7-də konfransın iştirakçıları müxtəlif teatr kollektivlərinin hazırladığı tamaşaları izləyiblər. Qonaqlar Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında M.Zadornovun “Ər almaq istəyirəm”, Dövlət Gənc Tamaşaçılar Teatrında U.Şekspirin “Otello” və Dövlət Pantomim Teatrında N.Qəribovanın “Adsız” tamaşalarına baxıblar. Müasir dövrün teatr problemlərinin müzakirə olunacağı konfransın açılış mərasimi noyabrın 9-da gerçəkləşəcək. Tədbir noyabrın 12-də başa çatacaq.
HÜSNİYYƏ
525-ci qəzet.- 2010.- 9 noyabr.- S.7.