Bərabər paylanan ay işığı

 

(hekayə)

 

Bu gün qəbula gələnlərin sayı az idi. Bu azlıq Elnurun qəlbində gizli bir sevinc yaratdı. Demək Elnur bu gün qəbula düşə biləcək. Qəbul otağında duran yaşlı müəllimin həmişə onu qovmasına baxmayaraq, Elnur mehribancasına qocaya yaxınlaşıb:

–Qənimət dayı, növbə mənimdir – deyə yazıqcasına müraciət etdi.

Elnur olduqca sərt və gözlənilməz bir cavab aldı:

–A bala, sənə qədər demək olar qəbula vaxtında gəl?!

İnsafən Elnur qəbula hamıdan qabaq yazılmışdı. Nədənsə Qənimət kişinin həmişə ondan acığı gəlir, onu heç vaxt axırıncılar siyahısından çıxarmır, bəzən gözləmə otağına belə buraxmırdı. Əvəzində Elnur ondan heç vaxt incimirdi. Elnura yaxşı məlumdur ki, ehtiyac bu yaşlı kişini qapı arxasında durmağa məcbur edib. Sözsüz ki, içəridə oturan mənsəb sahiblərinin xoşuna gəlməyənlər içəri buraxılanda Qənimət müəllim danlanacaq. Səhvlər təkrar olunsa işdən azad olunacaq.

Bəs yaxşı, mənsəb sahiblərinin niyə Elnurdan xoşu gəlmir? Bu suala Elnur özü cavab tapa bilmirdi. Axı necə tapsın? Mənsəb sahibləri ona həmişə: – Sən mədəni savadlı oğlansandeyirlər. Bəlkə Elnurun hərdən danışdığı həqiqətin üstünə bir neçə böhtan qoyub mənsəb sahiblərinə çatdıranəsabələrmövcuddur.

Demək bir parça çörəyini, düşünən beyinlərin məhvində axtaranlar da var. Bəs niyə torpaq belə insanlara üzərində gəzməyə icazə verir? Qonağa hər yerdə hörmət var. Bu qərib insanların yaxşısına özünə görə, pisinə isə qonaq olduğuna görə hörmət edən torpağın günahı?

Elnur günahı elini doğma Göyçəsindən uzaq salan yağı düşməndə axtarır. Düşmən elə düşməndir. Bəs bir torpağın üstündə gəzmiş, bir bulağın suyundan içmiş bu insanlar niyə bir-birlərini başa düşmürlər? Axı niyə onlar maddi varlıqdan ötrü mənəvi varlıqlarını qurban verirlər? Süleymana qalmayan dünya onlaramı qalacaq?!

Elnur birdən qolunda möhkəm bir ağrı hiss etdi. Bu ağrı onu ittihamlı xəyallardan ayırdı. Polis nəfəri onun qolundan möhkəm sıxaraq:

Ey, cavan oğlan, qəbulun vaxtı qurtarıb, binanı tərk etmək lazımdırdedi.

Bu, binanın gözətçisihərdən binaya daxil olmasına görə Elnurabir qutu siqaret al – deyən polis nəfəri Qulam idi. Elnur yuxudan kal oyanmış uşaq kimi bir an içində binanı tərk etdi.

Müdirin bir məsləhətinə ehtiyac onu rahat buraxmadı. Bir həftə ərzində beyninə qəbulda demək üçün yığdığı gözəl fikirlər, ünvansız məktub kimi hansı qapını döysün? Ünvanlanmış məktubu niyə cavabsız etdilər, poçtalyon axı onu düz gətirmişdi, niyə məktub sahibi məktubunu almadı? Məktub bircə oxunsaydı, içindəki haqlı tələblərə əməl olunmasa da Elnur rahatlıq tapardı. Bu canlı məktub Elnur özü idi.

 

lll

 

Ümidsilik içərisində ümid axtaran Elnur bir həftəlik mənəvi gərginlikdən sonra yenə qəbul otağına yaxınlaşdı. Bu dəfə Qənimət kişi mehribanlıqla qonşu otağı göstərdi:

Qəbul orada olacaq. Buyurun, girə bilərsiniz.

Elnur yavaşca qapını döydü. İçəridən bir nazik səsgəldedi. Bu səs birinci müavinin səsi idi.

Elnur içəri daxil olanda əvvəllər eşitmədiyibuyurun, əyləşinifadəsini eşitdi, öz təşəkkürünü bildirib əyləşdi. Döşəkçəli stul Elnurun meşin qapı arxasında ayrı-ayrı vaxtlarda saatlarla ayaq üstə durmasının yorğunluğunu, üzgünlüyünü bir anın içərisində canından çıxartdı. Təəssüf ki, bu rahatlıq çox çəkmədi. Müavin Elnuru dinləyə-dinləyə dəstəyi qaldırıb kiminləsə danışmağa başladı:

Müəllimi göndərirəm. Onun problemlərini dinləyin.

Elnur ikinci müavinin qapısını birincidən yavaş döydü, çünki ikinci müavini tanımırdı. Səslərin ona dərəcədə təsir etməsindən xəbəri yox idi. Birdən möhkəm səs xoşuna gəlməz.

Buyurun.

Elnur içəri daxil oldu, bayırda görüşdüyü tanışınıqəzet işçisini gördü. Elnur oturmaq təklifi almadı. Bu vaxtın azlığına dəlalət edirdi ayaqüstü dərdini dedi. İkinci müavindənsonra gələrsəncavabını alıb otağı tərk etdi. Binanın həyətinə endi.

 

lll

 

Hava yavaş-yavaş qaralırdı. Hava qaraldıqca Elnura elə gəlirdi ki, onun işıqlı gələcəyi belə qaranlığa düşəcək. Birdən vaxtsa yazdığı bir şeirin axırıncı bəndi yadına düşdü:

 

Zülmət qaranlığın vardır səhəri,

Bu ümid gözümdə boğur qəhəri,

Deyir: “Elnur, yaşa, döz bir təhəri,

Sabaha açılan yoldu gecələr.”

 

Bu misralar Elnura elə bil qüvvət verdi, cəsarətsizlikdən cəsarətə gətirdi. Bayaqkı müxbirin getdiyini görüb polis nəfərinin yanından elə sürətlə keçdi ki, polis nəfəri ondan nəsə soruşmağa macal tapmadı. Elnurun ardınca ikinci mərtəbəyə yüyürdü. Artıq o, yuxarı çatanda Elnur ikinci müavinin otağına daxil olmuşdu. Bu dəfə otur komandasını almışdı, bu rahatlıq o birisinə nisbətən çox çəkmişdi.

Elnur vaxtın boşluğundan istifadə edə bilmişdi. Bədii təsvirlərlə həqiqətin acılığını şirinləşdirə bilmişdi. Deyəsən müavinin xoşuna gəlmişdi. Elnurun danışığı, eyni zamanda, müavinin dinləmə qabiliyyəti Elnuru daha da ruhlandırmışdı.

Elnur susmaq bilmirdi. İllərdən bəri bu otaqlarda belə bir dinləyici axtarırdı. Bu gün onu tapmışdı, əlindən buraxmaq istəmirdi. Qorxurdu ki, əlindən buraxsa yox olar, bir görünməz. Necə olub bu gəlib çıxıb bura? Bəlkə bu düşünülmüş addımdır, az səlahiyyət sahibi olan bu insanı ona görə bura gətiriblər ki, ədalətsizlikdən təngə gəlib əsəbiləşən insanlara psixi təsir göstərib onları sakitləşdirə bilsin. Hər kimdirsə insanlıq təcəssümüdür, Elnurun arzularına xoş gəlibdir.

Elnurun üzünə düşən ay işığı onu qəbul təəssüratlarından ayırdı. Ulduzlar arasında görünən ay qədirbilməz insanlarına işıq saçırdı. Saçılan işıqda Elnurun da payı var idi. Budur, Elnurun zülmət yolu işıqlandı. Elnur mərkəzdən dörd km aralı olan yaşayış məskəninə getdi. Birdən başında belə bir fikir yarandı: “Yaxşı ki, güclü insanlar ay işığını zəif insanlardan ala bilmirlər”.

 

 

Balay Əyyub

 

525-ci qəzet.- 2010.- 12 noyabr.- S.7.