“Azərbaycan uşaq
təsviri sənəti” işıq üzü
görüb
KİTABIN TƏQDİMATI ÇƏRÇİVƏSİNDƏ
12 YAŞLI RƏSSAM CAVİDAN ƏHMƏDOVUN FƏRDİ SƏRGİSİ
AÇILIB
Azərbaycanda nəşriyyat fəaliyyəti
ilə məşqul olan yeganə qaleriya-“Abşeron” Rəsm Qaleriyası yeni mövsümə müxtəlif kitab layihələrinin həyata
keçirilməsi ilə
başlayıb. Yaxın günlərdə qaleriyanın 3 dildə nəşr etdirdiyi “Azərbaycan uşaq təsviri sənəti” kitabı işıq üzü görüb.
Kitabda 94 nəfər yeniyetmə və uşaq rəssamın yaradıcılığı təhlil
olunaraq, istedadlı uşaqlarla bağlı iş metodları, xarici ölkələrin təcrübəsi nümunə
göstərilib. Kitabda
yer alan
yeniyetmə rəssamlardan
12 yaşlı Cavidan Əhmədovun da fərdi sərgisi açılıb. Fərdi sərgidə
yeniyetmə rəssamın
müxtəlif texnikalarla
işlənmiş 53 rəsm
və tablosu nümayiş etdirilir.
“Abşeron” qalereyasındakı
sərgi Cavidanın
ilk fərdi sərgisidir.
Lakin yeniyetmə rəssam respublikada, habelə xarici ölkələrdə
keçirilən müsabiqə-sərgilərin
daimi iştirakçısıdır.
Hazırda C.Əhmədov təcrübəli
pedaqoq Dilarə Atakişiyevanın rəsm
studiyasında təsviri
sənətin sirlərini
öyrənir. Cavidan
Əhmədov təsviri
sənətin müxtəlif
janrlarında (natürmort,
portret,mənzərə)
uğurla çalışır
və maraqlı kimpozisiyalar yaratmağa müvəffəq olur. Mənzərə janrında
çəkdiyi işlərdən
“Qızıl qübbələr”,
“İçəri şəhər,
Məhəmməd məscidi”,
“Kənd mənzərəsi,
“Payız” kompozisiyası
olduqca baxımlıdır.
Yeniyetmə rəssamın ən
sevimli janrı isə, natürmortdur.
Cavidanın “Dolçada
çiçəklər”, “Fırçalarla natürmort”,
“Sirkə şüşəsi
ilə natürmort”, “Solğun çiçəklər”,
“Armudlarla natürmort”,
“Mətbəxdə natürmort”
rəsmləri tamaşaçıların
diqqətini cəlb edən əsas əsərlərdəndir. Ekspozisiyada çoxfiqurlu
kompozisiyalara da geniş yer ayrılıb. “Eramızdan
milyon il əvvəl”, “İtlə
gəzinti”, “Xeyirxah cin”, “Günəş altında ilan”, “Çətirlə gəzinti”
və başqa rəsmləri bu qəbildən olan əsərlərdir. Cavidan Əhmədovun
yaradıcılığında diqqəti onun inadı, rəsmlə fasiləsiz məşğul
olması, stabil inkişafı cəlb edir. “Abşeron”
qaleriyasındakı ekspozisiyada
yeniyetmə rəssamın
müxtəlif illərdə
yaratdığı kompozisiyalar
nümayiş etdirilir.
Yaradıcının ilk dövründən tutmuş ta son aylara qədər çəkdiyi əsərlərin
müqayisəsi Cavidanın
son dövrlərdə yaradılmış
rəsmlərinin daha da uğurlu olduğunu göstərir.
C.Əhmədovun “Azərbaycan
uşaq təsviri sənəti” kitabına daxil edilmiş 2 rəsmi – “İtlə gəzinti” və “Armudlarla natürmort” kompozisiyaları da sənətsevərlərə təqdim
olunub.
GÜNEL
525-ci qəzet.- 2010.-14 noyabr.- S.17.