Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində yapon sərgisi

 

Bu sərginin ekspozissiyasının bir müəllifi vardıyapon xalqı. Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin tələbə müəllim heyyəti bu qədim xalqın bədii sənət nümunələrinin az bir qismindən təşkil olunmuş sərgiyə hədsiz maraqla tamaşa edir, heyranlıqlarını bildirirdilər. Sərgini giriş sözüylə açan universitetin rektoru, professor Timuçin Əfəndiyev bildirdi ki, seyr etdiyimiz bu ekspozissiya bizim üçün bir ona görə maraqlıdır ki, ADMİU-nun Yaponiyanın təhsil ocaqlarıyla sıcaq əlaqələri vardır hətta bir yapon gənci bizim tələbəmiz olub. Həmin gənc qısa müddət ərzində Azərbaycan türkcəsini gözəl mənimsəmişdi. Artıq 2-ci kursda oxuyarkən o, milli alətmiz olan sazda əla çala bilirdi. Son kursda olarkən hətta aşıq mahnılarımızı da ifa edirdi. Əvvəla sərgi öz tərtibatı ilə diqqəti cəlb edirdi. Bu işin ustası olan dizaynerlər nümunələri elə düzmüşdülər ki, tamaşaçı ardıcıllıqla bu miniatür əl işlərini seyr elədikcə yaponların məişətində istifadə olunan bütün atributlarla tanış olurdular. Burada al-əlvan kişi qadın geyimləri, kuklalar, maskalar, samuray, qeyşa fiqurları, xalqın mifoloji duyğularını əks etdirən bəzək əşyaları, tikmələr, çərpələnglər, müxtəlif quş həşəratların kağızdan düzəldilmiş maketləri, yemək dəstləri s. tamaşaçılarda hədsiz maraq doğururdu. Sərginin açılışında Yaponiyanın Azərbaycanda fəaliyyət göstərən səfirliyinin əməkdaşları şəxsən səfir, Şusuke Vatanabe iştirak edirdi. Çıxış edərkən cənab səfirin söylədikləri hamının ürəyindən xəbər verdi. O deyirdi ki, bizi ən çox cəlb edən Azərbaycan xalqının qonaqpərvərliyi, qədim el sənətlərini bu gün yaşatmasıdır biz ADMİU-nun timsalında bunun bir daha şahidi olduq. Odur ki, bu sayaq sərgiləri istər Azərbaycanda istərsə Yaponiyada tez-tez təşkil edəcəyik. Tələbələrin, ən çox da rəssamlıq fakültəsində təhsil alan gənclərin ovqatından hiss olunurdu ki, onlar bu sərgidən aldıqları xoş təəssüratı uzun zaman özlərində yaşadacaqlar. Bəli, bu sərginin bir müəllifi vardıyapon xalqı onun təşkilatçıları sanki demək istəyirdilər: Bu bizik.

 

 

İntiqam MEHDİZADƏ

 

525-ci qəzet.- 2010.- 13 noyabr.- S.7.