Ata-baba peşəsi

 

(hekayə)

 

Bir saatdan artıq bir vaxt idi ki, zibilliyin içində balacaboy, sarı saqqallı bir kişi eşələnirdi. Köhnə uşaq arabasının içində üç-dörd boş butulka, bir-iki dəmir qırığı var idi. Qurşağa kimi böyük zibil yeşiyinin içinə girib qızıl axtarırmış kimi əlləri ilə zibilləri qarışdırırdı. Birdən arxadan yumşaq yerinə dəyən güclü bir təpik onu bütünlüklə zibil yeşiyinin içinə saldı. Bir anlıq olduğunu anlamadı. Başını yeşiyin içindən çıxardıb qışqırdı:

Əclaf, neynirsən?

Yaxşı eləyirəm. Sənə min dəfə demişəm ki, bura mənim sahəmdi. Get başqa yerdə eşələn. Elə bil bu zonada bircə zibillik buradıdeyə uzun, arıq kişi dilləndi. Onun üzündən zəhrimar yağırdı. Evinə oğru girmiş adam kimi hirslənmişdi. O biri kişi zibilliyin içindən çıxıb üzünü bozartdı:

Atanın həyətindən zibillik gətirmisən? Ürəyim harda istəyir, orda da eşələnəcəmdeyib üstünə yapışmış xiyar qabıqlarını təmizlədi. Arıq kişi balacaboyun sınıq-salxaq arabasına möhkəm bir təpik ilişdirdi. Arabada vardısa, hamısı yerlə bir oldu. Balacaboy kövrək titrək səslə dilləndi:

Səndə günah yoxdu. Mənim taleyim belədi. Təpiklənə-təpiklənə bu mərtəbəyə yenmişəm...

Sonra da arabanı dikəldib: – Amma yaxşı eləmədin, bunları burdan yığmamışdım. Hamısını sındırdındeyərək oturdu daşın üstündə. Uzun kişi acgözlüklə zibilliyi eşirdi. Arada bir çönüb:

Amma mənim alnıma elə zibillikdə eşələnmək yazılıb. Atam rəhmətlik həmişə zibillik eşib. Ona da atasından qalıb bu peşə.

Yaxşı övladsan, ata-baba peşənizi əla qoruyursan. Amma mən heç öyrəşə bilmirəm bu üfunətin içində nəsə axtarmağa. Uzun kişi şaqqanaq çəkib güldü:

Onda itin azıb burda?...

Heç özüm bilmirəm. Bilirsən, sən məndən yaxşı eşirsən zibilliyi. Səhər tezdən üç zibillikdən yığdıqlarım bunlar idi, onu da sən vurub dağıtdın. Amma on dəqiqəyə doldurmusan arabanın içini.

Uzun kişi başını yeşiyin içindən çıxarıb lovğa-lovğa:

Hamı öz işində peşəkar olmalıdıdeyib, gəlib oturdu balacaboyun yanında. Gözlənilmədən sual verdi:

Sənin arvadın var?

Yox.

Ölüb?

Məni atıb dostumla qaçıb. Bəs sən evlisən?

Dəlisən? Arvadı olana oxşayıram?- deyib barmağını gicgahına aparıb, fırlatdı.

Heç evlənməmisən?

Əvvəldən bu gündə olmuşuq. Atam zibil eşdiyinə görə heç kim qız vermədi mənə.

Yerini rahatlayıb əllərini üstünə sildi, burnunu çəkdi. Birdən üzünə bir təbəssüm qondu:

Bir dəfə bir qızı sevirdim. İndi belə olduğuma baxma. O vaxt yaraşıqlıydım. Zibil-zad da eşmirdim. İy gəlmirdi məndən. Qızın da mənə bir az könlü vardı. JEK- buxalter işdiyirdideyib susdu. Balacaboy kişi maraqla söhbətin arxasını gözləyirdi.

Bəs sonra oldu?

Qız başqasına ərə getdi

Bəs deyirdin sənə könlü vardı?

– O, könlünü mağazaya vermişdi. Qıza yalandan demişdim ki, bu yaxınlıqdakı mağazanın sahibiyəm mən. Biləndə ki, zibilçinin oğluyam, üzümə tüpürmüşdü. Ağzım fal imiş elə bil, o dediyim mağazanın sahibinin oğluna ərə getdideyib şaqqanaq çəkib güldü.

Balacaboy kişi dərindən ah çəkib:

Burda gülməli var. Yəqin çox sevmişdin onu ki, itirməmək üçün yalan danışmışdındedi.

Uzun kişi yenə güldü. Balacaboyun çiyninə bir şapalaq da vurdu.

Sevmək nədi? O qızın qəşəng dodaqları var idi. Onları öpmək üçün yalan danışmışdım. Amma yenə alınmadı. Bayaqdan elə mən danışıram. Sən danış ...

Balacaboy kişi başını aşağı salıb gözlərini qıydı. Arvadı gəldi durdu gözünün qabağında. Onu təmiz məhəbbətlə sevmişdi. Amma indi ondan bu zibillikdən çox iyrənirdi. Onu bu zibillikdə eşələnməyə möhtac buraxdığı üçün lənətlər yağdırırdı. Hər şeyini götürüb bir gecədə ən yaxın dostu ilə qaçmışdı. Evi öz adına keçirdiyi üçün qapını bağlayıb onu çöllərə salmışdı. Başa düşə bilmirdi ki, onu niyə dostuna dəyişmişdi. Halbuki yaxşı işi-gücü vardı. Beş kişinin biriydi. Arvadı gedəndən sonra içkiyə qurşandı. Əlində olanları içkiyə verib qaldı zibilliklərin umuduna. Hardan hara gəlib düşdüyünə özü məəttəl qalmışdı.

Uzun kişi onu dümsüklədi:

Kolleqa, haralara getdin? Söz soruşdum, axı...

Balacaboy yuxudan ayılmış kimi:

Əşşi, nəysə, keçib bunlardandeyib ayağa qalxdı.

Uzun da yerindən qalxıb, arabasına tərəf getdi. Arabanın içindən beş butulka götürüb qoydu balacaboy kişinin arabasına.

Bunlar qırdıqlarımın əvəzi. Sən yaxşı kolleqaya oxşayırsandeyib yerindən tərpənəndə arabanın içindən qara bir çamadan sürüşüb yerə düşdü.

Balacaboy:

– Bu qaldıdeyib çamadanı uzun kişiyə uzatdı. O da bir çamadana baxdı, balacaboya, sonra da gülümsəyib:

Götür, bu da təpiyin əvəzi. Onsuz da ona pul verən tapılmayacaq. Bəlkə sənə lazım olardeyib getdi.

Uzun gedəndən sonra balacaboy ağzıbağlı çamadanı açmağa çalışdı. qədər əlləşdi, aça bilmədi. Axırda hirslənib çamadanı zərblə yerə çırpdı. Bir an dayanıb mat-məəttəl baxandan sonra birdən çamadanı qaldırıb ağzını örtdü, bərk-bərk sinəsinə sıxıb, sağa-sola boylandı. Gözləri az qala hədəqəsindən çıxacaqdı. Bir azca toxtayandan sonra arabasını sürüb uzaqlaşmaqda olankolleqa”nın ardınca boylanaraq pıçıldadı:

–Ay bədbəxt, elə doğrudan da sənin alnına ömür boyu zibil eşələmək yazılıbmış...

 

 

Günel CABİR

 

525-ci qəzet.- 2010.- 20 noyabr.- S.25.