Unudulmaz sənətkar” Lətif Kərimova həsr olunub

 

Ötən gün Lətif Kərimov adına Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində görkəmli xalça ustası Lətif Kərimova həsr edilənUnudulmaz sənətkaradlı sərgi-tədbir gerçəkləşib. Mərasimi giriş sözü ilə açan muzeyin şöbə müdiri Aygün Abbasova Lətif Kərimovun həyat və yaradıcılığından danışaraq, onun Azərbaycan xalçaçılıq sənətinin inkişafı, dünyaya çatdırılmasındakı əvəzsiz xidmətlərini diqqətə çatdırıb. Tədbirdə müəllifin 15 eskizi, həmçinin 12-16 fevral tarixlərində Parisdə UNESCO-nun iqamətgahında alimin 100 illik yubileyinə həsr olunan “Azərbaycan xalçası” və “Azərbaycan xalça sənəti” mövzusunda IV Beynəlxalq Simpozium üçün hazırlanaraq çap olunmuş iki cildlik “Lətif Kərimov fenomeni” adlı kitabın nümayişi reallaşıb. Sonra Lətif Kərimova həsr olunmuşÖmrün naxışları” filmi tədbir iştirakçılarına təqdim edilib. Filmin nümayişindən sonra alimin ailə üzvləri ilə yanaşı, xalq rəssamı Eldar Mikayılzadə, xalçaçı-rəssam Məmmədhüseyn Hüseynov və digərləri xatirələrini bölüşərək, sənətkarın yüksək insani və yaradıcılıq keyfiyyətlərini önə çəkiblər.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 19 noyabr.- S.7.