Erməni absurd teatrının yeni tamaşası: baş rolda Serj Sarkisyan

 

Əsrlər boyu, son iki yüzillikdə isə daha azğın formada məkrli erməni millətçiləri Azərbaycan xalqına, onun torpaqlarına, maddiqeyri-maddi mədəni irsinə qarşı ekspansionist, təcavüzkar və terrorçu siyasət aparırlar.

Təsadüfi deyil ki, onların çirkin əməlləri daim siyasi-ideoloji dezinformasiya ilə müşayiət olunur. Həmin sahədə dünyada çoxdan birincilik qazanmış erməni şovinistləri beynəlxalq ictimaiyyəti hələ də aldatmaqda davam edərək, Azərbaycan ərazilərinin istilasına bəraət qazandırmaq məqsədilə yeni-yeni oyunuydurmalara əl atırlar. Bu dəfə köhnə avazlarını “innovasion”, “modernaranjemanda erməni absurd teatrının səhnəsində təqdim edən Ermənistan prezidenti Serj Sarkisyan oldu. 2010-cu il oktyabrın 16-da Gorus şəhərində erməni diasporunun jurnalist təmsilçiləri qarşısında həmin teatrın yeni tamaşasında monoloq söyləyən Sarkisyan tarixi-coğrafi iftiralar, öz etnosunun qondarma tarixini, o cümlədən erməni dili və erməni millətinin azı səkkiz min il mövcudluğu barədə nağılları guya tərkibində bir nəfər də erməni olmayan genetiklinqvist alimlərin hansısa böyük bir qrupu tərəfindən aparılan tədqiqatların nəticələriylə “elmi baxımdan əsaslandırmağa” çalışmışdır. 1992-ci ilin fevralında Xocalı soyqırımı, Dağlıq Qarabağona bitişik ərazilərin azərbaycanlı əhalisinə qarşı etnik təmizləmələrin əsas təşkilatçıları və iştirakçılarından biri olmuş Serj Sarkisyan bu görüşdə bir sıra cəfəng bəyanatlarla çıxış edərək, “Azərbaycanlıların Dağlıq Qarabağda və ümumiyyətlə Cənubi Qafqazda gəlmə xalq olduğu, “türk-müsəlman” köçəri tayfalarının yalnız XVIII əsrin ikinci yarısında buraya köçdüyü, Azərbaycanın və bir millət kimi azərbaycanlıların yaranmasından bir əsrdən az vaxtın keçdiyi, onların sayının ötən əsrin əvvəllərində əhalinin ancaq 5 faizini təşkil etdiyi, ermənilərin isə Qarabağda avtoxton sakin olduğu, burada əhalinin minilliklərlə yalnız yekcins, yerli ermənilər hesabına formalaşdığı” və s. bu kimi sərsəm fikirlər söyləmişdir.

Gorusda səslənən çoxsaylı absurd bəyanatlar əlbəttə cavabsız qala bilməzdi. Bu yönümdə ilk cəsarətli addımı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev atmışdır. “Gorus-2010: absurd teatrı mövsümü” adlı geniş və tutarlı məqaləsində etibarlı arxiv materiallarına, sanballı elmi əsərlərə, o cümlədən erməni alimlərinin yazılarına əsaslanan müəllif çox ciddi, düşünülmüş arqumentlərlə Serj Sarkisyanın yalan, böhtan və təhriflərini üzə çıxarır. Bu problemə müxtəlif həm klassik, həm də ən yeni elmi ədəbiyyatlarla, erməni mənbələri daxil olmaqla zəngin KİV materiallarıyla gözəl tanış olan, onları dərindən təhlil edən hörmətli alim bu məqalədə yazır: “Ermənistanı tarixin saxtalaşdırılması məsələləri üzrə dəyişməz dünya çempionu adlandırmaq olar. Bu baxımdan onun tayı-bərabəri yoxdur. Öz tarixlərini “qədimləşdirməyə” və hər vasitə ilə öz xalqını qonşuların ermənilərin xoşuna gələn ərazilərinə “bağlamağa” çalışan erməni müəllifləri bəzən özləri də bilmədən gülünc nəticələr çıxarır, siyasi liderlər də dərhal bu nəticələrdən yapışır və yüksək tribunalardan çıxış edərkən utanıb-qızarmadan həmin nəticələri elmdə hamılıqla qəbul edilmişaksiomlarkimi qələmə verirlər”.

Azərbaycanın tanınmış dövlət və elm xadimi araşdırdığı bütün elmi, siyasi-ideoloji məsələlərdə olduğu kimi, bu dəfə də dərin zəka, zəngin bilik, geniş erudisiya, yüksək analitik təfəkkür və mükəmməl məntiqi yanaşma nümayiş etdirərək məsələylə bağlı onu narahat edən bir sıra taleyüklü problemə tam aydınlıq gətirir. Həm əsl ziyalı, vətənpərvər insan, həm də görkəmli alim-filosof, tarixçipolitoloq, akademik Ramiz Mehdiyev bədnam qonşularımız tərəfindən bizim doğma torpaqlarımızın, təbii sərvət və mədəni irsimizin işğal edilməsi və özününkiləşdirilməsinə yönəlmiş təcavüzkar siyasətin iyrənc mahiyyətini tam çılpaqlığıyla göstərməyə müvəffəq olmuşdur.

İdeoloji cəbhənin aparıcı siması kimi akademik R.Mehdiyev tutarlı dəlillərlə erməni absurd teatrının yeni tamaşasına operativ surətdə sərt reaksiya verərək, keçmiş səhra komandiri S.Sarkisyanonun indiki komandasının əvvəlcədən hazırladıqları təbliğat şüarlarını “təsdiqləyən” mif və uydurmaları inandırıcı sübutlarla təkzib edir. Hörmətli akademik erməni tərəfin arqumentlər bazasının zəif olmasını vurğulayır, səbəbini isə, haqlı olaraq onuntarixi baxımdan uydurmalara, saxtalaşdırmalara və qeyri-elmi mühakimələrə, hüquqi baxımdan-beynəlxalq hüquq müddəalarının özbaşına interpretasiyasının əsaslandırılmasında” görür.

Məqalədə Qafqaz Albaniyasının bir vilayəti olmuş Arsaxın (sonralar Dağlıq Qarabağın) qədim zamanlardan müasir dövrə qədər tarixi izlənilir, Arsax toponiminin dil mənsubiyyəti açıqlanır. Məsələyə tam aydınlıq gətirmək üçün Ermənistanın və ermənilərin tarixi də işıqlandırılır. Bununla əlaqədar müəllif, həqiqəti izah edərək bir daha vurğulayır ki, “ermənilər (haylar) XV əsrin ortalarınadək Cənubi Qafqazda, demək olar ki, yaşamırdılar. 1441-ci ildə Qaraqoyunlular türk – Azərbaycan dövlətinin hökmdarı Cahan şah erməni katolikosluğunun mərkəzini Kilikiyanın Sis şəhərindən əhalisi tamamilə türklər olan İrəvan yaxınlığındakı qədimdə alban monastırı olmuş Üçkilsə monastırına ( yaxud Üç Müədzinə) köçürmüşdür. Sonralar ermənilər Üç Müədzin adını dəyişərək “Eçmiədzin” kimi ifadə etmişlər... Matenadaranda saxlanılan orta əsr sənədlərində məbədin adı məhz “Üçkilsə” kimi xatırlanır. Erməni katolikosluğunun Üçkilsəyə köçürülməsi ilə erməni missionerləri buraya üz tuturlar”. Məhz Eçmiədzin erməni dövlətinin yoxluğu şəraitində siyasi və dövlətçilik funksiyalarını öz üzərinə götürmüşdü. Lakin, müəllifin düzgün qənaətinə görə monastırın ermənilərin dini mərkəzinə çevrilməsinə baxmayaraq XIX əsrin birinci yarısına kimi, daha doğrusu bu torpaqların Rusiyaya birləşdirilməsinədək Cənubi Qafqazda Üçkilsənin hüdudlarından kənarda çox cüzi erməni yaşayırdı.

Akademik Rusiyanın statistik məlumatlarına, bir sıra nüfuzlu rus alimlərinin araşdırmalarına istinad edərək bir daha xatırladır ki, Türkmənçay müqaviləsi (1828) bağlanana qədər Qarabağ xanlığında ermənilər olduqca az idi. Onların məhz həmin müqavilə bağlanandan sonra İrandan, Osmanlı imperiyasının Şərq vilayətlərindən İrəvan, Naxçıvan və Qarabağa kütləvi köçürmələri başlandı. Məqalədə həmin faktı təsdiqləyən rus rəssamı V.İ.Maşkovun 1828-ci ildə çəkilmiş və ermənilərin İrandan Araz çayının şimal sahilinə kütləvi köçürülməsi mövzusunu ustalıqla əks edən tablosu, həmçinin 1978-ci ildə Ağdərə rayonunun Marquşevan kəndində ermənilərin Qarabağa köçmələrinin 150 illiyi ilə əlaqədar açılmış abidəsi barədə də məlumat verilir. Məsələylə bağlı xüsusi vurğulanır ki, “hələ 1805-ci ildə Qarabağın Rusiyanın tərkibinə daxil olması haqqında müqavilə (Kürəkçay müqaviləsi) hansısa bir erməni knyazı tərəfindən imzalanmamış, türk (Azərbaycan) xanı İbrahimxəlil və Rusiya imperatorunun nümayəndəsi general Sisianov arasında bağlanmışdır”.

Daha sonra müəllif məqalədə xalqımızın tarixində qara səhifələr kimi yaddaşımızda həkk olunan hadisələrdən, o cümlədən 1828-ci il martın 21-də Azərbaycan türklərinin qeyd etdiyi Novruz bayramı günündə imperator I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqlarının ləğv edilməsi, bu ərazilərdə İrandan və Türkiyədən köçürülmüş ermənilər üçün qondarma “Erməni vilayətinin” yaradılması; 1918-ci il mayın 29-da yenicə elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin böyük dövlətlərin təzyiqi altında qədim Azərbaycan şəhəri İrəvanı və ona bitişik təxminən 9,5 min kvadratkilometr ərazini ermənilərə güzəştə getməyə məcbur olunması, 1923-cü il iyulun 7-də süni qurum olan və sərhədləri artıq o zaman erməni əhalisinin cüzi üstünlük təşkil etdiyi yığcam yerləşmiş Azərbaycan kəndlərinin birləşdirilməsi yolu ilə müəyyənləşdirilən Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması və ərazisinin 1933-cü ilə kimi 4160,5 kvadratkilometrdən 4431,7 kvadratkilometrə qədər genişlənməsi, 1920-ci ilin dekabrında tarixən Azərbaycan torpaqları olmuş Zəngəzurun əsas hissəsinin, 1929-cu il fevralın 18-də isə İranla sərhədə çıxan sonuncu parçasının Ermənistana verilməsi; Zaqafqaziya MİK-in 1919-cu il 18 fevral tarixli qərarı ilə aran Qarabağın əraziləri – Azərbaycan SSR Cəbrayıl qəzasının Nüvədi, EynadzorTuqut kəndləri, həmçinin Ordubad qəzasının Kərkivan və Kilid kəndləri torpaqlarının bir hissəsinin Ermənistana verilərək əhalisi azərbaycanlılar olan yeni “erməni” torpaqlarında süni yolla bu vaxtadək mövcud olmayan Ermənistan SSR-nin Meqri qəzasının yaradılması; beləcə də Naxçıvanın Azərbaycanın böyük hissəsindən ayrılması və türk dünyasının içində süni coğrafi sədd (paz) yaradılmasının başa çatdırılması; elə həmin qərarla Naxçıvanın digər kəndləri: Qurdqulaq, Horadiz, Xaçik, Ağbin, Ağxaç, Almalı, Dağalmalı, İtqıran və Sultanbəyin Ermənistana verilməsi, beləliklə də 1933-cü il üçün Naxçıvan Muxtariyyəti ərazisinin Qars müqaviləsi ilə müəyyən olunmuş əvvəlki 5988 kvadratkilometrdən 5329,6 kvadratkilometrədək azalması barədə ürək ağrısıyla danışır.

Müəllif torpaq itkilərimizlə yanaşı Azərbaycanda, ilk növbədə Dağlıq Qarabağda erməni vandalları tərəfindən mədəni irsimizin məhv edilməsi, yaxud erməniləşdirilməsi məsələsinə də böyük diqqət yetirir. Bununla bağlı o, qeyd edir: “Separatçılar tarixi-memarlıq qoruğu, orta əsrlərə aid Azərbaycan şəhəri Şuşanı dağıtmışlar. Burada məscidlər, XVIII-XIX əsrlərə aid evlər, mülki və müdafiə tikililəri dağıdılmışdır. İşğal zonasında mülki memarlığın nadir nümunələri – Araz çayı üzərində Xudafərin keçidində on biron beş tağlı körpülər qalmışdır. Çoxsaylı məscidlər, o cümlədən görkəmli Azərbaycan memarı Kərbalayı Səfixan Qarabağinin tikdiyi məscidlər, körpülər, hamamlar, xatirə tikililəri, XII-XIII əsrlərə aid Məlik Acar, Dorbatlı, XIII əsrə aid Şeyx Baba, XVII əsrə aid Pənah xan məqbərələri və başqaları, həmçinin azərbaycanlıların qəbiristanlıqları dağıdılmışdır”. Məqalədə bildirilir ki, islam abidələrinə qarşı terror siyasəti yeridilirsə, Azərbaycan mədəni irsinin Qafqaz Albaniyasına aid xristian abidələri ya dağıdılır, ya da “bərpa” edilir, bu zaman onlardan alban mədəniyyətinin izləri silinərək erməniləşdirilir.

Beləliklə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərimizin 20 faizinin hələ də işğal altında olması ölkəyə iqtisadi, sosial, siyasi, mənəvi zərərlər vurmaqla yanaşı, həm də tariximizin bu torpaqlarda qalan izlərinin silinməsi və ermənilərin öz saxta tarixlərinin yaradılması cəhdləri ilə üzləşdirib. Qarabağda separatçı rejimin yalnız özünəməxsus məkrli fəaliyyəti nəticəsində biz azərbaycanlılar üçün mühüm əhəmiyyət kəsb edən, milli ruhu özündə əks etdirən minlərlə daşınan və daşınmaz abidələrimizi itirmişik. Məsələn, qədim Quruçay mədəniyyətinə aid Azıx mağarası, XIII əsrdə inşa edilən və xristian alban mədəniyyətinin parlaq nümunəsi olan Xəzinədağ (Qandzasar) məbədi, Kəlbəcərdə Zəli və Zalxa göllərinin yaxınlığındakı yüzlərlə qədim qayaüstü rəsm və yazılar, Laçında Həmzə SultanSoltan Əhməd sarayları, Xocalı, Ağdam, Füzuli, Cəbrayıldakı kurqanlar, milli tarix və mədəniyyətimizin ən qədim dövrlərini əks etdirən Zəngilanın Səma altındakı daş heykəllər muzeyi bu qəbildəndir.

Hörmətli akademikin məqaləsini oxuduqca yadıma düşən digər itirilmiş tarix və mədəniyyət abidələrimiz də göz önünə gəlir: Ağdam rayonunun ərazisində Çıraqtəpə (Ağdam şəhəri, qədim tunc dövrü), Ağdam-Ağcabədi şossesinin 1,5 kilometrində yerləşən Vəlixantəpə yaşayış yeri (eneolit dövrü) Ağdam-Xankəndi yolunun sağ tərəfində yerləşən Qarahacı yaşayış yeri (ilk tunc dövrü), Üzərlik Təpə (Ağdam şəhəri), Qutlu Sarı Musa oğlu günbəzi (Xaçındərbənd kəndi, 1314-ci il), Qarabağ xanı Pənahəli xanın imarəti (Ağdam şəhəri, XVIII əsr), Maragiz kəndində yerləşən körpü (XII əsr); Füzuli rayonunun ərazisindəki Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Baba türbəsi (1273-cü il), hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (Veysəlli kəndi, XV əsr ), Hacıqiyasəddin məscidi (Qarğabazar kəndi, 1682-ci il), Hacı Ələkbər məscidi və “Məşədi Həbib” hamamı (Füzuli şəhəri, XIX əsr); Zəngilan rayonunun ərazisində Qədim yaşayış məskəni (e.ə.VI-IV əsrlər), orta əsrlərə aid Şəhri Şərəfan yaşayış məskəni, XIV əsrə aid Hacalı qülləsi, 1304-1305-ci illərə aid Səkkizguşəli türbə (Məmmədbəyli kəndi), Qız qalası (Əmirxanlı kəndi, XII əsr), Qədim hamam kompleksi (Şərəfan kəndi), Sükrataz qalası-VI əsr (Bartaz kəndi), Top körpüsü –XII əsr (Top kəndi); Qubadlı rayonunun ərazisində V əsrə aid Qalalı, (Muradxanlı kəndi) və Göy Qala (Əliquluuşağı kəndi) abidələri, XIV əsrə aid Yazı Düzündəki Cavanşir türbəsi, XVIII əsrə aid Xocamsaxlı kəndindəki türbə; Şuşadakı İbrahimxəlil xan Cavanşirinonun qızı Qara Böyükxanımın qəsrləri, qala divarı; Cəbrayıl rayonundakı Tağlar mağarası, Laçın rayonunun ərazisindəki “Qaranlıq kaha” və “Bayqara” mağaraları, Hocaz kəndindəki mağara-məbəd, Zeyvə kəndindəki Sultanbaba türbəsi, Şeyx Əhməd türbəsi, Qaraqışlaq kəndindəki XI əsrə aid məscid, Quşçu kəndindəki XV əsrə aid Uşaq qalası, Mirik kəndindəki XV əsrə aid qala, Cicimli kəndindəki XVI əsrə aid Məlik Əjdər türbəsi... Əlbəttə Qarabağı məşhurlaşdıran arxeologiya, memarlıq və incəsənət abidələrinin hamısını sadalamaqla qurtarmaz.

Ümumiyyətlə, erməni tapdağı altında qalan müqəddəs torpaqlarımızda nəinki milli, hətta bəşər mədəniyyəti üçün misilsiz əhəmiyyət kəsb edən 100-dən artıq arxeoloji abidə, 500-dən artıq tarixi-memarlıq və xatirə abidələri, 22 muzeyin, o cümlədən şairə Xurşudbanu Natəvan, artilleriya generalı Səməd bəy Mehmandarov, dahi bəstəkar Üzeyir Hacıbəyli, böyük müğənni Bülbül, tanınmış musiqiçi-alim və rəssam Mir Möhsün Nəvvabın ev-muzeylərinin fondlarında saxlanılan on minlərlə eksponat, 4 rəsm qalereyasında nümayiş etdirilən çox dəyərli rəsm əsərləri və başqa mədəni sərvətlər ya məhv edilmiş, ya özününküləşdirilmiş, ya da Ermənistana daşınmışdır. Beləliklə, mədəni sərvətlərə hörmətsizlik erməni barbarlarının düşünülmüş strategiyası olan etnik təmizləmə və Azərbaycanın milli özünəməxsusluğunun bütün maddi təzahürünün məqsədyönlü şəkildə yox edilməsinin nəticəsidir.

Yuxarıda göstərilənlər bir daha sübuta yetirir ki, ermənilərin ekspansionist siyasətinin özəyini təşkil edən “Böyük Ermənistan” mifi həmişə intellektual oğurluqlarla əlaqələndirilərək həmin mifin gerçəkləşməsi naminə onların fikrincə bütün törətdikləri vəhşiliklərə bəraət qazandırır. Erməni riyakarlarının düşünülmüş planının məqsədi-oğurlanan və öz adlarına çıxarılan mədəniyyət sərvətlərinin “böyük erməni mədəniyyəti”nin nümunələri kimi qələmə verərək, onun Şərq və daha geniş miqyasda Dünya mədəniyyətinin inkişafına son dərəcə mühüm töhfələr bəxş etdiyinə öz xalqını və beynəlxalq ictimaiyyəti inandırmaqdır. Əsrlər boyu təkmilləşdirilən bu növ oğurluq, ilk növbədə Azərbaycanın maddiqeyri-maddi mədəni irsinin nümunələri hesabına, artıq çoxdan milli erməni ənənəsinə çevrilmişdir. Həmişə olduğu kimi, indi də (bunu bir daha Serj Sarkisyanın görüşdəki çıxışı təsdiqləyir) həmin ənənəyə sadiq qalan ermənilər onların UrartuQafqaz Albaniyası dövlətlərinin varisi olduqlarını bütün elmi mənbələrin ziddinə belə inadkarcasına təkrarlayırlar. Bu konseptual bünövrə çərçivəsində daim Alban mədəniyyətinin maddiqeyri-maddi abidələri ermənilərinki kimi bəyan edilir.

Lakin bu ənənə təkcə Alban mədəniyyətilə məhdudlaşmır. Yeri gəlmişkən, Azərbaycan mədəniyyətindən oğurluq yolu ilə ermənilər tərəfindən mənimsənilmiş bəzi nümunələri qeyd etmək istərdik. Məsələn, çoxsaylı Azərbaycan xalçaları, bayatıları, dastanları, xalq mahnıları, o cümlədən X.Abovyan tərəfindən “Əsli və Kərəm”, A.Mxitaryan tərəfindən “Leyli və Məcnun”, Sazai tərəfindən “Əmrah-Selbi”, Civani tərəfindən “Şah İsmayıl” dastanları ermənilərinki kimi təqdim edilir. G.Haqverdyan tərəfindən “Şahsənəm və Aşıq Qərib haqqında nağıl”ın, Q.Ağayan tərəfindən “Koroğlu” dastanının, Aram T.Qalanyan tərəfindən bir sıra, o cümlədən “Gəmiqaya” “İlandağ”, “Şuşa”, “Qara köpək”, “Qaravolçu”, “Şaxgəldi”, “Qanlı zəmi”, “Sultan Murad daşı”, “Səlimin karvansarası” və s. rəvayətlərin, Q.Balaseyants tərəfindən “Rüstəm və Salman”, Q.Ovsepyan tərəfindən “Rüstəm zal” əfsanələrinin erməniləşdirilməsi, hətta S. MaqalyanS.Sarabyan tərəfindən böyük Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının öz adlarına çıxarmaları bu qəbildən olan faktların yalnız kiçik bir hissəsidir.

Məhz oğurluğun hesabına erməni mədəniyyəti daim zənginləşdirilir, onun arealı genişləndirilir, erməni milləti isə “ən istedadlı və tamamilə unikalkimi qələmə verilir. Özününküləşdirmə və saxtalaşdırma ənənəsi yenə də davam etdirilməkdədir, çünki hələ də düşmən tərəf güman edir ki, bu onun xeyrinədir.

Erməni separatçıları tərəfindən işğal edilmiş torpaqlarda qalan abidələrimizin acı taleyi, onların dağıdılması, yaxud erməniləşdirilməsi yoluyla nəinki Dağlıq Qarabağı, hətta zəbt olunmuş digər Azərbaycan ərazilərini də “qədim erməni torpaqları” elan edilməsi, Ağdam şəhəri ətrafında qanunsuz arxeoloji qazıntılar apararaq hansısa “qədim erməni şəhəri” Tiqranakertin qalıqlarının tapılması, Ağdam şəhərinin adının dəyişdirilməsi barədə qərarın verilməsi, köhnə təbliğat siyasətini davam etdirərək absurd teatrının səhnəsində yeni tamaşaların qoyulması (son dəfə Ermənistan prezidenti Serj Sarkisyanın ifasında) adekvat cavabların verilməsini zəruri edir ki, həmin sübutlu cavabı da akademik Ramiz Mehdiyev verə bilmişdir. Məqalənin əsas ideyası ondan ibarətdir ki, uzun müddət ərzində erməni qəsbkarlarının ekspansionist siyasət və hiyləgərliklə ələ keçirdikləri Azərbaycan ərazilərini, orada mövcud olan abidələrimizin, maddiqeyri-maddi mədəni irsimizin bir hissəsinin xüsusi vəhşiliklə məhv edilməsi, bir hissəsinin isə həyasızlıqla erməniləşdirilməsi hesabına özlərinin əzəli torpaqları kimi bütün dünyaya tanıtdırması artıq mümkün deyil. Qondarma Dağlıq Qarabağ Respublikasını heç kim tanımayacaq. Bu haqda müəllif belə yazır: “Ermənistanda ümid edirlər ki, tarixi primitiv şəkildə saxtalaşdırıb beynəlxalq təşkilatlara Dağlıq Qarabağın guya qədim erməni torpağı olduğunusübut” etməklə onu özlərinə birləşdirməyə nail olacaqlar. S.Sarkisyantarixi saxtalaşdırmaq üzrə laboratoriyadan olan erməni “intellektualları” çoxdan bilməli idilər ki, tarixi proses irəliyə doğru gedir, geriyə yox... Müasir dünyada dövlət sərhədlərinin mifantik salnamələr əsasında müəyyən olunmadığını, hər hansı ərazidə monastırın mövcudluğuya milli azlıqların yaşaması ilə dəyişdirilmədiyini bilməyin vaxtı çoxdan çatmışdır. Əks halda, dünyanın siyasi xəritəsi bu gün başqa cür görünərdi (məsələn, Ermənistan yenidən müstəqilliyini itirib dirçələn Roma imperiyasının tərkibinə, ermənilərin özləri isə Frigiyaya qayıtmalı olardılar), BMT öz Nizamnaməsini hazırlamaq əvəzinə arxeoloji məlumat və manuskriptlərin toplanması və öyrənilməsi ilə məşğul olar, Təhlükəsizlik Şurası isə tarixçilər arasında debat yerinə çevrilərdi. Ermənistan rəhbərləri artıq başa düşməlidirlər ki, müasir dünyada ərazi məsələləri “kim əzəldən harada yaşamışdır və kim haraya köçmüşdürprinsipi üzrə tarixi kontekstdə deyil, beynəlxalq hüquq əsasında həll olunur. Odur ki, özlərini və cəmiyyətlərini bu əyalətçi təfəkkürdən xilas etməlidirlər. Tarixi təhrif etmək və abidələri dağıtmaq, hətta uğurlu olsa belə, onlara başqa dövlətlərin ərazilərini zəbt etməyi əsaslandırmaqda kömək etməyəcəkdir”. Məhz bu səbəbdən tam aydın olur ki, erməni absurd teatrının nə köhnə, nə də yeni tamaşaları, hətta prezidentlərinin ifasında belə, Dağlıq Qarabağ münaqişəsinin onların xeyrinə həllində köməklik edə bilməyəcək. Dağlıq Qarabağ Azərbaycanın bir hissəsi olub və həmişə olacaqdır.

 

 

Nigar ƏLƏKBƏROVA,

fəlsəfə elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2010.- 20 noyabr.- S.10-11.