Gənc Tamaşaçılar Teatrında 3 günlük   “Toy”

 

Noyabrın 20-dən 22-dək Gənc Tamaşaçılar Teatrının səhnəsində Soundrama janrında olan “Toy” tamaşası teatrsevərlərin ixtiyarına veriləcək. Teatrın mətbuat xidmətindən aldığımız məlumata görə, tamaşanın səhnə müəllifi, rejissor, aktyor bəstəkar Vladimir Pankovdur. Qeyd edək ki, Soundrama janrı tamamilə yeni, eyni zamanda da olduqca çətin sayılan bir janrdır. Bu janrda əsas aparıcı xəttsəslərdir. Tamaşada rus belorus dilləri, xalq alətləri ənənəvi mahnıların simvolik səslənişi vəhdət təşkil edir. Bundan başqa tamaşada Soundrama studiyasının musiqilərilə yanaşı İqor StravinskininSvadebkiəsərindən olan parçalardan da istifadə olunub. Qeyd edək ki, Soundrama janrının yaradıcısı elə Vladimir Pankovdur. Yeddi il ərzində SounDrama studiyası 12 layihə həyata keçirib. Sözügedən tamaşa Yanka Kupala adına Milli Akademik Teatrı (Belarusiya) Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının birgə layihəsidir. Moskvadakı uğurlu premyerasından sonra tamaşa Avropaya qastrol səfərinə çıxıb, qastrol səfərinə Bakıda yekun vurulacaq.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 23 noyabr.- S.7.