Azərbaycan xalçası YUNESKO-nun Qeyri-Maddi Mədəni
İrs Siyahısında
Mədəniyyət vəTurizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Keniyada keçirilən YUNESKO toplantısında Azərbaycan xalçasının sözügedən mötəbər siyahıya daxil edilməsi məsələsi də müzakirə edilib. Müzakirələr Azərbaycan xalçasının bu siyahıya daxil edilməsi ilə nəticələnib. Toplantıda Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyilə nümayəndə heyətimiz iştirak edib. Qeyd edək ki, Azərbaycan xalçasının YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi üçün uzun müddət iş aparılıb. Ötən illərdə Azərbaycan muğam sənəti, aşıq sənəti və Novruz bayramı da həmin siyahıya daxil edilməyə layiq görülüb.
HÜSNİYYƏ
525-ci qəzet.-
2010.- 19 noyabr.- S.7.