“Oliver Tvistin macəraları”nın premyerası təqdim olunub

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında dahi ingilis yazıçısı Çarlz Dikkensin “Oliver Tvistin macəralarıtamaşasının premyerası sənətsevərlərin ixtiyarına verilib. Müəllifin eyniadlı əsəri əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru xalq artisti Vaqif Əsədov, rejissoru Sərvər Əliyev, quruluşçu rəssamları Fuad Kafarov Elnur Babayev, bəstəkarı əməkdar incəsənət xadimi Aydın Əzimov, rejissor assistenti Elnur Kərimovdur. Səhnə əsərində rəsqlərə Nicat Kazımov quruluş verib. Səhnə əsərinin rejissoru Sərvər Əliyev tamaşa haqqında məlumat verərkən deyib: “Dünya ədəbiyyatının korifeylərindən olan Çarlz Dikkensin “Oliver Tvistin macəralarıromanında Londonun cinayət aləmi, yeniyetmə, köməksiz kimsəsiz uşaqların həyatının bir çox sahələri təsvir olunub. Əsərin süjet xətti baş qəhrəman Oliverin taleyi üzərində qurulub. Azərbaycan səhnəsində ilk dəfə müraciət olunan bu əsərdə Londonun o dövrə məxsus ab-havasını olduğu kimi tamaşaçıya çatdırmağa çalışılıb. Müasir dövrdə Oliver kimi uşaqlara heç az rast gəlinmir. Tamaşanı səhnələşdirməkdə məqsədimiz hazırkı dövrdə küçələrdə dilənən uşaqları bu yoldan çəkindirmək, cəmiyyətin bu uşaqlara olan biganə mənfi münasibətini dəyişməkdir”. Tamaşada rolları əməkdar artistlər Qəmər Məmmədova, Leyli Vəliyeva, Nübar Novruzova, İlqar Cahangirov, Ayşad Məmmədov, Nofəl Vəliyev, Elşən Şirəliyev, Məhərrəm Musayev, Qurban İsmayılov digər sənətçilər ifa edirlər. Baş rolun (Oliver) ikinci dərəcəli obrazlardan birinin ifaçısı olan gənclər bu tamaşa ilə böyük səhnədə debüt ediblər. Tanınmış teatr mütəxəssislərinin tamaşaçıların rəyinə əsasən, maraqlı rejissor yozumu, səhnə işıq tərtibatı, habelə istedadlı aktyor oyununa görə “Oliver Tvistin macəralarıDövlət Gənc Tamaşaçılar Teatrının növbəti uğurlu işi sayıla bilər.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 19 noyabr.- S.7.